Elmi dünyagörüşü – təbii-elmi və sosial-tarixi biliklərə, dünyanın təbii-elmi mənzərəsinə əsaslanan, gerçəklikdə hadisə və proseslərin inkişaf və dəyişməsinin elmi səbəblərinə istinad edərək dünya haqqında elmi anlayış və qanunauyğunluqların ümumiləşmiş in`ikasını ifadə edən baxış, ideya və prinsiplərin məcmusudur. Elmi dünyagörüşü – öz müddəalarında müasiri olduğu elmin son nailiyyətlərinə istinadən insanı əhatə edən gerçəkliyə insan münasibətini xüsusi elmi qanun və kateqoriyalar, təlim və nəzəriyyələr vasitəsilə ifadə edir.
Fəlsəfi dünyagörüşü – elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. O, müəyyən cəhətlərdən elmi dünyagörüşüilə qovuşur, eyniləşir, müəyyən cəhətlərdən isə ondan fərqlənir, ayrılır.
3.Qədim Şərqdə fəlsəfi fikir (Misir, Babilistan) Qədim misirlilər bütövlükdə dünyaya miflərin prizmasından yanaşaraq göstərirdilər ki, səmanı ulduzlar və onların topluları şəklində göy ilahəsinin ( nut ) gərilmiş bədəni yaratmışdır. İnsanlar isə günəş Allahı Ranın göz yaşlarından törənmişlər. Onların əsaslandıqları İsida və Osiris rəvayətinə görə Osiris həm həyatı, həm də ölümü özündə birləşdirən hər şeyə qadir qüvvədir, onun ölümü Nil çayının suyunun səviyyəsinin aşağı düşməsini, onun parçalanıb suya atılmış bədən hissələri Nil çayının daşmasından sonrakı kiçik gölcüklər, bataqlıqlardır, Osirisin dirilməsi çayın yenidən daşması, yeni həyatın başlanğıcıdır. Qədim misirlilər ruhun ölməzliyini qəbul edirdilər və göstərirdilər ki, ruh bədən tam saxlandığı təqdirdə ölmür. Ölülərin mumiyalanması adəti də həmin fikirdən irəli gəlmişdi.
Lakin qədim Misirdə «Arfist nəğməsi» adlı əsərdə dünyanın dini-mifoloji şərhinə şübhə ilə yanaşılaraq göstərilir ki, heç bir «axirət dünyası» insanlara səadət gətirə bilməz, çünki «heç kəs oradan gəlib oranın nə olduğunu, orda nələr baş verdiyini, onlara nə lazım olduğunu bizə danışmamışdır», həm də ölənlərdən heç biri hələ oradan geri qayıtmamışdır. Ona görə də neçə ki insan sağdır öz ürəyinin arzuları ilə hərəkət etməlidir. Danışılan dövrdə Misirdə təsərrüfat həyatının, xüsusilə əkinçiliyin tələbatları ilə əlaqədar olaraq riyaziyyat, astronomiya, həndəsə, mexanika elmləri inkişaf etmişdi. Onlarda həftənin yeddi, ayın 30 gün, ilin365 gün və 12 aydan ibarət olmasını göstərən ilk təqvim mövcud idi. Qədim Misirdə riyaziyyatın inkişafına dair çoxlu sənədlər indi də saxlanmaqdadır, mexanikanın inkişafını isə hündürlüyü 146 metr olan dünyada ən nəhəng ehram Xeops ehramı sübut edir.
Bizim e.ə. III minillikdən sonra şumerləri, akkadları, əmmariləri, elariləri və digər xalqları birləşdirən Qədim Babilistan səltənəti yarandı. Babilistan bu dövlətin paytaxtı e’lan edildi. Hammurapinin hökmranlığı dövründə (b.e.ə.1792-1750) bu dövlət özünün ən yüksək zirvəsinə çatmışdı. Babilistanın ikinci çiçəklənmə dövrü Aassurinin hakimiyyətə gəldiyi dövrə (b.e.ə.612-538) təsadüf edir. Bu zaman onun ərazisi Misirdən İrana qədər olan ərazini əhatə edirdi. Bu dövlət tarixdə Yeni Babilistan adlanır.
Qədim Babilistanda elm daha çox inkişaf etmişdir. Bunu bizim dövrümüzədək gəlib çıxmış çoxlu gil lövhələr də sübut edir. Assuriya sultanı Aşşurbanipala məxsus kitabxanada 30 min belə lövhə saxlanılırdı. Riyaziyyat elminə aid yüzlərlə belə lövhələrdə vurma cədvəli, kvadrat tənliklər, kəsrlər, kvadrat və kub köklərinin çıxarılması əks olunmuşdur. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuşlar, sonralar «Pifoqor teoremi» bunun əsasında yaradılmışdır. Şumerlər onluq və altı onluq sistemini yaratmışlar. Bu günədək bütün dünya ondan istifadə edir: 1saat=60dəq., 1dəq=60saniyyə. Gündəlik praktiki təcrübə, səma cisimlərin öyrənmək cəhdi Babilistanda astronomiyanın yaranmasına və inkişafına səbəb oldu. Dünyada birinci olaraq ulduzlu səmanın, ilk xəritəsini tərtib etmiş, Babilistan astronomu Selevveka b.e.ə.II əsr dünyanın Heleosentrik quruluşu haqqında mə’lumat vermişdir. Qədim Babilistanda təbabət elmi də inkişaf etmişdir. Babil həkimləri hələ o dövrdə katarakt adlı göz xəstəliyinin, soyuqdəymənin, zökəmin, sınığın, dəri şişinin müalicəsini bilirdilər. Onlar həmçinin ciyar, mədə-bağırsaq xəstəliklərini müəyyən etmişlər. Şumer həkimlərinin təbabətə aid bir sıra vəsait və göstərişləri mə’lumdur. «Nippur həkiminin arayış kitabçası’’nda 15 müalicə qaydası verilmişdir. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək kəlib çıxmışdır. Şumer və akkad dillərindә bir sıra hүquq qaydaları (Hammurapi qanunları, Assur qanunları, јeni babil natamam qanunları) külliyyatı yaradılmışdır.
Şumer dastan və hekayələrində bir sıra fikirlərə rast kəlmək olar. Bu əsərlərdə siyasət, cəmiyyət, əxlaq normaları və s. Haqqında fikirlər söylənilir.