31.Fonetik və tarixi əvəzlənmələr Səslərin kombinator və mövqe ilə bağlı fonetik dəyişmələri ona gətirib çıxarır ki, səs sistemində səslərin əvəzlənməsi baş verir, məsələn, cingiltili və kar samitlərin əvəzlənməsi (ədəd — ədət, corab — corap). Lakin eyni bir morfemin tərkibində başqa əvəzlənmələr, məsələn, arxa sıra samitlərinin və ön sira samitlərinin əvəzlənməsi də ola bilər.Əvəzlənmələrin bəziləri fonetik proseslərlə izah edilmir. Əvəzlənmə morfolofi vasitə kimi istifadə olunur.Səs sistemində iki cür əvəzlənmə vardır: canlı və tarixi
Canlı və ya fonetik əvəzlənmələr nitq axınında səslərin elə dəyişməsidir ki, müasir fonetik proseslərlə şərtlənir.
Tarixi və ya ənənəvi əvəzlənmə dilin müxtəlif səslərinin (fonemlərinin) eyni bir morfemdə uyğunlaşdırılmasıdır. Tarixi əvəzlənmə fonetik proseslərlə bağlı olmadığı və morfoloji vasitə kimi istifadə olunduğu üçün bəzən morfoloji əvəzlənmə və ya alternasiya adlandırılır.
32.Fonetik qanunlar Nitq səsləri müəyyən qaydalar üzrə fonetik proseslərə məruz qalır.Bu qaydalara həmin dildə danışanların hamısı riayət edir,çünki fonetik qaydalar dilin artikulyasiyası bazasına və səs sisteminə söykənir.Səslərin birləşməsi qaydası eyni zamanda bir və ya bir neçə qohum dilin tarixi inkişafının qanunauyğunluqlarıdır.
Səslərin müəyyən qaydalar üzrə dəyişməsi səs (fonetik) qanunlar adlanır. Daha dəqiq desək, bu və ya digər dilə və ya qohum dillər qrupuna xas olan səs uyğunluqları və ya keçidləri qaydaları səs qanunu adlanır. Ayrıca dilin qanunu bu və ya digər fonetik prosesi təyin edən fəaliyyət qanunudur. Qohum dillər qanunu dilin tarixi inkişaf qanunudur, çünki konkret fonetik proseslər və altemasiyaların mənşəyini izah edir.
Məsələn, ümumslavyan dilində açıq heca qanunu fəaliyyət göstərirdi. Bu qanun ondan ibarət idi ki, heca strukturu yüksələn gurluq prinsipi üzrə qurulurdu. Bu prinsip isə ondan ibarətdir ki, söz fışıltılı və növlü samitlərin (məsələn, st tipli), samit və sonor samitin (məsələn, sm tipli) birləşməsi, onların kombinasiyası ilə (məsələn, str) başlayırdı, bundan başqa, heca və söz samitlə bitə bilməzdi
Keçmiş fonetik qanunlar köklər, əsaslar və affikslərin fonetik-morfolofi variasiyasını yaradıaraq və sələrin əvəzlənməsinə səbəb olaraq onlarda mühafizə edilir.Bu qanunun mahiyyəti ondan ibarət idi ki,dilarxası samitlər ön sıra samitlərindən əvvəl fışıltılı samitlərə çevrilmişdir.