1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə21/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   17   18   19   20   21   22   23   24   ...   64
dilciliye giris imtahan suallari

37.Fonoqrafik yazı
Fonoqrafik yazı növü piktoqram və ideoqramlardan fərqli olaraq hərf əşya-anlayış məzmununa malik olmur. Hərfin mənaəsı sözü və ya onun bir hissəsini adlandırmaq üçün tələffüz edilməsi zəruri olan səs və ya hecaya işarədir, Yazının sözlərin tələffüzünü əks etdirən tipi fonoqrafiya adlanır. Fonoqrafiyanın iki əsas növü vardır: konsonant-səs (heca) yazısı və vokal-səs yazısı. Vokal-səs yazısına (və ya hərf-səs yazısına) ingilis və rus yazılarını misal göstərmək olar. Burada hərflər əsasən nitq səslərini bildirir. Heca yazısına hind yazısı devanaqari, ərəb və Efiopiya yazısı, yapon yazısı kanna və Koreya yazısı kunmun nümunə ola bilər.
Devanaqaridə 50 işarə vardır: 13-ü sözün və hecanın əvvəlində saitlərin və diftonqların işarə edilməsi üçün, 34-ü heca işarəsi və 4-ü köməkçi işarə. Heca işarələri müxtəlif samitlərin çox tez-tez işlənən qısa (a) səsi ilə birləşməsini bildirir. Başqa saitlərlə işlənən hecaların verilməsi üçün başqa işarələrdən istifadə edilir: bir neçə samitdən ibarət hecalar yuxarı hissədə ümumi üfüqi xətlə (liqatura) örtülür.
Devanaqaridə əsas və liqatura işarələrinin sayı 600-ə çatır. Onların xeyli hissəsi çox mürəkkəbdir və bu devgpaqarini öyrənməkdə müəyyən çətinliklər yaradır. Devanaqaridən Şimali Hindistan dilləri hindi, marathi və başqalarında, sanskritdə istifadə edilir. Hindistanda işlənən digər şriftlər də devanaqariyə yaxındır.

38.Əsas əlifbalar
Müasir əhalinin təxminən 75 faizi 4 əngeniş yayılmış əlifba ailəsini-latın,slavyan -kiril,ərəb və hind əlifbalarını əhatə edən hərf-səs yazısından istifadə edir.Əlifba hər hansı fonoqrafik yazının hərflərinin məcmusudur.Əlifba sözü özü yunan əlifbasındakı ilk iki hərfin adından (alfa,betta) yaranmışdır.
Yunan əlifbası- E.ə 403-cü ildə Afinada arxont Evklidin dövründə klassik yunan əlifbası yaranmışdır.Klassik yunan əlifbası 24 hərfdən ibarət idi.17-si samit,7-i sait səsləri bildirirdi.Bizans dövründə hərflkərin iki yazılışı-mayuskul(baş hərflər) və minuskul (kiçik hərflər) yazılışı müəyyənləşdi.Qərbi yunan yazısı əsasında latın (roma) əlifbası,şərqi yunan(Bizans ) yazısı əsasında isə slavyan-kiril əlifbası,erməni və gürcü əlifbaları yarandı.
Latın əlifbası-yaranmasına şimal qonşularının -etruskların və yunan müstəmləkəçilərinin təsiri olmuşdur.Latın əlifbasında 23 hərf var idi.u və v,i və j hərflərinin müxtəlif cür yazılışı,eləcə də hərflərin adi,sətri yazılışı orta əsrlərdə yarandı; k və z hərfləri yunan mənşəli sözlərdə işlənirdi; q hərfi yalnız u hərfi ilə işlənirdi və (kv) kimi oxunurdu.Səslərin sayılatın əlifbasında çox olduğundan latın əlifbasının təkmilləşdirilməsi zərurəti yarandı.Bu boşluq diakritiklərin və liqaturaların əlavə edilməsi ilə dolduruldu.Diakritiklər latın hərflərinin səs mənalarının dəqiqləşdirilməsi və ya dəyişdirilməsi üçün istifadə edilirdi.Liqatura iki və ya daha çox hərfin birləşməsinə deyilir.
Kiril əlifbası-IX əsrin sonu-X əsrin əvvəllərində yaranmışdır.Bu əlifbada Bizans əlifbasının 43 hərfindən 19-u qədim slavyan dili səslərinin birləşdirilməsi üçün istifadə edilmişdir,lakin əlavə hərflər daxil edilmişdir.Kiril əlifbası cənub və şərq slavyanlarında yayılmışdır.SSRİ vaxtında Kiril əlifbasının 50 variantı yaradılmışdır.33 rus hərfindən başqa ,64 əlavə işarədən istfadə edilir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin