1. Feminizm Feminizm (ingiliscə-feminism) sözü latın sözü femina (qa­dın) əsasında yaradılıb. Feminizm



Yüklə 30,66 Kb.
səhifə1/3
tarix24.11.2022
ölçüsü30,66 Kb.
#70229
  1   2   3
Gender Feminizm


1. Feminizm
Feminizm (ingiliscə-feminism) sözü latın sözü femina (qa­dın) əsasında yaradılıb. Feminizm - burjua quruluşu çər­­çivə­sində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi uğrunda mübarizə aparan ictimai hərəkatdır. Qeyd edək ki, “feminizm” terminini ilk dəfə işlədən və “Qadının sosial vəziyyəti ictimai tə­rəqqinin meyarıdır” kəlamının müəllifi utopik sosializmin nümayəndəsi Şarl Furyedir. Daha sonra bu termin 1895-ci ildə Elis Rossi tərəfindən istifadə olunmuşdur.
Ənənəvi olaraq hesab edilirdi ki, femininlik bioloji xüsu­siyyətlə şərtlənir və ona passivlik, mülayimlik, özünü analığa həsr etmək, qayğıkeşlik, emosionallıq və s. kimi keyfiyyətlər aiddir. Bu təsəvvürlər qadınların ictimai deyil, xüsusi sferaya aid edilməsinə müvafiq gəlirdi. Lakin feminist tədqiqatlar sosiomədəni xarakteristika və proseslərin bioloji fərqlərlə şərtlənməsi fikrini tənqid edirdi.
Qadın tədqiqatları, qadın tarixi və feminizmin əsas nə­zə­riy­yələrini təhlil edərkən, qadın hərəkatının – “femin etira­zı”nın üç mərhələsi seçilir.
Feminizmin ilk dalğası XIX əsr və XX əsrin birinci ya­rı­sına təsadüf edir və onun əsas mahiyyəti cinslərin hüquq bəra­bərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir.
XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası baş­ladı və onun da əsasında qadınlarla kişilərin faktiki bəra­bərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-da hərəkat daha kütləvi xa­rakter almışdı və müxtəlif çoxsaylı aksiyalarla, bir sıra təşki­latların və nisbətən kiçik olan çoxsaylı qrupların yaradılması ilə müşayiət olunurdu.
80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azal­ma­ğa başladı. Tədqiqatçılar bunu Qərb ölkələrində neokon­servativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxi­lin­də yaranan kəskin özünütənqidlə izah edirlər. Postmodernizm feminizminin tərəfdarları subyekt anlayışını bütövlükdə rədd edirlər. Onlar dəqiq müəyyən edilmiş keyfiyyətlərə mənsub olan sabit, universal subyektin özünü belə tənqid edirlər. Nə­ticədə feminizmin nəzəriyyəçiləri və praktikləri (icraçılar) ara­sında ziddiyyətlər artır. Beləliklə, feminizm ideyaları ictimai psixologiyaya çox böyük təsir göstərir. Çoxları qadının cəmiy­yətdə roluna yeni nəzər salır, öz ailə üzvlərinə münasibəti dəyişirlər.
Təqribən XX əsrin 60-70-ci illərində dövründə feminizm ide­yalarının təsiri altında elmi biliklər sistemində yeni bir cərə­yan – feminizm tədqiqatları meydana gəldi.
Butövlükdə bu tədqiqatlar, humanitar elmlərin bütün sahə­lərinə yönələrək, ənənəvi intellektual və mədəni təsəvvürlərin tənqidi təhlili halını aldı. Belə tənqidin nəticəsində “subyekt-obyekt”, “insan-təbiət”, “kişilik”-“qadınlıq”, “mən”-“qeyri-mən” kimi təsəvvürlər yenidən öyrənilib nəzərdən keçirilibdi. Nəticədə tədqiqatçıların qarşısında əvvəllər mümkün olmayan yeni araşdırma perspektivi açıldı. Qeyd edilməlidir ki, femi­nizm tədqiqatçıları apardıqları araşdırma prosesində siyasiləş­məni ifrat dərəcəsinə çatdırdılar.
Feminizm tədqiqatlarına xas olan tənqidi mövqe onları son­radan formalaşan qadın, bir də gender tədqiqatlarından fərq­ləndirir. Feminizm bioloji-anatomik deyil, mədəni-psixoloji xarakter daşıyır. Buraya əmək bölgüsünün müəyyən tiplərini, tabeliliyin iyerarxik prinsiplərini, elmin, fəlsəfənin, tərəqqinin mücərrəd texnoloji anlamını aid etmək olar.
Feminizmin bir sıra istiqamətləri mövcuddur, onlardan bir qismi az tanınmış (məsələn, anarxofeminizm, konservativ fe­minizm, humanist feminizm), bəziləri isə kifayət qədər geniş müzakirə olunandır (burjua feminizmi, radikal feminizm, “qara feminizm”). Mübahisəli hesab edilməsinə baxmayaraq, bu böl­günü hələ də bəziləri qəbul edir. Bundan əlavə, qadınlar ara­sında həmrəylik və qarşılıqlı əlaqə bir termin kimi bacэlэq (sis­terhood) adlandırılırdı. Bu, feminizmin ikinci dalğası tərə­findən qəbul olunmuş konsepsiyadır. Qadın cəmiyyətlərində qar­şılıqlı dəstək, qayğı, can yandırma hər zaman mövcud oldu­­ğu üçün feminist hərəkatı qadınların bu münasibətlər sistemini si­yasi termin kimi formalaşdırdı. Qərbdə erkən feminizmin şüar­­larından biri “Güc bacılıqdadır!” (“Sisterhood is po­wer­ful!”) fikri ilə ifadə olunub. Burada həmçinin feminist ge­ne­zi­sini də nəzərdən keçirmək lazımdır. Genezis- yunan sö­zü olub mənşə, mənbə, yaranma mənalarında işlədilir. Bu ter­min et­noqrafiyada müəyyən bir xalqın, etnik birliyin mənşəyini öyrənən zaman qarşıya çıxır.



  1. Yüklə 30,66 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin