10.İntibah dövrü fəlsəfəsi Bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində İntibah Dövrünün fəlsəfəsi mühüm yer tutur. Bu fəlsəfə feodal ideologiyasına, kilsəyə və sxolastikaya qarşı mübarizədə meydana gəlmişdir. Onun bərqərar olması hər şeydən əvvəl, feodalizm cəmiyyətinin içərisində, kapitalist istehsal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar idi.
İntibah fəlsəfəsinin, humanizm ideyalarının meydana gəlməsini tə”min edən əsas amillərdən biri də təbiətşünaslığın, təbiət elmlərinin inkişafı idi. Mə”lum olduğu kimi, XV-XVI əsrlərdə təbiətşünaslığın əsl mə”nada elmə çevrilməsi prosesi başlandı. Bu dövrdə astronomiya, mexanika, riyaziyyat, bir qədər sonra isə fizika, kimya, biologiya kimi təbiət elmləri inkişaf etməyə başladı. Belə bir şəraitdə eksperimental təbiətşünaslığın meydana gəlməsi, xüsusilə böyük əhəmiyyət kəsb edirdi.
İntibah heç də Qərbi Avropa ölkələrinin hamısında birdən başlanmamışdır. O, birinci növbədə, inkişaf etmiş ölkələrdə meydana gəldi. Onun ilk beşiyi İtaliya olmuşdur.
Mə”lum olduğu kimi, feodalizm dövründə din hökmran ideologiya idi. İntibah Dövründə isə kilsənin, ruhanilərin diktaturası artıq sarsıdılmışdı. Ona görə də intibah sözünü sadəcə olaraq Antik mədəniyyətin dirçəlməsi, elmin və fəlsəfənin tərəqqisi kimi başa düşmək düzgün olmaz. İntibah anlayışını eyni zamanda feodalizmə, kilsəyə, zadəganlığa, bütün feodal qaydalarına qarşı çevrilmiş bir proses kimi başa düşmək lazımdır. Dinin və kilsənin diktaturasının sındırılması İntibah dövründə elmin və mədəniyyətin çiçəklənməsinin mühüm şərti kimi çıxış edirdi.
İntibah dövrün antik mədəniyyətin, antik həyat tərzinin, antik təfəkkür tərzinin dirçəldilməsindən ibarət olması fikri “İntibah”, “Dirçəliş” anlayışları ilə əlaqadar şərh edilməsinə baxmayaraq işin əslində o, antik fəlsəfə və mədəniyyətdən əsaslı surətdə fərqlənirdi. İntibahı xristianlığa qarşı qoymaq da düzgün deyildir. Çüngi tarixi inkişaf baxımından o, orta əsr mədəniyyətinin yekunu idi və onda həmin dövrün müsbət əlamətləri öz əksini tapmışdı. İntibah dovrünün dünyagörüşünün fərqləndirnci əlaməti onun antik dövrə ideal kimi yanaşmaq əsasında incəsənətə istiqamətliliyindən ibarət idi. Ona görə də orta əsrlər dövrünü dini dövr, intibah dövrünü isə əsasən bədii-estetik dövr adlandırırlar. Əgər antik dövr təbii kosmosa, orta əsrlər dövrü Allah vasitəsilə xilas olmağa əsaslanırdısa, İntibah dövrü insan vasitəsilə xilas olmağı ön plana keçirirdi. Ona görə də bu dövrün fəlsəfi təfəkkürü antroposentrizm və humanizm fokusunda cəmləşmişdi.
Dövrü mədəniyyətinin əsas məğzini təşkil edirdi. İtaliyada humanizm Dante Aligerinin, Françesko Petrarkanın və s. Mütəfəkkirlərin adı ilə bağlı idi.
XV və XVI əsrlərdə İntibah Dövrünün humanist təfəkkürü İtaliya çərçivəsindən kənara çıxaraq, İngiltərə və Niderlandiyada, Almaniya və İsveçrədə, Polşa və Macarıstanda da geniş yayılmışdı. İtaliya ilə yuxarıda adları çəkilən ölkələrin intibahı arasında bir sıra ümumi cəhətlərin olmasına baxmayaraq, onlar bir-birindən fərqlənirdilər. İtaliyanın intibahı daha əsaslı qurulmuşdu, onun predmeti təbiət fəlsəfəsi, çıxış nöqtəsi isə humanistlər tərəfindən bərpa edilmiş platonizm idi.
Alpyanı Avropa dövlətlərinin intibahında isə məntiq, dövlət fəlsəfəsi böyük rol oynayırdı.
Ən ümumi cəhət ondan ibarət idi ki, hər iki humanizmin nümayəndələri katolisizmin hökmran ideologiyası və fəlsəfəsi ilə toqquşurdu. Bə”zi hallarda onlar reformatorçuluq hərəkatı və ideologiyası ilə mübahisələr edirdilər. Bir sıra məsələlərdə onların arasında ixtilaflar da yaranmışdı.
XVI əsrin ortalarında İtaliyada platonçu humanizm məktəbi öz ömrünü başa vurdu və həyatın meydanına fəlsəfənin yeni bir sahəsi – təbiət fəlsəfəsi daxil oldu. O, İntibah Dövrü fəlsəfəsinin tipik ifadəsi idi. Onun ən görkəmli nümayəndəsi Cordano Bruno idi. Bu fəlsəfə humanizm fəlsəfəsi və mədəniyyətinin bütün keçmiş inkişafı nəticəsində hazırlanmışdı.
İntibah Dövrünün təbiət fəlsəfəsi Antik Dövrün fəlsəfi irsinə əsaslanırdı. Təbiət fəlsəfəsi nümayəndələrinin əksəriyyəti sxolastikaya, sxolastik aristotelçiliyə qarşı çıxırdılar.
İntibah Dövründə təbiət fəlsəfəsi ilə yanaşı, yeni təbiətşünaslıq da inkişaf edirdi. Bu sahədə baş verən kəşflər Yeni Dövr fəlsəfəsinin mühüm mənbələrindən birinə çevrilmişdi. Bu dövrün alimləri təcrübəni, təbiətin tədqiqini, eksperimental tədqiqat metodunu ön plana çəkirdilər. Burada riyaziyyat görkəmli yer tutur, elmlərin riyaziləşdirilməsi prinsipi, elmin və fəlsəfi təfəkkürün inkişafının mütərəqqi meyllərinə uyğun gəlirdi. Elmdəki yeni meyllər öz əksini Leonardo da Vinçinin, Nikolay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin yaradıcılığında tapınışdı