1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə50/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   46   47   48   49   50   51   52   53   ...   64
dilciliye giris imtahan suallari

96.Dil və mədəniyyət
Dil və mədəniyyət – dili mədəniyyət hadisəsi kimi öyrənir. dilin dinamikliyi mədəniyyətin dinamikliyinin göstəricisi və mədəniyyətin dinamikliyi dilin dinamikliyinin göstəricisidir. Dil insanın intellektual və kommunikativ bacarıqlarından biri olaraq mədəni həyat üçün təməl zərurəti olan nəzəri fəaliyyət və sosiallaşmanın əsas şərti, dayağı və vasitəsidir. Dil hər bir mədəniyyətin prioritet cəhətlərini əks etdirir. Əslində dil mədəniyyətin əsasını təşkil edir. Mədəniyyətin ötürülməsi, qorunması və qavranılması məhz dilin sayəsində mümkün olur. Dil reallığın sadəcə təsvirini yaratmır, o həm də reallığın özünü formalaşdırır. Dil düşünmək və insanın ətrafda olanları dərk etməsi üçün əsas vasitədir.
Spir-Whorf fərziyyəsinə əsasən mədəniyyəti, düşüncəni, insanların dünya görüşünü formalaşdıran, şərtləndirən, rəhbərliyi və kontrolu altında tutan məhz elə dilin quruluşudur. Dil və mədəniyyətin təsiri qarşılıqlıdır və buna görə də, dilin mədəniyyəti, yaxud mədəniyyətin dili şərtləndirdiyini söyləmək olmaz. Bu həm də cəmiyyətin sosial və texnoloji cəhətdən inkişafı nəticəsində dilə təsir imkanları ilə əlaqədardır. Yəni mədəniyyətin məhsulları dilə təsir imkanlarını genişləndirib. Dil, mədəniyyət, təfəkkür, davranış və sosial fəaliyyətin bir-biri ilə ciddi əlaqəsi və bunlar arasındakı təsir üsulları həmişə sosial fəlsəfənin aktual mövzularından biri olub və olacaq. Çünki cəmiyyətin inkişafı qeyd edilən münasibət və təsir üsullarını və nəticələrini daima dəyişdirir

97.Frazeologizmlər və onların növləri
Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmusuna frazeologiya deyilir. Frazeologizmlər dilin xalq fizionimiyası ,onun orijinal vasitəsi,varlıq və zəka zənginliyidir.Frazeologiya termini iki yunan sözündən (phrasis-ifadə və logos (təlim)) əmələ gəlmişdir.Frazeologizmlər strukturca birləşmə və cümlə xarakterlidir.Bu cəhətdən iki qrupa ayrılır :
1.sözün məna ekvivalenti kimi çıxış edən frazeologizmlər
2.mənasına görə cümləyə bərabər frazeologizmlər
Frazeologizmlərin struktur baxımdan 3 qrupa bölünür:
1.İki sözlü frazeologizmlər
2.Üç sözlü frazeologizmlər
3.Üçdən artıq sözlü frazeologizmlər
Frazeologizmləri müxtəlif şəkildə təsnif etmək olar:mənşəyinə,tərkibinə,mənasına görə
Mənşəyinə görə iki qismə ayrılır : Xalis və alınma
Əsl frazeologizmlər milli səciyyəlidir.Tərkib üzvləri öz sözlərimizdən ibarətdir.Alınma frazeologizmlər digər qismində tərkib üzvlərindən biri və ya ikisi başqa dillərə məxsus olur.
Tərkibinə görə sadə və mürəkkəb olur.İkiüzvlü frazeologizmlər sadədir.Üç və ya üçdən artıq üzvlü frazeologizmlər mürəkkəbdir.
Mənasına görə semantik və qrammatik frazeologizmlərə ayrılır.Semantik frazeologizmlər-belə frazeologizmlərin tərkib üzvləri bir-biri ilə əlaqələnmiş və elə qaynayıb-qarışmış ,qovuşmuşdur ki,onları ayrı-ayrılıqda təsəvvür etmək olmur.Aşağıdakı əlamətlər səciyyəvidir :
1.Məcazilik
2.Ekspressivlik
3.Tərkib üzvlərindən birinin başqa sözlərlə-sinonimi əvəz etmək olmur
4.Bütövlükdə sinonimi ilə əvəz oluna bilər.
Qrammatik frazeologizmlər-Mənaca bütöv və bölünməzdir,bir məfhum ifadə edir,lakin tərkib üzvləri arasındakı qrammatik əlaqə nəzərə çarpır.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin