1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Füzuli Məhəmməd Süleyman oğlu



Yüklə 340,51 Kb.
səhifə50/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   46   47   48   49   50   51   52   53   ...   115
felsefeimtahansualları

Füzuli Məhəmməd Süleyman oğlu (1494-1556) İraqda Kərbəla şəhərində anadan olmuşdur. Tədqiqatçıların fikrincə ailəsi feodal çəkişmələri nətiçəsində bir hissəsi Azərbayçandan İraqa köçmüş Boyat tayfasına mənsub olmuşdur. Füzuli ilk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanları, ərəb tərcümələri əsasında Yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik ərəb, fars, özbək, türk və farsdilli hind ədəbiyyatını öyrənmişdir.
Məhəmməd Füzuli qədim yunan və şərq fəlsəfəsi ilə yaxından tanış idi. Onun fəlsəfi görüşləri, əsasən, Ərəb dilində nəsrlə yazdığı "Mətlə-ül-e'tiqad" əsərində öz əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, Nizaminin fəlsəfi irsindən tə'sirlənmişdir. Füzulinin başqa əsərlərində də fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli dövrünün daha mütərəqqi ideyalarına əsaslanmışdır. Qəsidələrindəki mistik tərki-dünyalıq motivləri şairin yaşadığı dövrün tə'sirilə bağlı olmuşdur. Füzuli müsəlman ilahiyyatı məsələlərini fəlsəfi zəmində araşdırırdı. Fəlsəfi görüşlərinə görə Füzuli idealist olmuşdur. O, maddi aləmin obyektiv və insan şüurundan asılı olmayaraq mövcudluğunu qəbul etsə də, göstərirdi ki, maddi varlıq qeyri-maddi Allah tərəfindən yaradılmışdır. Onun fikrincə qeyri-maddi aləm ilkindir. Bununla yanaşı antoloji tə'limində o, maddi aləmin obyektiv mövcudluğu fikrini müdafiə etmişdir. Varlıq məsələlərində Füzuli obyektiv mövcud olan hər şeyi iki kateqoriyaya bölürdü:
1. Zəruri (öz mövcudluğunda səbəbə ehtiyacı olmayan), bu Füzuliyə görə Allahdır;
2. Mümkün olan (öz mövcudluğunda səbəbə ehtiyacı olan), yə'ni dünya.
Beləliklə, Füzuli maddi aləmi və qeyri-maddi Allahı bir-birinə qarşı qoyur. "Leyli və Məçnun" əsərində isə panteizmə meyl göstərərək, Allahla aləmi eyniləşdirir.
Füzulinin görüşlərində bə'zən kortəbii meyllərə, bə'zən mistik ruhlu panteizmə rast gəlmək olur. Güman etmək olar ki, Yaxın Şərq filosofları Şəhristaninin "Dini və fəlsəfi cərəyanlar haqqında", Əl-Kifin "Müdriklər haqqında mə'lumat" və başqa əsərlərin tə'siri ilə Füzuli iki maddi (ilkin materiya və cisim) və üç qeyri-maddi (forma, ruh, zəka) substansiyanın mövcudluğunu göstərir. Forma müəyyən yerdə yerləşdirilən substansiyadır. Zəka isə cisimlə əlaqəsi olmayan qeyri-maddi substansiyadır. Füzulinin fikrincə insan ruhu zəkaya uyğun hərəkəti idarə edir.
Buna görə də zəkalı ruh adlanır. Lakin bununla belə hesab edilir ki, insan ruhu şəxsiyyət üçün əlçatmaz bir şeydir. Füzulinin humanizmi onun vəsf etdiyi məhəbbət hissi ilə sıx bağlıdır. O, məhəbbəti insan həyatının və xoşbəxtliyinin son məqsədi hesab edirdi.
Füzuli dövrünün demokratik ideyalarını müdafiə etmiş, bütün insanların bərabər olmasını, hakimlərin yoxsullara mərhəmət göstərməsini arzulamışdır.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin