Konfutsiançılıq – e.ə, VI əsrdə Konfutsi və onun ardıcıllıqlarının adı ilə bağlı formalaşmiş dini-fəlsəfi etik cərəyanldır, baxışlar sistemidir. Yeni eranın ərəfəsində xüsusi dinə çevrilmişdir. Əsas mənbəyi «Söhbətlər və mühakimələr» («Lun-yuy») adlı kitab hesab olunur. Konfutsiançılığın meqsədi mövcud üsul – idarəni, quldarlıq münasibətlərini qoruyub saxlamağa xidmət olmuşdur. Bu cərəyana görə cəmiyyətdə «Jen» adlanan, Allah tərəfindən göndərilmiş qanun fəaliyyət göstərir. Həmin qanunu yerinə yetirmək üçün hamı cəmiyyətdəki davranış normalarına, rəsmi qaydalara, adət-ənənələrə əməl etməlidir. Konfutsi qeyd edırdı ki, cəmiyyətə ağıllı adamlar rəhbərlik etməli, möhkəm intizam olmalı, «hakim-hakim, tabe-tabe, ata-ata, oğul-ogul olrmalıdır». Konfutsinin ilahiləşdirilməsi ilə bu cərəyan dinə çevrilmişdir, lakin onda mistik elementlər, kahinlik xidməti və s. Yox idi, başlıca tələb ayinlərə, ənənələrə əməl etmək idi. Konfutsiançılığın əsas ehkanıı əcdad kultu, əcdadlara ehtiram idi. Hər ailənin obrazlı əcdad məbədi vardı. Həmin məbəd qarşısında qurban kəsilir, ibadət edilir, ayinlər icra olunurdu.
Daosizm – qədim Çinda əmələ gəlmiş dini-fəlsəfi cərəyandır (e.a. lV-III əsriər), eramızın II əsrində dinə çevrilmişdir. Bu dini-fəlsəfi təlimin əsasını qoyan Lao-Tsziyə görə bütün mövcudatın ilkin əsası və mahiyyiəti «dao»dan («qanun» mənasındadır) ibarətdir. Daosizmin əsas abidəsi olan «Dao-de-tezin»a görə (e.ə. IV-II əsrlər) bütün maddi cisimlər «daonun təzahürləri» hesab olunur, Bu təlim hər şeyin «dao» əsasında, daxili zərurət və qanunauyğunluğla baş verdıyini iqrar edir. Bu, daxili, təbii «yoldur» ki, bülün əşya, cisim və insanlar onu izləməlidirlər. Bu təlimə görə «dünyada daonun olmadığı heç bir şey yoxdur. Dünya daonun fəaliyyəti üzrə hərəkət edir». Bu təlim, nəticə etibarilə. Fatalizmə, insanın zərurətin qulu olması ideyasına gətirib çıxarır. Daosizm dini təlimində şəxsiyyətin mənəvi kamilləşməsi, pəhriz, fizikİ temrinlər ıdeyası da mühüm yer tutur. Bununla yanaşı «zərərli ruhların» rəhmə gətirilməsi, cadugərlik, fala baxmaq ayinləri və s.-də yayılmışdı.
Qədinı Çində görkəmli filosof Mo-Tszinin (468-376) adı ilə bağlı moizm fəlsəfi təlimi də olmuşdur. E.ə. V-III əsrlərdə yayılmışdır. Onu ölkəni dolaşıb müdrik sözlər söyləyən kahinlər yayırdılar. Bu təlimin əsas mənbəyi indiyədək gəlib çatmış, 51 fəsildən ibarət olan «Moizmin traktatı»dır. «Hikməti sevmək», «Vəhdətə inam», «Ümumi sevgi», «Hücuma qarşı», «Xərcləməkdə qənaət haqqında», «Göylərin iradəsi» və s. Adlı fəsillərdə varlıq, insan, ailə, davranış, idarəçilik, məntiq,
qnoseologiya və i.a, məsələlərin fəlsəfi təhlili verilmişdi. Moizm məktəbi nümayəndələri varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. Kateqoriyaların ümumi xarakteristikasını verib, onları mənimsəməyə çalışmışlar. Onlar gerçəkliyin dərk edilməsinə hadisənin səbəbinin müəyyən edilməsindən başlamağı, onun başqaları ilə oxşar və fərqli cəhətlərinin müəyyən edilməsi, novləri parçalanması və s. Halların manimsənilməsi kimi baxırdılar. Onlar biliyin həqiqiliyinin yoxlanılmasının üç metodunu, üç qaydasını irəli sürmüşlər: «əsaslandırma», «mənbələr» və «tətbiq edilmə». Bunlar isə naturalist materializm mövqeyindən təhlil edilirdi.