1.Sosial-pedaqoji dəyərlər. Müxtəlif sosial sistemlərdə fəaliyyət
göstərən dəyərlərin xarakteristikasını və məzmununu əks etdirir.
Bunlar cəmiyyətin təhsil sahəsində fəaliyyətini tənzimləyən
ideyaların , təsəvvürlərin , normaların , qaydaların , ənənələrin
məcmusudur.
2.Qrupun pedaqoji dəyərləri.Müəyyən təhsil təsisatları
çərçivəsində pedaqoji fəaliyyəti nizama salan və istiqamətləndirən
ideyaları , konsepsiyaları , normaları qrupun pedaqoji dəyərləri
kimi təsəvvür etmək olar.
3) Şəxsiyyətə xas olan pedaqoji dəyərlərsosial pedaqoji qurumlar
kimi çıxış edir. Onlarda müəllim şəxsiyyətinin məqsədi, motivləri ,
idealları , durumu və dünyagörüşünün dəyər xarakteristikaları əks
olunur. Bunların məcmusu şəxsiyyətin dəyərləridir.