1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə48/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   44   45   46   47   48   49   50   51   ...   64
dilciliye giris imtahan suallari

91.Təsviri metod
Hər bir elm bu və ya digər nəticələr çıxarmaq üçün istinad edilən faktlara malik olmalıdır. Lakin faktlarla yanaşı, bu faktların tədqiq edilməsi metodları da olmalıdır. Metod (yunanca: methodos —şərh etmə üsulu) tədqiq edilən predmet, hadisə, prosesin ən ümumi qanunauyğunluqlarına dair biliklərə əsaslanan təbiət və cəmiyyət hadisələrinə yanaşma, nəyinsə nəzəri tədqiqi və praktik şəkildə həyata keçirilmə üsuludur.
Dilçilikdə bir sıra xüsusi metodlar mövcuddur. Onlardan ən geniş yayılmış metod təsviri metoddur. Təsviri metod bu və ya digər sinxron kəsikdə dil təzahürlərinin xarakteristikası - üçün tətbiq edilən elmi tədqiqat üsullarının məcmusudur. Təsviri metod özü də bir.neçə daha dar metoda bölünür. Məsələn, təsviri metodun tərkibinə tədqiqatçıdan faktları yaxşı bilməyi və başa düşməyi tələb edən müşahidə metodunu, yeni faktları artıq məlum olan faktlarla müqayisə etməyi nəzərdə tutan müqayisə metodunu daxil etmək olar.

92.Qarşılaşdırma metodu
Hər bir elm bu və ya digər nəticələr çıxarmaq üçün istinad edilən faktlara malik olmalıdır. Lakin faktlarla yanaşı, bu faktların tədqiq edilməsi metodları da olmalıdır. Metod (yunanca: methodos —şərh etmə üsulu) tədqiq edilən predmet, hadisə, prosesin ən ümumi qanunauyğunluqlarına dair biliklərə əsaslanan təbiət və cəmiyyət hadisələrinə yanaşma, nəyinsə nəzəri tədqiqi və praktik şəkildə həyata keçirilmə üsuludur.
Mənşəyinin ümumi vəya müxtəlif olmasından asılı olmayaraq iki və ya daha çox dilin müqayisəsinin aparıldığı:"elmi üsul” qarşılaşdırma metodu adlanır. Qarşılaşdırma metodu (və ya kontrastiv, -konffontativ metod) xarici dillərin öyrənilmipsi prosesində geniş tətbiq: ödiir lakin o, mühüm nəzəri müddəaların müəyyənləşdirilməsində də istifadə oluna bilər: Məsələn, bolqar, yeni yunan, alban və rumın dillərinin qrammatik quruluşunu qarşılaşdıraraq, linqvistilər Balkan dil ittifaqının bir sıra xüsusiyyətlərini üzə çıxarmışlar: postpozitiv artikl, yönlük və yiyəlik halların üst-üstə düşməsi, gələcək zamanın xomeme köməkçi feli vasitəsilə əmələ gəlməsi, infinitivin sintetik formasının itirilməsi və s.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin