1. Fəlsəfənin predmeti və funksiyaları



Yüklə 69,24 Kb.
səhifə3/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   2   3   4   5   6   7   8   9   ...   33
Fəlsəfə 1-25

Mifoloji dünyagörüşü iki sözün birləşməsindən əmələ gəlib: (yunanca «mif» - əsatir, əfsanə, rəvayət mənasındadır, «loqos» isə - şöz, təlim, anlayış deməkdir) ibtidai cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının ilkin dövrlərində meydana gəlmişdir. Mifologıya – qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə universal ictimai şüur forması olmuşdur. Qədim miflər dünyanın bütün xalqlarında olmuşdur. Mifik təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların fəaliyyəti, qəhrəmanların möcüzələri və s. Haqqındakı inamlar, ideya və baxışlar durur. Miflər çox müxtəlif olsalar da, onlarda bır sıra motivlər təkrar olunur. Dünyanın bir çox xalqlarının miflərində kosmik mövzular xüsusi yer tutur. Bu miflərlə ibtidai insan dünyanın mənşəyi və quruluşu, bir çox təbiət hadisələri, məqsədəuyğunluq və s. Haqqında özünü düşündürən suallara cavab verməyə çalışmışdır. Bır sıra miflərdə dünyanın sonu, bəşəriyyətin məhvi və yenidən dirilməsi haqqında təsəvvürlər öz əksinı tapmışdır.
Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun həyat inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi öyrənməsi və s. Mövzular da geniş yer tutur, Müxtəlif xalqların mifləri bir-birilə əlaqədar və uyğundur, vahid sistem təşkil edirlər.
Dini dünyagörüşü – dünyagörüşün ikinci tarixi növüdür. Şüurun gerçəkliyı ümumiləşdirərək anlayışlar vasitəsilə əks etdirməsi (məsələn, Allah, ruh, axirət və s.) formalarından biridir, gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında in`ikasıdır. Tarixi-sosial şərait üzündən din ibtidaı icma, quldarlıq və xüsusilə, feodalizm dövründə ictimai şüurun bütün başqa formalarını öz təsirinə almış, cəmiyyətın mənəvi dünyagörüşünün əsaslarını təşkil etmışdir.
Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «yer üzü», «bu dünya» - təbii, hiss üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - fövqəlhissi dünya. Dinə görə əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqətidir.
Din insanın qeyriadi təbii və sosial qüvvələr qarşısında acizliyi əsasında yaransa da, müəyyən tarixi şəraitdə ümumbəşəri dəyərlər, sosial ədalət uğrunda çıxış etmiş, normaların tənzimləyicisi funksiyasını yerinə yetirmişdir. İnsanların əxlaq və davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə salan din, cəmiyyətdə sosial-mənəvi tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın hifz edilməsi və yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir. Hazırda bəşəriyyətin yaşaması, sülh və sosial tərəqqi uğrunda, müharibə əleyhinə fəal çıxış edən din özünün çoxsaylı hökm və mərasimləri vasitəsilə insanlar arasında məhəbbət, xeyirxahlıq, dözümlülük, rəhmdillik, əl tutmaq, vicdan, borc, ədalət və s. Kimı bəşəri hissələri tərbiyə edir.
Dinləri monteist və panteist, ibtidai və müasir, milli və dünyəvi olmaqla müxtəlif qruplara ayırmaq olar.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin