Ksenofan Kolofonlunun (e.ə. 565-470) fəlsəfi düşüncələri öz əksini “Kolofonun əsasları”, “Eləyə çıxış” adlı əsərlərində tapmışdır. Onun tə”limi dünyanın meydana gəlməsi və inkişafı məsələlərinə həsr olunmuşdur. Bununla birlikdə o, Allahın varlığını inkar etmir, dünyanın idarə olunmasında onun rolunu xüsusi vurğulayırdı. Ksenofanın fikrincə, vahid Allah hər şeyi görür, hər şeyi başa düşür və hər şeyi eşidir. O, hərəkət etmir, məkanda yerini dəyişmir, öz fıkri ilə bütün dünyanı lərzəyə gətirir
Parmenid (e.ə. 540-470) Anaksimandr və Ksenofanın tələbəsi olmuşdur. Fəlsəfi baxışları ilə daha çox Ksenofana yaxmdır. Parmenid fəlsəfi düşüncülərini “Təbiət haqqında” əsərində şərh etmişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında lə”lim təşkil edir. Parmenid iqrar edirdi kl, varlıq təkcədir, dünyada ondan başqası yoxdur. Varlıq olmayan şey mövcud deyildir. O, varlığın hər hansısa bir qüvvə tərəfindən yaradıldığını inkar edir və onun əbədiliyini təsdiqləyirdi. Bu onu göstərir ki, Parmenid materializmə meyl göstərirdi. O, varlıq haqqında danışanda həm, də deyirdi ki, varlıq dəyişməzdir, sükunətdədir. Parmenid varlığın hərəkət və inkişafını tamamilə inkar edərək göstərirdi ki dünyada mövcud olan nə varsa, hamısı varlıqdır, varlıq məkam tamamilə doldurduğu üçün hərəkət mümkün deyildir. “Təbiət haqqında” əsərinin əvvəlində o yazırdı: “Var olan o şeydir ki, o, olmaya bilməz, yə”ni bu varlıqdır”
Eley məktəbinin digər görkəmli nümayəndələrindən biri də Zenon (e.ə. 490-430) idi. Parmenidin görkəmli tələbəsi Zenonun fəlsəfi fikrin inkişaf tarixində rolu az olmamışdır. O, varlığın vəhdəti və bütövlüyü fıkrini qəbul edir, lakin onun dəyişkənliyi prinsipini rədd edirdi. Zenonun fikrincə, təbiətdə hər şey istidən, soyuqdan, qurudan, rütubətdən və onlann bir-birinə qarşılıqlı surətdə keçməsindən əmələ gəlir. O qeyd edirdi ki, “insanlar torpaqdan əmələ gəlmiş, onların ruhu isə yuxarıda göstərilən elementlərin qarışığından yaranmışdır”. Zenonun fikrincə, hər şeyin başlanğıcı olan varlıq təkdir, hərəkətsizdir. O, hiss üzvləri vasitəsilə deyil, əql vasitəsilə dərk olunur. Onun fikrincə, hissi idrak həll edilməz ziddiyyətlərə aparıb çıxarır, buna görə də onun vasitəsilə gerçəkliyi dərk etmək mümkün deyil. Zenon bu ziddiyyətləri aporiyalar adlandırırdı.
Cənubi İtaliyada fəaliyyət göstərən məktəblərdən biri də Pifaqor və pifaqorçular məktəbi idi. E.ə. VI-V əsrlərdə Yunan fəlsəfəsində ontoloji təlimə görə varlığın əsasları müxtəlif mövqelərdən həll edilırdi. Pifaqorçular bütün mövcudatın əsasına sayları qoyurdular.
Demokrit (e.ə. 460-370) olmuşdur. O, Levkippin tələbəsi olmuş, Anaksaqordan da dərs almışdır. Dünyanı gəzmiş, İranda, Hindistanda, Babilistanda, Misirdə, Efiopiyada olmuşdur. Demokritin 70-dən çox əsəri olduğu müəyyən edilmişdir. Aristotel, Siseron, Plutarx kimi görkəmli alimlər onun adını böyük hörmətlə çəkmişlər. Engels Demokriti empirik təbiətşünas və yunanlar arasında birinci ensiklopedik zəka adlandırmışdır. Demokrit öz əsərlərində fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, biologiya, tibb, ictimai həyat, pedaqogika, psixologiya, etika, fılologiya, ritorika, incəsənət nəzəriyyəsi, texniki və hərbi idarəetmə məsələlərinə də toxunmuşdur. Demokritin varlıq haqqında tə”limi də filosoflarda xüsusi maraq doğurmuşdu. O, atomları varlıq adlandırır, boşluğu isə qeyri-varlıq hesab edirdi. Lakin onun da real surətdə mövcud olduğunu inkar etmirdi.
Demokrit Kainatın sonsuzluğu, məhvedilməzliyi, heç bir qüvvə tərəfindən yaradılmadığı, sonsuz dərəcədə çoxlu dünyaların mövcudluğu haqqında bütöv bir tə”lim yaratmışdı. Demokritin hərəkət haqqında tə”limi də xüsusi əhəmiyyət kəsb edirdi. O belə hesab edirdi ki, atomlar boşluqda hərəkət edən zaman bir-biri ilə toqquşur və bunun nəticəsində onlar birləşirlər, bu birləşmədən də son nəticədə bizi əhatə edən şeylər, predmetlər meydana gəlir