1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Aqqlütinativ və flektiv dillər



Yüklə 116,59 Kb.
səhifə44/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   40   41   42   43   44   45   46   47   ...   64
dilciliye giris imtahan suallari

84.Aqqlütinativ və flektiv dillər
Aqqlütinativ tip dilin elə quruluşu adlanır ki,bu zaman sözün formaları və yeni sözlər birmənalı suffikslərin ardıcıllıqla birləşməsi yolu ilə yaranır.Aqqlütinativ dillər geniş yayılmışdır.Türk dilləri,fin-uqor,dravid,İndoneziya,hind,Afrika xalqlarının dilləri və bir çox başqa dillər,yapon,Koreya dilləri kimi ayrı-ayrı aqqlütinativ dillərdir.Aqlütinativ dillərə aqlütinativləşən,iltisaqi,şəkilçili,şəkilçiləşən dillər də deyilir.Bu dillərdə bütün leksik-qrammatik ,yəni sözdüzəltmə və qrammatik,yəni sözdəyişmə əlaqələr,şəkilçi morfemlər vasitəsilə realizə olunur.Səciyyəvi xüsusiyyəti həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur.
Flektiv dillər sözün dəyişməsini nəzərdə tutur.Onlara flektivləşdirən,üzvi ,formal,fuziyalı,insirafi dillər də deyirlər.Sözün dəyişməsi isə onun sonundakı şəkilçinin və ümumiyyətlə,sözün səs cildinin dəyişməsi ilə olur.Bununla əlaqədat fleksiyanın 2 növü var: xarici və daxili.Məsələn ; rus dili üçün xarici,ərəb dili üçün daxili fleksiya daha səciyyəvidir.Sözün dəyişməsinin iki yolu bütüm flektiv dillərə aiddir.Lakin onların bu və ya digər dilin qrammatik quruluşunda tutduqları yer müxtəlifdir.
Xarici fleksiya qrammatik məna sözün sonunda gələn şəkilçi hissəsinin dəyişməsi yolu ilə əldə edilmişdir.Daxili fleksiya sözün daxilində baş verir,həm də bu dəyişmə heç bir fonetik mühitdən asılı olmur.Ərəb dilində sözlərin hamısı eyni bir kökə aid olub,müxtəlif daxili fleksiya hadisələri iıə bağlıdır.Daxili fleksiyanın əsas olduğu flektiv dillərdə daxili fleksiya formaları müəyyən sistemə malikdir və möhkəm morfoloji modellər şəklində mövcuddur.



  1. Analitik, sintetik və polisintetik dillər

Sintezləmə üsuluna görə aqqlütinativ dillər analitik,sintetik və polisintetik olur.Aqqlütinativ-analitik dillərə Polineziya dilləri,aqqlütinativ-sintetik dillərə bantu dilləri,aqqlütinativ -polisintetik dillərə çukot dili nümunə ola bilər.
Analitik quruluş sözün formalarının və söz birləşməsi formalarının düzəldilməsi üçün köməkçi sözlərin,eləcə də fonetik hadisələr və söz sırasının geniş şəkildə istifadə edilməsini nəzərdə tutur.İngilis,fransız,hindustani,fars,bolqar və bəzi digə hind-Avropa dilləri analitik quruluşlu dillərdir.
Sintetik quruluş sözlərin affikslər-fleksiyalar və formadüzəldici suffikslər və prefikslər vasitəsilə əmələ gələn formaların daha böyük rolu xarakterizə edilir.Rus,polyak,litov dilləri və digər hind-Avropa dillərinin əksəriyyəti sintetik quruluşlu dillərdir.Yazısı olan qədim hind_avropa dillərinin hamısı sintetik quruluşlu dillərdir.Müasir alman dilində ingilis dilində olduğundan daha çox sintetizm,rus dilində daha çox analitizm var.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin