1. Fəlsəfənin predmeti və funksiyaları


Qədim Azərbaycanda fəlsəfi fikir (Zərdüştilik )



Yüklə 69,24 Kb.
səhifə7/33
tarix08.01.2023
ölçüsü69,24 Kb.
#78719
1   2   3   4   5   6   7   8   9   10   ...   33
Fəlsəfə 1-25

5.Qədim Azərbaycanda fəlsəfi fikir (Zərdüştilik )
Qədim Azərbaycanda dini-fəlsəfi fikirlər hələ eramızdan əvvəl VII əsrdə zərdüştilikdə Mövcud olmuşdur. Zərdüştliyin formalaşması b.e.ə. IX-VII əsrlərə aid edilir. Zərdüştilik bir sıra Şərq ölkələrində yayılmışdır. Lakin ilk faktlarla tanışhq Zərdüştün azərbaycanlı olmasında Şübhə yeri qoymur. Zərdüştün (Zoroastr, Zoroad, Zarad, Zaradaşt) vətənindən söhbət gedərkən Orta Əsr müəllifləri, o cümlədən Əhməd Bəlazuri (IX əsr), Əbu-reyhan Biruni (XI əsr) onun Azərbaycandan çıxdığını” söyləmişlər. Yaqut Həməvi (1179-1229) Zərdüştün Şizdən Olduğunu yazırdı. Şiz, Urmiyanın qəsəbəsi idi. Alim Urmiya haqqmda danışarkən oranı “məcusilərin peyğəmbəri Zərdüştün şəhəri” adlandırmışdır. Qütbəddin Şirazi (1236-1311) onu “Görkəmli fılosof, kamil imam Zərdüşt Azərbaycani” deyə yad etmişdir.
Tədqiqatçılar zərdüştiliyin müqəddəs kitabı Avestanın da məhz bu ərazidə yarandığını təsdiqləyirlər. Zərdüştliyin ideyalarını, qısa şəkildə belə qruplaşdırmaq olar:
l.Kainatın nizamı, dünya mövcudluğu xeyir və şərin, işıq və qaranlığın əbədi mübarizəsindən asılıdır. Xeyir, işıq Allahı Hürmüz (Ahura-Məzda) və şər, qaranlıq allahı isə Əhriman (Ahura-Manyu) hesab olunur. Onlarm arasında əbədi mübarizə gedir, insanlar onlar arasında mövqe seçməkdə azaddırlar. Bu əbədi mübarizə varlığın mahiyyətini təşkil edir. Deməli, «Əksliklərin vəhdəti və mübarizəsinin inkişafin mənbəyi olması haqqında dialektik qanunauyğunluq hələ «Avesta»da ozünəməxsus şəkildə ifadə olunmuşdur.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: «Mən o şəxsəm ki pak bir təbiətlə insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura-Məzdamn (Hürmüzün) yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc və dözümüm vardır, doğru yola getməyi insanlara öyrədəcəyəm», «Doğruluq atası Məzdanı tanımaq, haqqını düzgün yerinə yetirmək üçün, bu müqəddəs ağıl ugrunda istər dildəki danışıq və pak xeyal ilə bağlı sözlərlə, istərsə də qolların görəcəyi iş və təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən», «Aləmi-təsəvvürdə ilk özünü göstərən o iki ekiz cövhərin birisi: düşüncədə, danışıq və dolanışıqda yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və dolanışıqda). Bu ikilikdən anlayan adam gərək pisi yox, yaxşını özünə seçə» və i.a.
Daha sonrakj dövrlərdə (e.ə. VII -VI əsrlər) zərdüştilikdə xeyir allahı Hürmüzə (Ahura-Məzdaya) pərəstişə əsaslanan məzdəilik dini-təriqəti meydana çıxır. Xeyrin şər üzərində qəti qələbəsinə inanan və onu təbliğ edən məzdəilik Odu Hürmüzün yerdə təzahürü hesab edir, oda sitayişi geniş yayırdı. Zərdüştilikdən fərqli olaraq, məzdəilik ölünün dəfn edilməsinə icazə verir, Zərdüştün bir peyğəmbər kimi Hörmüzlə hölcmdar-lar arasında vasitəçi olması ideyasına qarşı çıxırdı. Günəş allahlarına etiqadı qəbul etməklə məzdəılik bütpərəstliə də yol verirdi.
Avesta (Qanun) – Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. Vendidad (Videvdat “Divlər əleyhinə qanun”) – şər qüvvələrin dəf edilməsinə yönəldilən qanun, Yasna (“Dua etmə”, “Sitayiş etnıə”) ibadət və qurban vermə mərasimi zamanı oxunan ayrı-ayrı qanunlar və Vispered (və ya Visprat –“hakimlərin hakimi”, “Allahların hamısı”) dua xarakterli mahnıları tərənnüm edən qanunlardır. Birinci iki kitabda toplanılmış dini mərasimləri əks etdirən mətnlər (yaştlar – himnlər) Aveslanın ən qədim hissələri hesab olunurlar. Onlar müxtəlif vaxtlarda yaranmış, irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu Zərdüştün lirikası (qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir.
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu mübarizənin nəticəsində yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz (Ahura-Mazda) əvvəl-axır şər Allahı Əhrimən (Anhra-Manyuya) üzərində qələbə çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, Avesta politeist və monoteist müddəalardan da xalis deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq, o cümlədən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə, təkallahlılıq meyli güclüdür. Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi dövlət dini e’lan edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, Hörmüz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatm yeganə yaradıcısı, vahid Allah sayılmışdır.

Yüklə 69,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin