1. Bədbəxt hadisə nə deməkdir? Cavab


 Radiaoktiv bağlamalar neçə nəql dərəcəsinə bölünür?  Cavab



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix09.02.2017
ölçüsü0,49 Mb.
#7869
1   2   3   4   5   6

484. Radiaoktiv bağlamalar neçə nəql dərəcəsinə bölünür? 

Cavab:   4.                     

485.  Radioaktiv  maddələri,  yanacaq,  qida  məhsulları  və  ya  partlayıcı  maddələr  ilə  bir  yerdə  saxlamaq 

olarmı? 


Cavab:  Qadağandır.                 

486. Neytron-qamma üsulu ilə geofiziki tədqiqat işləri aparan zaman hansı mənbələrdən istifadə olunur? 

Cavab:  Neytron mənbələrdən.       

487.  Karotaj  qaldırıcısının  sürücü  kabinəsində,  bucurqad  kabinəsində  şüalanma  dozasının  gücü  ən  çoxu 

nə qədər olmalıdır? 



Cavab:  2,5mkZ/saat.        

488. Qamma şüa verən mənbələrin konteynerinin içərisi  hansı materialdan olmalıdır? 

Cavab:  Qurğuşun.        

489. Neytron şüa verən mənbələrin konteynerinin içərisi hansı  materiallardan olmalıdır? 

Cavab:  Ağır metallarla qarışıq parafin.   

490. Mənbə olan quyu cihazını quyudan çıxaran zaman ilk növbədə hansı əməliyyatı aparmaq lazımdır? 

Cavab:  Cihazdan mənbəni ayırib daşınma konteynerinə qoymaq. 

491. Müəssisəyə daxil olan radioaktiv mənbələr hansı sənəddə qeyd olunur? 

Cavab:  Mədaxil-məxaric jurnalında.        

492. Nəql zamanı neçə saatdan bir radioaktiv məbənin vəziyyətini yoxlamalıdır? 

Cavab:  2saat. 

493.  Radioaktiv  mənbəni  (RM)  qaldırıcıda  daşıyan  zaman  hansı  təhlükəsizlik  tələblərinə  əməl 

edilməlidir? 



30 

 

Cavab:  RM  qaldırıcıda  daşınarkən  nəqliyyat  konteynerində  olmalıdır.  Konteynerin  qapağı  və 



qaldırıcının  qapısı  qıfılla  bağlanmalıdır.  Daşınma  zamanı  hər  2  saatdan  bir  qaldırıcı  saxlanılmalı  və 

konteynerin vəziyyəti yoxlanılmalıdır.  

494. Quyuya getməyə hazırlaşan dəstə radioaktiv mənbəni RM anbarından hazırlıq işlərinin əvvəlində və 

ya sonunda almalıdır? Alınmış radioaktiv mənbə qaldırıcının hansı hissəsinə qoyulmalıdır? 



Cavab:  Hazırlıq  işlərinin  sonunda  alınmalı,  qaldırıcının  bucurqad  şöbəsinə  qoyulmalı  və  qaldırıcı 

yubanmadan bazadan quyuya yola düşməlidir. 

495. Radioaktiv mənbə quyu cihazına nə vaxt qoyulmalıdır? 

Cavab:  Quyu cihazını quyuya buraxma anında. 

496.  İçərisində  Radioaktiv  mənbə  olan  daşınma  konteynerini  əl  ilə  daşıyan  zaman  hansı  köməkçi 

vasitədən istifadə edilməlidir?  



Cavab:  Uzunluğu 1 metrdən az olmayan dəmir lingdən.              

497. Radioaktiv mənbə (RM) quyuda iş yerindən ən azı hansı məsafədə saxlanılmalı və bu zaman hansı 

təhlükəsizlik tələblərinə əməl edilməlidir? 



Cavab:  RM  iş  yerindən  ən  azı  10  metr  aralı  nəzarət  oluna  bilinən  yerdə  saxlanmalı,  yanına  3  metr 

məsafədən oxuna bilən xəbərdaredici nişan qoyulmalıdır. 

498.  Əgər  quyuda  radioaktiv  mənbədən  istifadə  ediləcəksə  quyunun  qəbul  körpüsü  qarşısında  hansı 

ölçüdə meydança yaradılmalıdır?   



Cavab:   20 X 10 metr.                       

499.  İmpuls-neytron  neytron  karotaj  cihazını  quru  quyularında,  quyunun  qəbul  körpüsündə  və  ya    quyu 

ağzında işə salmaq olarmı?     



Cavab:  Olmaz.            

500. İmpuls-neytron neytron karotaj cihazını quru quyularında nə vaxt işə salmaq olar?  

Cavab:  Quyuya yer səthindən ən azı 5 metr buraxandan  sonra işə salmaq olar. 

501. İmpuls-neytron neytron karotaj cihazını dəniz quyularında, quyunun qəbul körpüsündə və ya  quyu 

ağzında işə salmaq olarmı?     



Cavab:  Olmaz.              

502. İmpuls-neytron neytron karotaj cihazını dəniz quyularında, nə vaxt işə salmaq olar?      

Cavab:  Dəniz dibindən ən azı 5 metr aşağı buraxdıqdan sonra. 

503.  Quru  quyularında  İmpuls-neytron  neytron  karotaj  cihazını  quyu  ağzına  qaldırmazdan  əvvəl  hansı 

təhlükəsizlik tələblərinə əməl edilməlidir?   



Cavab:  Cihaz  yer  səthinə  ən  azı  5  metr  qalmış  söndürülməli  30  dəqiqə  saxlanılmalı  və  yalnız  bundan 

sonra  quyu ağzına qaldırılmalıdır.   

504.  Dəniz  quyularında  İmpuls  neytron  neytron  karotaj  cihazını  quyu  ağzına  qaldırmazdan  əvvəl  hansı 

təhlükəsizlik tələblərinə əməl edilməlidir?   



Cavab:  Dəniz  dibinə  ən  azı  5  metr  qalmış  quyu  cihazı  söndürülməli  30  dəqiqə  sönmüş  vəziyyətdə 

saxlanılmalı, yalnız bundan sonra quyu ağzına  qaldırılmalıdır.  

505. Quyuda radioaktiv mənbə ilə işə başladıqda hansı ardıcıllıq döğrudur?    

Quyu cihazı qaldırıcıdan quyunun qəbul körpüsünə gətirilir, quyu cihazı kabel başlığına bağlanılır, quyu 

cihazının  işləyib-işləməməsi  yoxlanılır,  radioaktiv  mənbə  cihazının  yanına  gətirilir,  radioaktiv  mənbə 

cihazına qoyulur və cihaz dərhal quyuya buraxılır. 

506. Quyuda radioaktiv mənbə ilə işləyib qurtardıqdan sonra işlər hansı ardıcıllıqla aparılmalıdır?   

Cavab:  Quyu  cihazı  quyudan  çıxarılır,  radioaktiv  mənbə  cihazdan  çıxarılıb  konteynerə  qoyulur, 

konteyner aparılıb saxlanılma yerinə qoyulur, kabel başlığı quyu cihazından açılır, quyu cihazı nəzərdə 

tutulmuş yerə qoyulur.  

507. Radioaktiv mənbəni daşınma konteynerində əllə maksimum hansı məsafəyə daşımaq olar?   

Cavab:  100 metr.  

31 

 

508.  Radioaktiv  mənbəni  (RM)  gəmiyə  yükləməzdən  əvvəl  dəstə  rəisi  sifarışçinin  nümayəndəsindən  

hansı sənədi tələb etməlidir? 

Cavab:  Gəminin RM daşımağa hazır olması aktını. 

509. Quyuda Radioaktiv mənbə saxlanılan yerdə hansı təhlükəsizlik nişanı asılmalıdır? 

Cavab:  “Təhlükəlidir”.     

510. Radioaktiv mənbə quyuda qaldıqda (çıxarmaq mümkün olmadıqda)  quyuda neçə metr hündürlükdə 

sement körpüsü qoyulur? 



Cavab:   20 metr.        

511. Quyu lüləsini qəlibləmədən (şablon etmədən) radioaktiv quyu cihazını quyuya buraxmaq olarmı? 

Cavab:  Olmaz.     

512.  Radioaktiv  mənbələr  daşıyan  furqon  tipli  avtomobillərin  banı  kabinədən  ən  azı  neçə  sm  aralı 

olmalıdır?  



Cavab:  15sm.  

513.Radioaktiv  mənbənin  nəql  konteynerindən  çıxarılması  və  iş  yerindən  uzaqlaşdırılması  hansı 

müddətdən çox olmamalıdır?    



Cavab:   2 dəqiqədən. 

514.Radioaktiv mənbənin daşınma konteynerində quyu cihazının yanına gətirilməsi hansı müddətdən çox 

olmamalıdır?    



Cavab:   1 dəqiqədən. 

515.  Radioaktiv  mənbənin  daşınma  konteynerindən  çıxarılması  və  quyu  cihazının  zond  hissəsinə 

yerləşdirilməsi hansı müddətdən çox olmamalıdır?    



Cavab:   0,5 dəqiqədən. 

516.  Radioaktiv  mənbəni  quyu  cihazına  qoyduqdan  sonra  cihaz  ən  geci  hansı  müddətə  quyuya 

buraxılmalıdır?  



Cavab:   1 dəqiqəyə. 

517.Cihazı quyudan çıxardıqdan sonra radioaktiv mənbə ən geci hansı müddətə quyu cihazından çıxarılıb 

daşınma konteynerinə qoyulmalıdır? 



Cavab:   1 dəqiqəyə. 

518.Daşınma konteynerinin qaldırıcıya aparılması və nəqil konteynerinə yerləşdirilməsi hansı müddətdən 

gec olmamalıdır?    



Cavab:   2 dəqiqədən. 

519. Daşınma zamanı avtomobilin banından 1 metr məsafədə ekvivalent dozanın gücü neçə mZv/saat-dan 

çox olmamalıdır? 



Cavab:  0,1mZv/saat.   

520.Radioaktiv mənbəni quyuya buraxılacaq cihazın qurğusuna kim yerləşdirməlidir? 

Cavab: Dəstənin mühəndis texniki işçiləri. 

521. TS18001 OHSAS  “əməyin mühafizəsi və təhlükəsizliyi” standartının hansı məqsədi vardır? 

Cavab:  İşçiləri  qorumaq,  istehsalın  təhlükəsizliyini  təmin  etmək,  müəssisənin  təhlükəsizliyini  təmin 

etmək.  

522.  TS18001  OHSAS    “əməyin  mühafizəsi  və  təhlükəsizliyi”  üzrə  standartda  rəhbərliyin  təhlili  nədən 

ibarətdir? 



Cavab:   TS18001 OHSAS  “əməyin mühafizəsi və təhlükəsizliyi” üzrə standartda rəhbərliyin təhlilinin 

nəticələri təşkilatın davamlı yaxşılaşdırma öhdəliyinə uyğun olmalı və aşağıdakılara uyğun qərarları və 

əməliyyatları əhatə etməlidir: 

a). ƏMT fəaliyyəti;    b). ƏMT siyasəti və hədəfləri;    c). Resurslar;    d). ƏMT idarəetmə sisteminin digər 

elementləri. Rəhbərliyin təhlilinin nəticələri, xəbərləşmə və müzakirə üçün hazır vəziyyətə gətirilməlidir. 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin