1. Humanistlik prinsipi – insan hüquq və azadlıqlarının, sağlamlıq və təhlükəsizliyinin, milli və bəəri dəyərlərin prioritet (üstü) sahə kimi qəbul edilməsini, insanlara münasibətdə tolerantlıq və dözümlülük göstərilməsini nəzərdə tutur. Bu prinsipə görə, təhsil-tərbiyə işinin mərkəzində insan, onun maraq və qabiliyyətləri, inkişafı durmalı, hər şey ona xidmət etməlidir. Necə deyərlər, şagird (tələbə) müəllim üçün yox, müəllim şagird üçündür. Təhsil alanların zehni, mənəvi və s. cəhətdən inkişafına qayğı göstərmək bütövlükdə təhsil sisteminin, hər bir müəllimin əsas vəzifəsidir.