Ekoloji şüur. Cəmiyyət və təbiətin qarşılıqlı münasibəti fəlsəfədə aktual problemlərdən biridir.Bəşəriyyət təbiətdən götürür, onun ehtiyatlarını istismar edir və
düşünürdü ki, bu ehtiyatlar sonsuzdur.. Bu baxımdan ekoloji şüur ən aktual ictimai şüur formasından biridir.
12. İdrak nəzəriyyəsi
idrak n
əzəriyyəsi qnoseologiya adlanır.
İdrak nəzəriyyəsi fəlsəfə ilə birlikdə meydana gəlmiş və hər bir fəlsəfi sistemin ayrılmaz tərkib hissəsi olmuşdur. Qədim yunan fəlsəfəsində
idrakıtəhliledənlərdənDemokrit, Platon, Aristotel, Epikürolmuşlar.Yeni dövrdə Avropada idrak nəzəriyyəsi F.Bekon, R.Dekart, C.Lokk, B.Spinoza, İ.Kant,G.Hegel,
L.Feyerbax t
ərəfindən inkişaf etdirilmişdir. Müsəlman Şərq ölkələrində isə bir sıra mütəfəkkirlər, o cümlədən Ə.Bəhmənyar, E. Miyanəci, N.Tusi, M.F.Axundov və
başqaları idrak məsələlərinətoxunmuşdular.
İdrak problemi müasir fəlsəfədə də əsas yerlərdən birini tutur.İdrak nəzəriyyəsi idrakın mənşəyi və mahiyyəti, biliyin strukturu və inkişaf qanunları, idrakın
pill
ələri və əsas formaları,metod və üsulları haqqında bütöv bir fəlsəfi təlimdir.
İdrak nəzəriyyəsi üçünvacibməsələlərdən biri praktika problemidir. Praktika insanların təbiət və cəmiyyəti dəyişdirməyə yönəldilən maddi,məqsədyönlü fəaliyyətidir.
İnsanların məqsədyönlü maddi fəaliyyət formaları müxtəlifdir. Onlar həm ictimai istehsal prosesində, həm elmi idrakda, həm də siyasi sahədə fəaliyyət göstərirlər.
Praktika bütün m
ərhələlərdə idrakın formalaşmasının və inkişafının əsası, biliyin mənbəyi, idrak prosesinin nəticələrinin həqiqiliyi meyarıdır.
Dostları ilə paylaş: |