104.Kök və inkorporlaşan dillər Kök dillərə amorf,monosillabik ,cəzri,təcrid edilən və s.dillər də deyilir.Dillərin bu qrupu ,şəkilçisi olmayan,qrammatik vahidi yalnız leksik vahidlərdən,yəni köklərdən ibarət olan dilləri nəzərdə tutur.Bu dillərdə morfemin yalnız bir növü-kök morfemlər mövcuddur,şəkilçi morfemlər isə yoxdur.Kök dillərə nümunə Çin dilini göstərmək olar.Kök dillərdə bütün qrammatik əlaqələr daha çox fonetik və sintaktik vasitələrlə həyata keçirilir.Həmin dillərdə özünü göstərən əsas qrammatik vasitələr söz sırası və intonasiyadan ibarətdir.Qrammatik mənaların ifadəsindəki məhdudluq bu dillərin fonetik quruluşunda bir sıra xüsusiyyətlərin yaranmasına səbəb olur.
İnkorporativ dillər-bu tipə daxil olan dillərdə qrammatik mənanın ifadəsi inkorporasiya yolu ilə olur.Yəni ünsiyyət vasitəsi kimi çıxış edən xüsusi növ siqmatik vahidlər müxtəlif köklərin birləşməsindən əmələ gəlir.Həmin kökləri müstəqil sintaqmatik vahid,söz-cümlə kimi birləşdirən və formalaşdıran köməkçi ünsürlər olur.Dillərin bu tipinə çükça,koryak dilləri misal ola bilər.İnkorporativ dillərin əsasını təşkil edən inkorporasiya -bir birinə yanaşan məcmusu köməkçi ünsürlərlə formalaşdırılan köklərin birləşməsi yolu ilə sözün məhsuldar yaranma üsuluna deyilir.İnkorporativ dillər dilçilik tipologiyasında ayrıca,xüsusi bir dil qrupu əmələ gətirir.
105.Sözdüzəltmə üsulları Dilin lüğət tərkibinin morfoloji yolla zənginləşməsi dildə sözdüzəldici modellərin və sözdüzəltmə üsullarının olmasına söykənir (suffiksal, prefiksal, suffiksal-prefiksal, affikssiz sözdüzəltmə). Sözdüzəltmə üsulu söz törədən və törəmə sözün -yeni yaranan sözün quruluşu və mənasının müqayisəsində müəyyənləşir, Məsələn, dəmirçi, işçi, traktorçu sözlərini müqayisə etdikdə müəyyənləşdiririk ki, onlar -çı4 affiksinin dəmir, iş və traktor isimləri ilə birləşməsindən yaranmışdır, Lakin bu zaman sözdüzəltmə mənaları fərqli ola bilərlər.
Morfolofi sözdüzəltmə üsulları bir-birindən sözdüzəldici əsas və sözdüzəldici vasitələrlə fərqlənirlər. Sözdüzəldici əsasa görə sözdüzəltmə nitq hissəsinin daxilindən keçə bilər və iki nitq hissəsini əlaqələndirə bilər.Sözdüzəltmə vasitələrinə görə sözdüzəltmə əsasların birləşməsi ilə düzələn sözdüzəltməyə və morfolofi (affiksal) sözdüzəltməyə ayrılır. Birinci halda yeni söz iki kök və ya əsasın birləşməsi ilə yaranır, məsələn: poladəridən, işbilən, house-wife. Sözlərin ixtisarı və mürəkkəb ixtisar bildirən sözlərin yaranması da bu tipə aiddir: komsomol, metro.Kök dillərdə, məsələn, Çin dilində söz köklərinin (əsaslarının) birləşərək yeni söz yaratması əsas morfoloyi sözyaratma üsuludur. Affiksal dillərdə bu üsul affiksal sözdüzəltmə üsulu ilə yanaşı işlənir.