1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə45/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   41   42   43   44   45   46   47   48   ...   115
felsefeimtahansualları

Ekzistensializm və ya mövcudluq fəlsəfəsi XX əsrdə bir çox Avropa ölkələrində, habelə ABŞ-da geniş Ekzistensializmin banisi, XIX əsrin birinci yarısında yaşamış danimarkalı mistik filosof S.Kyerkeqorun (1813– 1855) təlimindən istifadə edən alman filosofu Haydeggerdir (1889– 1976).
Ekzistensializm akademik doktrina deyil. Onun əsas mövzuları olan insanın mövcudluğu, şəxsiyyətin taleyi, inam və inamsızlıq, həyatın mənası problemləri hər bir rəssama, yazıçıya, şairə tanışdır. Buna görə də bu cərəhyan bir tərəfdən yaradıcı ziyalılar arasında populyarlıq qazanmış, digər tərəfdən də ekzistensialistlərin özlərini incəsənətin dilinə müraciət etməyə təhriuk etmişdir (J.P.Sartr, Q.Marsel). Eksitensializmin dini (K.Yaspers, Q.Marsel, M.Buber) və ateist ( M.Haydegger, Sartr, A.Kamyu, M.Merlo-Ponti) növlərini bir-birindən fərqləndirirlər. Lakin ekzistensializm haqqında ateist sözünü şərti mənada işləymək olar, çünki Allahın öldüyünü bəyan edən bu ekzistensialistlər bununla belə Allahsız yaşamağın mümklün olmadığını qeyd edirlər. Ekzistensialistlər B.Paskalı, Kyerkeqoru, F.M.Dostoyevskini və F.Nitsşeni özlərinin sələfləri hesab edirlər. Ekzistensialistlərə həmçinin E.Qusserlin həyat fəlsəfəsi və fenomenologiyası böyük təsir göstərmişdir.

Ekzistensialistlərin irəli sürdükləri ən ümumi problem– həyatın mənası, insanın dünyada yeri və onun özünə həyat yolu seçməsi məsələsindən ibarətdir. Bu köhnə problem həmişə xüsusi əhəmiyyətə malik olmuşdur. Deməli, ekzistensialistlər zəmanəmizin ən kəskin məsələlərindən birinə toxunmuşlar.


Bu fəlsəfənin tərəfdarları onu, ümumiyyətlə, varlıq haqqında təlim kimi verirlər. Əslində isə həmin fəlsəfəni yalnız insan şəxsiyyətinin «mövcudluğunu» təhlil etməyə müncər edirlər (latınca: ekzistensiya sözü «mövcudluq» deməkdir). Bəzi ekzistensialistlərin «o dünya» haqqında, başqa sözlə desək, allah haqqında yeritdikləri mühakimə hesaba alınmazsa, ekzistensialistlər üçün yeganə reallıq şəxsi mövcudluqdan, «mən mövcudam» idrakından ibarətdir. Onlar insanı əhatə edən aləmi sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun gəlməyən bir aləm kimi təsvir edirlər. Haydegger deyir ki, aləm ona görə mövcuddur ki, mövcudluq vardır. «Heç bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz».
İnsanın mövcud olması faktının insan üçün ən mühüm olduğu irəli sürülür. Lakin insanın mövcudluğu intəhalıdır və insanın bütün həyatı ölüm qarşısında qorxu şəraitində keçir. Onların fikrincə, fəlsəfənin də vəzifəsi məhz bu qorxunu oyatmaq və daim bu hissi qoruyub saxlamaqdır. K.Yaspers deyir ki, filosofluq etmək ölümə alışmaq deməkdir. Şərti olaraq ekzistensialistləri dini (N.Berdyayev, L.Şestov, K.Yaspers, Q.Marsel) və ateist (M.Haydegger, J.P.Sartr, A.Kamyu, M.Merlo– Ponti, S. de Bovuar) ekzistensialistlərə bölürlər. Ekzistensialistlər belə hesab edirlər ki, insan başqa adamlarla ünsiyyət xaricində yaşaya bilməsə də, bu adamlar əslində özlrini tamamilə yalqız sayırlar. Bu təlimin tərəfdarları ənənəvi fəlsəfədən fərqli spesifik terminologiyadan istifadə edirdilər. K.Yaspersin II dünya müharibəsindən sonra yazdığı «Günah haqqında məsələ» əsəri vardır. Onun mövzusu müharibəyə görə almanların günahlandırılmasıdır. O, burada günahın təsnifatını verir: cinayətə görə günah, siyasi günah, əxlaqi günah və ən böyük günah– metafizik günah. Metafizik günahın mənbəyi insanın varlığıdır. Almanların günahını K.Yaspers metafizik günah kimi verir. Bu cür günahlar hər yerdə və hər xalqda ola bilər. Ona görə də Fuçik xəbərdarlıq edirdi. «İnsanlar sayıq olsun!»
Ümumiyyətlə, ekzistensializmin həm müsbət, həm də mənfi cəhətləri vardır. Əslində ekzistensialist fəlsəfənin leytmotivi insanın xarici ictimai qüvvələr tərəfindən əsarətinə qarşı etirazdır. Onların fikrincə, mövcudluq insanın özüdür, onun dünyaya gəlişidir. O, nə xeyirxah, nə də bədxahdır. O, xeyirxah və ya bədxah ictimai münasibətlər prosesində olur. İnsan özlüyündə həqiqətdir. Həqiqətə malik olmaq yox, həqiqətin özü olmaq gərəkdir. Bu, Roma hakimiyyət nümayəndəsi Ponti Pilatın həqiqət nədir?–sualına Xristosun-həqiqət mən özüməm!–cavabına bənzəyir. İnsanın mahiyyəti ictimai mü­­na­sibətlərin məcmusudur. İnsan hazır ictimai münasibətlər dün­ya­sı­na gəlir. Burada mövcudluqla mahiyyət arasında toqquşma baş ve­rir və insanın bütün həyatı boyu davam edir
Fəlsəfədə XIX əsrin sonunda- XX əsrin əvvəllərində yayılmış metodologizmdən və qnoseologizmdən fərqli olaraq ekzistensialistlər ontoloqiyanı (varlıq haqqında təlimi) dirçəltməyə cəhd göstərirlər.
Ekzistensializm təlimin sosial mənası şəxsiyyətlə azadlıq konsepsiyalarında açıqlanır. Ekzistensializmə görə, şəxsiyyət məqsəddir, kollektiv isə onu təşkil edən fərdlərin maddi mövcudluğunu təmin edən vasitədir. Cəmiyyət hər bir şəxsiyyət azad mənəvi inkişafını təmin etməli, onu qəsdlərdən müdaifə edən hüquq qaydalarını yaratmalıdır Cəmiyyət bu arada şəxsiyyəti yalnız məhdudlaşdırır..Ekzistensializmə görə, azadlığı yalnız ekzistensiya əsasında dərk etmək mümkündür. Ekzistensializm öz qarşısında insanı özündən kənarda azadlıq tapa bilmək ümidlərindən və bu ümidlərlə bağlı olan büütn illüziyalardna azad etmək, onu öz daxilinə baxmağa məcbur etmək məqsədini qoymuşdu.
Ekzistensializm bir növ «həyat fəlsəfəsi»ndən, xüsusilə Nit­şe fəlsəfəsindən, onun fərdiyyəçilik konsepsiyasından yaranmışdır.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin