1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Azərbaycanda fəlsəfənin meydana gəlməsi, əsas tarixi inkişaf mərhələləri və xüsusiyyətləri



Yüklə 340,51 Kb.
səhifə46/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   42   43   44   45   46   47   48   49   ...   115
felsefeimtahansualları

23.Azərbaycanda fəlsəfənin meydana gəlməsi, əsas tarixi inkişaf mərhələləri və xüsusiyyətləri
Azərbaycanda fəlsəfi fikir şərq fəlsəfəsi əsasında meydana gəlib inkişaf etmişdir. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların bir-birini əvəz etməsi mənəvi mədəniyyətin təməli olan fəlsəfi fikir və dünyagörüşünün təşəkkülü üçün münbit zəmin yaratmışdır. Azərbaycan fəlsəfi fikrinin yaranma tarixi 4 min il öncəyə aid edilir. Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçün keçmişin mühüm yazılı abidələri - Avesta, Pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsərləri, Orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır.
Azərbaycanda fəlsəfi düşüncənin formalaşmasında önəmli rol oynayan qədim fəlsəfi-mifoloji təlimlərdən biri zərvanilik idi. Bu təlimin əsas prinsipləri haqqında Avesta, qədim Pəhləvi mətnləri, Quran, Orta əsr Şərq yazılı abidələri və çoxsaylı tədqiqatlar məlumat verir. Həmin təlimə görə, keyfiyyət iki dərəcəlidir: birinci keyfiyyəti təmsil edən işıq ruhu, əzəli və əbədi Hörmüz maddi varlıqları və həyatı yaradır, ikinci keyfiyyəti təmsil edən zülmət ruhu Əhrimən isə hər şeyi ölümə məhkum etdiyindən, əzəli olmadığı kimi, daimi də deyil.
Midya dövlətindən sonra Azərbaycanda yaşayan xalqlar, Atropaten və Albaniya kimi dövlətlərin tərkibində olmuşlar
Qədim Azərbaycanda dini-fəlsəfi fikirlər hələ eramızdan əvvəl VII əsrdə zərdüştilikdə
mövcud olmuşdur. Zərdüştliyin formalaşması b.e.ə. IX-VII əsrlərə aid edilir. Zərdüştilik bir sıra Şərq ölkələrində yayılmışdır. Lakin ilk faktlarla tanışhq Zərdüştün azərbaycanlı olmasında
şübhə yeri qoymur. Zərdüştün (Zoroastr, Zoroad, Zarad, Zaradaşt) vətənindən söhbət gedərkən
Orta Əsr müəllifləri, o cümlədən Əhməd Bəlazuri (IX əsr), Əbu-reyhan Biruni (XI əsr) onun
"Azərbaycandan çıxdığını" söyləmişlər. Yaqut Həməvi (1179-1229) Zərdüştün Şizdən
olduğunu yazırdı. Şiz, Urmiyanın qəsəbəsi idi. Alim Urmiya haqqmda danışarkən oranı
"məcusilərin peyğəmbəri Zərdüştün şəhəri" adlandırmışdır. Qütbəddin Şirazi (1236-1311) onu
"Görkəmli fılosof, kamil imam Zərdüşt Azərbaycani" deyə yad etmişdir.
Tədqiqatçılar zərdüştiliyin müqəddəs kitabı Avestanın da məhz bu ərazidə yarandığını təsdiqləyirlər. Zərdüştliyin ideyalarını, qısa şəkildə belə qruplaşdırmaq olar:
l.Kainatın nizamı, dünya mövcudluğu xeyir və şərin, işıq və qaranlığın əbədi mübarizəsindən asılıdır. Xeyir, işıq Allahı Hürmüz (Ahura-Məzda) və şər, qaranlıq allahı isə Əhriman (Ahura-Manyu) hesab olunur. Onlarm arasında əbədi mübarizə gedir, insanlar onlar arasında mövqe seçməkdə azaddırlar. Bu əbədi mübarizə varlığın mahiyyətini təşkil edir. Deməli, «Əksliklərin vəhdəti və mübarizəsinin inkişafin mənbəyi olması haqqında dialektik qanunauyğunluq hələ «Avesta»da ozünəməxsus şəkildə ifadə olunmuşdur.
2. Zərdüştilik, nəticə etibarilə xeyrin şər üzərində, işığın zülmət üzərinclə qələbəsinə inam
və etiqaddır. Gec-tez xeyir qələbə çalacaqdır, lakin insanlar fəaliyyətsiz halda durub
bu qələbəni gözləməməli, özləri şərlə mübarizəyə qoşulub bu qələbəni daha da
yaxınlaşdırmalıdırlar. Azad iradəyə malik olan insanlar, şəxsiyyətlər öz fəallıqları ilə dünyada
ədalətin, xeyrin qələbəsinin təmin edilməsinə kömək göstərməlidirlər.
3. «Avesta»da köçəri heyat tərzi pislənir, ona dünyada şərin təzahürü kimi baxılır, oturaq
həyat əkinçilik isə təriflənir, ona xeyrin, ədalətin təzahürü kımi baxılır. Bununla da
köçəri tayfaların hücumlarma etiraz bildirilir.
4. Zərdüştliyin ictimai-tarixi görüşləri ziddiyyətli, mifık səciyyə daşıyır. Zərdüştə görə
dünya tarıxi 12 min il uzanacaq, hər 3 min ildən bir xeyir yə şər qüvvələrin hökmranlığı
bir-birini əvəz edəcəkdir. 3 min il Hürmüz ardıcıllıqlarının «qızıl əsri» olacaq, sonra isə
onu Əhriman və şər qüvvələvin hökmrarılığı əvəz edəcəkdir. Lakin şər müvəqqətıdir,
onun ardıcılhqları axirətdə hər cür əzab-əziyyətə məhkumdurlar, axirət məhkəməsində ağır
cəza alacaqlar. Xeyrin - Hürmüzün təratdarları isə axirət xoşbəxtliyinə yetışəcəkdir.
5. Zərdüştliyin dünyagörüşü dualist səciyyə daşıyırdı. Həm maddi, həm də ideal olan başlanğıclar xeyir və şər keyfiyyətlərə malik olmaqla iki hissəni vəhdətdə ifadə edirlər. Ayinçilik praktikasında fetişizm, animizm, totemizm ibtidai dini ənənələrini də ifadə edən, kainatın 4 ünsürdən (od, su, hava, torpaq) ibarət olmasına inadla bağlı ritual və mərasimlər geniş yer tutmuşdur. «Avesta»nın animistik təsəvvürlərinə görə bütün təbiət canlana bilər, ruh təkcə insana və heyvana məxsus deyildir, bütün başqa cisim və əşyalarda da ruh mövcuddur. Ruh həmin cisimlərdən kənarda da müstəqil yaşaya bilər və yaşayır. Ruh elə daxili qüvvədir ki, onun vasitəsilə hər şey - insan, bitki, günəş, ay, ulduz, bütün dünya hərəkət edir, mövcud olur. Insanın bədən və ruhdan ibarət olması ideyası da «Avesta»da öz əksini tapmışdır. Ruh insanın şüurlu fəaliyyətini - duyğu, təfəkkür, nitq, iradə və s. tənzim edir, onların mənbəyidir.
6. Zərdüştilikdə oda sitayiş ənənələri güclü olmuşdur. Bütün zərdüşt mənbələrində maşəl yanmışdır, odla bağlı rituallar icra edilmiş, ona qurban kəsilmiş, pərəstiş olunmuşdur. Elə bunun nəticəsidir ki, ona bəzən atəşpərəstlik də deyilmışdir.
7. Zərdüştliyin manəvi-əxlaqi idealı da xeyiriə, ədalətlə sıx bağlı olmuşdur. «Avesta»da zərdüştliyin idealı üç prinsiplə ifadə olunmuşdur: insan özünün bütün fəaliyyətini «xeyir fıkir, xeyir söz və xeyir iş"in vəhdəti əsasında qurmalıdır. Deməli, o, yaxşı, xeyirxah fikirləşməli, həmişə yaxşı, xeyrli danışmalı və faydalı, gözəl işlər görməli, həmişə şəri rədd etməlidir. Bu üç tələb Zərdüştliyin əxlagi, saflaşdırıcı prinsipləridir. Zərdüştə görə insan həmişə mülayim, adil, xeyirxah olmalıdır. O, qəddar paxıl, yalançı olmamalıdır. Zərdüşütlikdə yalançı ilə düşmən, şər eyni mənalı anlayışlar kimi işlədilir.
8.«Avesta»nın cəmiyyətə, dövtət idarəçiliyinə baxışlarında qəbilə-tayfa münasibətlərinin demokratik prinsipləri və quldar demokratiyası təqdir olunsa da, «Avesta»nın sonrakı tərtibatlarında monarxiya üsul-idarəsi başlıca dövlət idarəçiliyi forması elan olunmuşdur. Hakimiyyətin, əmlakın, şan-şöhrətin insana Allahdan yetirməsi ideyası da müdafiə olunurdu.
Zərdüşt insanlara müraciətində belə nəsihətlər etmişdir: «Mən o şəxsəm ki pak bir təbiətlə insanlar ruhunu qurmaq üçün təyin olunmuşam, Ahura-Məzdamn (Hürmüzün) yaxşı əməl üçün verəcəyi mükafatdan xəbərdaram. Ta nə qədər güc və dözümüm vardır, doğru yola getməyi insanlara öyrədəcəyəm», «Doğruluq atası Məzdanı tanımaq, haqqını düzgün yerinə yetirmək üçün, bu müqəddəs ağıl ugrunda istər dildəki danışıq və pak xeyal ilə bağlı sözlərlə, istərsə də qolların görəcəyi iş və təmizkarlıq səyi ilə, gərək ən yaxşı əməlləri yerinə yetirəsən», «Aləmi-təsəvvürdə ilk özünü göstərən o iki ekiz cövhərin birisi: düşüncədə, danışıq və dolanışıqda yaxşılıq olmuşdur; o birisi də pislik (yenə düşüncə, danışıq və dolanışıqda). Bu ikilikdən anlayan adam gərək pisi yox, yaxşını özünə seçə» və i.a.
Daha sonrakj dövrlərdə (e.ə. VII -VI əsrlər) zərdüştilikdə xeyir allahı Hürmüzə (Ahura-Məzdaya) pərəstişə əsaslanan məzdəilik dini-təriqəti meydana çıxır. Xeyrin şər üzərində qəti qələbəsinə inanan və onu təbliğ edən məzdəilik Odu Hürmüzün yerdə təzahürü hesab edir, oda sitayişi geniş yayırdı. Zərdüştilikdən fərqli olaraq, məzdəilik ölünün dəfn edilməsinə icazə verir, Zərdüştün bir peyğəmbər kimi Hörmüzlə hölcmdar-lar arasında vasitəçi olması ideyasına qarşı çıxırdı. Günəş allahlarına etiqadı qəbul etməklə məzdəılik bütpərəstliə də yol verirdi.
Avesta (Qanun) - Vendidad, Yasna və Vispered adlı üç kitabdan ibarətdir. Vendidad (Videvdat "Divlər əleyhinə qanun") - şər qüvvələrin dəf edilməsinə yönəldilən qanun, Yasna ("Dua etmə", "Sitayiş etnıə") ibadət və qurban vermə mərasimi zamanı oxunan ayrı-ayrı qanunlar və Vispered (və ya Visprat -"hakimlərin hakimi", "Allahların hamısı") dua xarakterli mahnıları tərənnüm edən qanunlardır. Birinci iki kitabda toplanılmış dini mərasimləri əks etdirən mətnlər (yaştlar - himnlər) Aveslanın ən qədim hissələri hesab olunurlar. Onlar müxtəlif vaxtlarda yaranmış, irili-xırdalı 21 hissədən ibarətdir. Yasnanın əsas məzmununu Zərdüştün lirikası (qatlar) təşkil edir. Vispered Yasnanın ayrı-ayn hissələrinə əlavələrdir.
Avestanın əsas ideyası bundan ibarətdir ki, dünyada bir-birinə zidd olan qüvvələr arasında daimi mübarizə gedir. Dünyada mövcud olan bütün şeylər bu mübarizənin nəticəsində yaranır. Hər yerdə işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında mübarizə gedir. Zərdüştüiyə görə, xeyir Allahı Hörmüz (Ahura-Mazda) əvvəl-axır şər Allahı Əhrimən (Anhra-Manyuya) üzərində qələbə çalacaq, şər həmişəlik yox olacaq. Bununla belə, Avesta politeist və monoteist müddəalardan da xalis deyildir. Onun ən qədim parçalarında çoxallahlılıq, o cümlədən Günəşi, Ayı və ulduzları ilahiləşdirmək meyli, qatlarda isə, təkallahlılıq meyli güclüdür. Əhəmənilər dövründə (e.ə.VI-IV əsrlərdə) zərdüştilik rəsmi dövlət dini e'lan edildikdən sonra onun dualist və politeist cəhətləri arxa plana keçirilmiş, Hörmüz formasında tələffüz edilən Ahura-Mazda (Hikmət Ağa) bütün mövcudatm yeganə yaradıcısı, vahid Allah sayılmışdır.
Avestadakı birinci yaşt (Himn) Ahura-Mazdaya (Hörmüzə) həsr olunmuşdur. Burada Hörmüzə alqış, Əhrimənə nifrət bildiriləndən sonra zərdüştilik etikasının əsas triadası ön plana
çəkilərək and içmə formasında deyilir: "Xeyirxah fıkirlə, xeyirxah sözlə və xeyirxah əməllə xeyirxah fikri, xeyirxah sözü və xeyirxah əməli tə'rif edirəm. Bütün xeyirxah fikrə, xeyirxah sözə və xeyirxah əmələ çağırır, bəd fikirdən, bəd sözdən və bəd əməldən əl çəkirəm".
Himndə daha sonra deyilir: "Həqiqət ən yaxşı xeyirxahlıqdır".Avestada başqa himnlər də mə'nəvi paklığa, ülviliyə çağırışdır. Orta Əsr müəlliflərinin fikrincə, məcusilikdə bütün söhbət işığın qaranlığa çulğalaşması səbəbini və işığm qaranlıqdan xilasolma səbəbini izah etmək qaydaları ətrafında gedir, çünki bir-birinə zidd iki əsas - işıq ilə qaranlıq dünyadakı mövcud şeylərin mənbəyidir.Din və fəlsəfə tarixçisi Məhəmməd Şəhrəstani (XII əsr) yazır: "Tərkiblər o ikisinin (işiq və qaranlığın) qatılığından hasil olmuş, surətlər müxtəlif tərkiblərdən meydana çıxmışdır. Xeyir və şər, mürvət və əskiklik, paklık və xəbislik işıq və qaranlığın qatılığından törənmişdir. Onlar qarışmasaydı aləm mövcud olmazdı. O ikisi bir-birinə müqavimət göstərir, mübarizə edir, hətta işıq qaranlığa, xeyir şərə qalib gəlir".
Avestadakı dini-fəlsəfi, təbii-elmi, sosial-siyasi baxışlar o dövrün idealogiyasında yüksək səviyyəsi ilə seçilirdi. Azərbaycanda yaradılmış Avesta İran, Orta Asiya və başqa yerlərdə də yayılmışdır. Onun elmi və idealoji nüfuz dairəsi isə daha uzaqlara gedib çıxmışdır. Bu, yunan elmi-fəlsəfı fikrində, xüsusən Demokritin dünyagörüşünün formalaşmasında özünü aşkar biruzə verir. Demokrit ilə midiyalı mağlar arasında yaxınlıq, hava, su, od və torpaq ünsürlərinin qəbulunda və şərhində aydın nazərə çarpır.
Avesladakı bütün mə"nəviyyat üç ifadədə yekunlaşdırılırdı: Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl. Demokrit Zərdüştün bu üçlüyünü (triadasını) təkrarlamışdır. Avestada həqiqətən, düzgünlük və ədalət hər şeydən üstün tutulurdu. Demokrit də bunu qəbul etmişdir.
Hazırda zərdüştilik Iranda kəbrlər, Hindistanda isə norslar arasında qalmaqdadır. Onların sayı 100 min nəfərdən artıqdır.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin