77.Mətnin komponentlərinin semantik-qrammatik münasibətləri: mətnin kompozisiyası, mətnin koheziyası Mətn dil işarələrindən təşkil olunur və verbal, vizual, audial və s. işarələrin ardıcıllığından ibarət olmaqla müəyyən kommunikativ məqsəd daşıyır. Mətn struktur elementlərin ierarxiyasından ibarət olub aşağıdan yuxarıya sistemli əlaqələnmə əsasına malikdir. Dilçilikdə ierarxiya struktur-semantik quruluş prinsipini ifadə etməklə qarşılıqlı asılılıq prinsipinə söykənir. İerarxiklik əlaməti mətn strukturunun ümumi prinsipi sayılır. Paradiqmatik ierarxiya isə mətni təşkil edən struktur səviyyələrin hər birinin müstəqil təşkili ilə əlaqədardır
Mətnin ən mühüm əlamətlərindən biri onun əlaqəliliyə malik olmasıdır. Bu, təkcə mətndaxili deyil, həm də mətnxarici ola bilər. Belə əlaqəlilik, yəni ierarxiya mətn strukturunun məzmun tərəfinə aiddir. Mətndə struktur vahidlərin ierarxiyası hər bir dil daşıyıcısının dil sisteminə uyğun olaraq yaranır.
Mətn struktur və semantik bütövlüyünə malik nitq vahididir. Bu bütövlük mətnin koheziyası və koherentliyi şəklində təzahür edir. Mətnin koheziyası dedikdə, onun tərkib hissələri arasında əlaqə yaradan qrammatik, semantik və leksik vasitələrin yaratdığı əlaqə formaları nəzərdə tutulur. Koherentlik isə koheziyadan fərqli olaraq, daha geniş radiusa malikdir. Burada mətni bütövlüyü yaradan məntiqi-semantik, qrammatik və üslubi vasitələr və mətni təşkil edən cümlələr arasındakı qarşılıqlı əlaqə nəzərdə tutulur
78.Dil tipi anlayışı Tipoloji təsnifat dillərin — qrammatik quruluşunun əsas tiplərini müəyyənləşdirməkdən ibarətdir. Dillərin tipləri sözdəyişdirmə, sözdüzəltmə və sintaksisə görə müəyyənləşdirilir. Deməli, tipolofi təsnifat dilləri onların qrammatik formaları baxımından öyrənir,
Dünya dilləri bir tərəfdən öz formalarının müxtəlifliyi, digər tərəfdən isə istər ictimai funksiyalarda, istərsə də cümlələrin quruluşunda, əsas nitq hissələrinin tərkbində ümumi cəhətlərin olması ilə fərqlənir. sözün formalarının və söz birləşmələrinin formalarının qurulması vasitələri daha müxtəlifdir.
Rus və ingilis dillərinin hər ikisində, məsələn, nitq hissəsi kimi isim vardır. Lakin bu heç də o demək deyildir ki, rus və ingilis dillərinin isimləri tamamilə : eynidir, üst-üstə düşür. Rus dilində isimlər qrammatik cins kateqoriyasına malikdir, adətən hallanır. Rus dilində cmol ismi kişi cinsindədir, ingilis dilində table isminin cinsi yoxdur, o hallanmır, lakin müəyyən və ya qeyri-müəyyən , artiklin işlənməsini tələb edir. Rus dilində isə artikl yoxdur.