91. Qısa müddətdə ölümlə (1-3 sutka) nəticələnməsi və nevroloji simptomatika ilə müşayət olunması şüa xəstəliyinin hansı forması üçün xarakterikdir? A) sümük iliyinin zədələnməsi ilə müşayət olunan forma
B) damar-toksemik forma
C) toksiki-hipoksik forma
D) serebral forma
E) bağırsaq forması
92. Şüalanmanın substrata təsiri zamanı əsas akt aşağıda göstərilənlərdən hansıdır? A) hüceyrə və toxumanın biokatalitik ardıcıllığında baş verən dəyişikliklərdir
B) mitoxondirlərdə baş verən destruktiv və morfoloji dəyişikliklərdir
C) hüceyrə və toxumalarda baş verən morfoloji dəyişikliklərdir
D) lizosomlarda baş verən destruktiv və morfoloji dəyişikliklərdir
E) maddənin ionlaşması, atom və molekulların oyanıqlı vəziyyətə gələrək, müxtəlif fəal
radikalların yaranmasıdır
93. Epilyasiyanın qabarıq (kəskin) şəkildə nəzərə çarpması kəskin şüa xəstəliyinin