75.Mətn anlayışı Kontekst-bir neçə sadə və mürəkkəb cümləni birləşdirən sintaktik vahidlər yaranır.Kontekst mətnin onun ümumi mənasına münasibətdə ziddiyyətli olmayan dil vahidinin mənasını müəyyənləşdirmək üçün zəruri olan və kifayət edən,bu vahidin analizi üçün seçilən bir parçasıdır.Mətn bir bütöv kimi fərdidir:onu ürəyində və ya bərkdən oxumaq olar,lakin o həmişə müəyyən müəllifin mətni olaraq qalır.Onun öyrənilməsi oxunanın dərindən başa düşülməsidir,yalnız mövzu və əsas fikrin deyil,həm də bütün məzmunun-konkret və üumiləşdirilmiş,intellektual və emosional,ideya və estetik məzmunu müəyyən edilməsidir.İstənilən mətn sintaktik struktura malik olur,müəyyən qaydalar üzrə müxtəlif tematikalı mətnlərdə,müxtəlif müəlliflərə məxsus mətnlərdə təkrarlanan dil vahidlərindən istifadə edir.
Mətn dildə ünsiyyətin əsas vahidlərindən biridir. Mətni ilk baxışdan cümlələr ardıcıllığı kimi müəyyənləşdirmək olar. Mətn cümlənin hərəkətverici qüvvəsidir. Gündəlik mətnlər söyləmlər, elliptik cümlələr, cümlə fraqmentləri, hazır klişelərin qarışığıdır. mətnin daxili əlaqələrinin formalaşmasına xidmət edən amillər içərisində qrammatik, fonetik vasitələr, həmçinin intonasiya mühüm rol oynayır.
76.Mətnin qurulmasında istifadə edilən əsas vasitələr Mətnin düzəlməsi üçün cümlədaxili elementlərlə yanaşı (artikllər, əvəzliklər, zərflər, ədatlar, bağlayıcılar, söz sırası, emfaza və kontrast, tema-rema üzvlənməsi, genişlənmə, sıxılma, anafora, katafora, tabesizlik və tabelilik əlaqələri, zaman formalarının ardıcıllığı, salamlama formaları, nağıl başlanğıcıları və s.) ciddi rol oynayır. Mətn özü cümlədaxili elementlərin iştirakını nizamlayır. Bunlar nizamlayan kommunikativ-praqmatik amillərdir
Mətndə sosial-kommunikativ vəziyyətdən asılı olaraq cürbəcür müraciət formaları işlənə bilər: Azərbaycan dilində mürəkkəb cümlələrin qurulmasında çoxsaylı korrelyatlar çıxış edir: /ona görə ki, elə, belə, ondan ötrü, o səbəbdən, bu baxımdan və s.//Modal sözlər də mətn qurulmasında yaxından iştirak edən vasitələrdəndir:/Beləliliklə, odur ki, nəticə etibarı ilə, o cümlədən, yəqin ki, madam ki, təbii və s.//