1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə57/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   53   54   55   56   57   58   59   60   ...   64
dilciliye giris imtahan suallari

108.Müqayisəli-tarixi metod
Hər bir elm bu və ya digər nəticələr çıxarmaq üçün istinad edilən faktlara malik olmalıdır. Lakin faktlarla yanaşı, bu faktların tədqiq edilməsi metodları da olmalıdır. Metod (yunanca: methodos —şərh etmə üsulu) tədqiq edilən predmet, hadisə, prosesin ən ümumi qanunauyğunluqlarına dair biliklərə əsaslanan təbiət və cəmiyyət hadisələrinə yanaşma, nəyinsə nəzəri tədqiqi və praktik şəkildə həyata keçirilmə üsuludur.
Bir sıra linqvistik metodlar iki və daha artıq dilin eyni zamanda öyrənilməsinə yönəlmişdir. Buraya, məsələn, müqayisəli-tarixi metodu aid etmək olar. Bu metod ayrı-ayrı dillərin qeyri-bərabər ölçüdə inkişafı prinsipinə əsaslanır: bir dildə artıq yox olmuş fonetik,qrammatik və məna hadisələri başqa bir dildə,ona qohum olan dillərdə qorunub saxlanır.Bu, bir dilin tarixinin faktları əsasında digərinin tarixi keçmişini bərpa etməyə imkan verir. Məsələn, bolqar dilinin nə vaxtsa sintetik dil olduğunu onu qohum rus, belorus, polyak və digər slavyan dilləri ilə müqayisə etməklə müəyyənləşdirmək olar. Müqayisəli-tarixi metodun ən mühüm vəzifələrindən biri keçmişin ümumi dillərinin. müasir qohum dillərin müqayisəsi əsasında bərpasıdır.

109.Sintaqmatik və paradiqmatik münasibətlər
Məlum olduğu kimi, paradiqmatik münasibətlər elementlərin sistem çərçivəsində münasibətləridir. Sintaksisdə paradiqmatik münasibətlər isə cümlələrin struktur tipləri (yarımtipləri) arasında münasibətlər və bir cümlə tipindən başqalarına keçmə qaydalarıdır. Cümlələr arasında münasibətlər hər şeydən əvvəl sintaktik paradiqmalar — müəyyən dərəcədə sözformalarının qarşı qoyulmuş sıraları ilə düzələn morfoloji paradiqmalara analoji olan sintaktik strukturların qarşı qoyulmuş sıraları çərçivəsində reallaşır. Məsələn, müxtəlif kommunikativ tipli cümlələrə — nəqli, sual, təhrik/təşviq cümlələrinə müvafiq gələn strukturlar sintaktik paradiqma yaradır: Sər yatırsan — Sən yatırsan? (Sən yatırsanmı?) — Yat!
Paradiqmatik münasibətlər dil vahidlərini qruplarda, şöbələrdə (paspsp), kateqoriyalarda birləşdirən münasibətlərdir. Məsələn, samitlər sistemi, hal sistemi, sinonim cərgəsi paradiqmatik münasibətlərə əsaslanır, Dildən istifadə edərkən paradiqmatik münasibətlər lazım olan vahidi seçməyə, eləcə də dildə olan sözlərlə analogiya üzrə sözlər və formalar yaratmağa imkan verir.
Sintaqmatik münasibətlər dil vahidlərini onların eyni zaman ardıcıllığında birləşdirir, Sözlər (morfem və hecaların məcmusu kimi), söz birləşmələri və analitik adlar, cümlələr (cümlə üzvlərinin məcmusu kimi) və mürəkkəb cümlələr sintaqmatik münasibətlər üzərində qurulur. Dildən istifadə edərkən sintaqmatik münasibətlər eyni zamanda dilin iki və daha artıq vahidindən istifadəyə imkan verir.

Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin