6.Antik fəlsəfənin mahiyyəti və inkişaf mərhələləri Antik fələsəfə eramızdan əvvəl VII-VI əsrlərdə meydana gəlmiş, eramızm V-VI əsriərinə qədər davam etmişdir. Bu fəlsəfə gələcək dünyagöräşünün bütim tipləri rüşeym halında mövcud olmuşdur. Qədim dovr fəlsəfəsi özünün klassik inkişaf formasına Antik ölkələr adı ilə tamnmış Yunanıstan və Roma quldar dövlətlərində çatmışdır (latın dilində «antiquus» - «qədim» deməkdir). Antik fəlsəfə o zaman mövcud olan elmi biliklər əsasında qərarlaşmışdir. Antik ölkələrdə də fəlsəfə bütün bilik sahələrini əhalə edirdi. Elmi biliklərə istinad edən fəlsəfə evvəlcə dini-mifoloji xüsusiyyətlərin tənqidi ilə, sadəlövh naturalist-materialist meylin güclənməsi ilə, həqiqətə can atması ilə səciyyələnmiş, inama əsaslanan dini-mifoloji baxışlardan fərqlənmişdi.
Antik Dövrdə həm idealist tə”limlər, həm də materialist məktəblər fəaliyyət göstərmişlər. Bu dövrün filosotları obyektiv idealizm, sadəlövh materializm və korləbii dialektika mövqelərindən çıxış etmişlər.
İlk yunan filosoflarının sələfləri əfsanəvi şair və mütəfəkkir Orfey, Homer, Hesiod, Ferikid və başqaları olmuşlar.
Antik fəlsəfənin inkişafı aşağıdakı dörd əsas mərhəbdən keçmişdir:
Birinci mərhələ Sokrata qədərki mərhələ adlanır. Bu mərhələdə Yunan fəlsəfəsinin formalaşdığı dövrdən (e.ə.VII-VI əsrlər) onun inkişafında kəskin dönüş əmələ gələnə qədərki (e.ə.V-IV əsrlər) dövrü əhalə edir. Birinci mərhələdə Milet məktəbi, Heraklit, Eley məktəbi, Pifaqor, Empedokl, Anaksaqor və Yunan atomistləri fəaliyyət göstərmişlər.
İkinci mərhələ Klassik mərhələ adı ilə məşhurdur. Bu mərhələ e.ə. V əsrin yarısından başlanaraq e.ə. IV əsrə qədər davam elmişdir. Bu mərhələ, əsasən, Sokrat, Platon və Aristotelin adı ilə bağlıdır.
Üçündi mərhələ Ellinizm mərhələsi adlanır. Makedoniyalı İskəndərin (e.ə. 356-323) dövründə Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq “Ellinizm” mədəniyyəti
Adlanırdı. Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II əsrə qədər olan dövrü əhatə edir. Bu dövrdə klassik mərhələdən fərqli olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana gəlir. Özü də bunlar Platon və Aristotel fəlsəfəsinin tə”siri altında yaranırdı.
Dördüncü mərhələ fəlsəfə tarixinə Roma mərhələsi kimi daxil olmuşdur. Bu, Antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. O, eramızdan əvvəl I əsrdən başlayaraq eramızm V-VI əsrlərina qədər davam etmişdir.