1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə54/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   50   51   52   53   54   55   56   57   ...   64
dilciliye giris imtahan suallari

103.Sinharmoniya
Sinharmoniya (saitlərin harmoniyası) mövqe ilə bağlı fonetik proses kimi türk və fin-uqor dilləri üçün xarakterikdir və dilin iki xüsusiyyətinə əsaslanır. Birinci xüsusiyyət ondan ibarətdir ki, söz bu dillərdə kök ilə başlanır və suffikslər ona ardıcıllıqla qoşulur, məs: ev-lər-imiz-in. İkinci xüsusiyyət saitlərin ön və arxaya sıraya görə qarşı qoyulmasıdır, ona görə də sözdə eyni sıradan olan saitlər işlənir:evimiz, bağlarda, üzümçülərdə. Alınma sözlər də əsasən sinharmoniya qanununa tabe olurlar.Ən geniş yayılmış sait harmoniyası saitlərin sırasına və dodaqlanmasına görə baş verən harmoniyadır.Az.dilində iki oppozitiv harmoniya mövcuddur : arxa sıra saitlərinin harmoniyası və ön sıra saitlərinin harmoniyası.
Sinharmonizm özünü qismən də göstərə bilir. Məsələn, türk dilində o, : sıraya görə universal olsa da, dodaqlanmaya görə universal deyildir, saitlər söz daxilində ya arxa sıraya, ya da ön sıraya aid olmalıdır, qapalı saitlər özlərindən əvvəl gələn hecanın saiti ilə dodaqlanma əlamətinə görə uyuşmalıdır, açıq sait sözün ilk hecasında ola bilməz. Göründüyü kimi, dodaq harmoniyasının universal olmaması sinharmoniya qaydalarını mürəkkəbləşdirir.
Sinharmonizm yalnız affiks və kökün fonoloii əlaqəsini deyil, həm də kök (gövdə) daxilində saitlərin qarşılıqlı münasibətlərini xarakterizə edir. Buradan belə nəticə çıxır ki, sinharmonizm bu və ya digər mövqeni əhatə edən assimilyasiyadan fərqli olaraq, sözü bütövlükdə əhatə edir. Azərbaycan dilində sözdəyişdirici affikslərin hamısı (bir neçəsi istisna olmaqla), sözdüzəldici affikslərin bir qısmi sinharmonizm qanununa tabe olurlar. Affiksin seçilməsi morfemin (gövdənin) son saitinə müvafiq olaraq aparılır. Müq. et: apar-dığ-ımız-ın (qalınlığa görə), göndər-dik-lər-imiz-in (incəliyə görə). Sinharmonizm qanununa görə, affikslər kökə (gövdəyə) ikivariantlı və dördvarlantlı şəkildə qoşulurlar, məsələn: -/rer//ər, -san/-sən, -miş/-miş/ -muş/ - müş, -dı/-di/-du/-dü. Burada affikslər sırf morfonoloii xüsusiyyət daşıyırlar,


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin