1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


N. Nərimanov və M.Ə. Rəsulzadənin ictimai-fəlsəfi görüşləri



Yüklə 340,51 Kb.
səhifə52/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   48   49   50   51   52   53   54   55   ...   115
felsefeimtahansualları

N. Nərimanov və M.Ə. Rəsulzadənin ictimai-fəlsəfi görüşləri
Nəriman Nərimanov. Tanınmış ictimai və dövlət xadimi, mütəfəkkir yazıçı, inqilabçı, publisist, həkim və filosof N. Nərimanov Azərbaycan xalqının ən görkəmli övladlarından biridir. «Nadanlıq», «Nadir şah», «Şamdan bəy», «Bahadır və Sona», «Pir» və s. bədii əsərləri, saysız– hesabsız publisist yazıları ilə tanıdığımız N.Nərimanov bir sıra fəlsəfi məqalələrin müəllifi kimi də məşhurdur. Maarifçi, inqilabçı-demokrat N.Nərimanov əqidəsinə görə, xalqın azadlığını, sosial-siyasi və iqtisadi tərəqqisini arzu edən bir şəxsiyyət olmuşdur.
Bir inqilabçı kimi, xalqın sosial– siyasi, iqtisadi və mənəvi azadlığı uğrunda mübarizə aparan N.Nərimanov ətaləti, nadanlığı, avamlığı kəskin tənqid atəşinə tutmuşdur. Azərbaycan ictimai– siyasi fikrinin tanınmış nümayəndələrindən biri olan N.Nərimanov monarxiyanın düşməni, demokratik parlamentli respublikanın tərəfdarı olmuşdur. Erməni– daşnak rəhbərlərinin iç üzünü görmüş, onlara milli münasibətlərə dair əsərləri bu sahədə görkəmli nəzəriyyəçi olduğunu sübut edir.
Təbiətşüaslıq sahəsində dərin biliyə malik olması, bir həkim kimi praktik fəaliyyəti onun dünyagörüşünə də böyük təsir göstərmişdir. Nəticədə O, dialektik materialist filosof kimi formalaşmışdır. Onun fikrincə, təbiətdə hər şey dəyişildiyi kimi, insanın şüuru, fikri, biliyi də dəyişir. Lakin bu dəyişmə xarici qüvvənin təsiri ilə deyil, öz obyektiv daxili qanunauyğunluğunun nəticəsi kimi meydana çıxır. Ruh insan beyninin fəaliyyətinin nəticəsidir. Ruh beş hiss üzvünün vasitəsilə alınanların məcmusudur.
M.Ə.Rəsulzadə Azərbaycan Demokratik Respublikasının yaradıcılarından biri, görkəmli ictimai– siyasi və dövlət xadimi, istedadlı ədib, alim, naşir, filosof və publisist olmuşdur. Qırmızı istila, millətin verdiyi saysız qurbanlar M.Ə.Rəsulzadənin inamını qıra bilməmiş, mühacir olaraq müxtəlif ölkələrdə azad Azərbaycan uğrunda mübarizəsini aparmış, Azərbaycan varlığını və dərdini dünya ictimaiyyətinə çatdırmışdır. Azərbaycan milli qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə özünün həyat və fəaliyyəti, Azərbaycan istiqlal savaşına bağlılığı və milli dövlətçiliyimizə xidməti ilə XX əsrin tanınmış siyasətçiləri və dövlət adamları arasında müstəsna yer tutur. Tarixi şəxsiyyətlərimizdən M.Ə.Rəsulzadənin, Ə.Topçu­başovun, F.Xoylunun, N.Yusifbəylinin və başqalarının irsinin, dövlətçilik təcrübəsinin öyrənilməsi yeni cəmiyyət quruculuğu problemlərinin həllində mühüm rol oynaya bilir. M.Ə.Rəsul­zadənin şəxsiyyət kimi böyüklüyünü onun yaxın dostu, bir zamanlar İran parlamentinin sədri olmuş Seyid Həsən Tağızadə belə ifadə etmişdir: «Rəsulzadə bütün ömrü boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı».
«Müsavat» partiyasının yaradıcısı M.Ə.Rəsulzadə milli siyasətdə dostluq və qardaşlıq münasibətlərinə əsaslanırdı. 1918– ci il dekabrın 7– də M.Ə.Rəsulzadə Azərbaycan parlamentindəki çıxışında deyirdi: «... bu Qafqaz millətləri ruhunda, hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin rəmzi olan Prometey Qafqaz dağlarında zəncirbənd edilmişdir. O, daim zəncirlərini qırmaq təşəbbüsündə idi. Prometeyin ruhu Qafqazın bütün millətlərində vardır. Qafqaz millətlərinin istiqlalı və bərabərlikdə müstəqil yaşamaları bir xəyal deyildir».
Azərbaycanda elmin, təhsilin inkişafında ADR və onun öndərlərindən biri olan M.Ə.Rəsulzadənin misilsiz rolu olmuşdur. Onun «Əsrimizin Səyavuşu», «Azərbaycan cümhüriyyəti» və s. əsərləri xalqımızın zəngin mənəvi, siyasi və fəlsəfi dünyasının öyrənilməsində qiymətli mənbələr sırasına daxildir.
XX əsr Azərbaycan fəlsəfəsi əvvəlcə rus imperiyasının, sonra isə Sovet İttifaqının tərkibində inkişaf etmişdir. Bu dövr fəlsəfəsini müstəqil fəlsəfə kimi səciyyələndirmək qeyri– mümkündür. Doğrudur, ayrı– ayrı filosoflar, eləcə də iki ilə yaxın hakimiyyətdə olan Azərbaycan cumhurriyyəti dövründə müstəqil düşünən alimlər, siyasi xadimlər tarix səhnəsində ötəri olsa belə görünsələr də, repressiyalar onları susdurdu. Bütün bunlara baxmayaraq bir sıra Azərbaycan filosofu Azərbaycan fəlsəfi fikrinə dair maraqlı fikirlər söyləmiş, qiymətli əsərlər yazmışlar, Şübhəsiz, XX əsr Azərbaycan fəlsəfəsi və filosofları haqqında gələcəkdə fundamental əsərlər yazılacaq. Biz burada bir neçə görkəmli filosof barəsində qısa məlumat verməyi özümüzə borc bilirik.


Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin