1. İbtidai siniflərdə Riyaziyyatın təliminin məqsəd və vəzifələri


Riyaziyyatın təlimində induksiya və deduksiya, analiz və sintez metodları



Yüklə 112,71 Kb.
səhifə3/6
tarix07.01.2024
ölçüsü112,71 Kb.
#205730
1   2   3   4   5   6
2586 - imtahan sualları

Riyaziyyatın təlimində induksiya və deduksiya, analiz və sintez metodları.
Əqli nəticələrin əsas 2 növü fərqlənir.
- induktiv.
- deduktiv.
İnduktiv əqli nəticə ayrı-ayrı faktlardan ümumiləşdirmə aparmaq, xüsusidən ümumiyə keçmək deməkdir. Müşahidə və praktika əsasında müəyyən edilmiş ayrı-ayrı faktlardan ümumiləşdirmə aparmaq idrakın qanunauyğunluğudur. Belə keçidin məntiqi forması induksiya adlanır. İnduksiya mühakimə metodu olub, xüsusi mühakimələr əsasında ümumi nəticələr çıxarmaqdır. İnduktiv əqli nəticənin 2 növü var.
- natamam
- tam.
Natamam induksiya tətbiq olunan situasiyaya aid halların hamısını əhatə etməyin tədqiqat metodudur. Bir neçə xüsusi hallar əsasında əqli nəticə çıxarıldığından natamam induksiya doğru olmaya da bilər.
Tam induksiya hərdən keçirilən induksiyaya aid bütün halların həmçinin xüsusi halların yoxlanmasına əsaslanır. İnduksiya üzərində qurulan tədris metoduna induktiv təlim metodu deyilir. İnduktiv metodun tətbiqinə aid misala baxaq.
4 * 10 = 40 53 * 10 = 530
Şagirdlər misalları həll etdikdən sonra nəticə çıxarırlar. verilmiş ədədləri vahidə və sıfırlardan ibarət mərtəbə vahidinə vurmaq üçün həmin ədədi yazıb sıfırların sayı qədər sıfır yazmaq lazımdır.
Deduksiya müəyyən qaydalar əsasında məlum təkliflərin alınmasındən, yeni təkliflərin alınmasından ibarət təfəkkür formasıdır. Deduksiyaya belə tərif vermək olar: Ümumi və xüsusi təklifdən yeni bir xüsusi təklif alınmasına deduksiya deyilir. Təlim metodu kimi deduksiyaya aşağıdakılar daxildir.
1. deduktiv isbatların öyrədilməsi;
2. təcrübə yolu ilə və ya induksiyanın köməyilə analoji alınan yeni təkliflər daxil etməklə deduktiv sistemin genişləndirilməsi yollarının öyrədilməsi.
İnduksiya ilə deduksiya bir-birilə sıx əlaqədardır. Şagirdlərə yeni biliklərin verilməsində deduktiv metodlardan istifadə olunmalıdır. İbtidai siniflərdə riyaziyyatda induktiv və deduktiv təlim daha effektlidir. Belə ki, xüsusi hallardan ümumi nəticələrə keçirilir və əldə edilmiş ümumi biliklər əsasında digər xüsusi faktlar öyrədilir.
Riyaziyyatda analiz dedikdə məchuldan məluma isbat ediləcək təklifdən isbata doğru mühakimə aparmaq prosesi nəzərdə tutulur. Riyazi analiz hər hansı məsələnin həllini axtarmaq və ya hər hansı təklifi isbat etmək vasitəsi kimi başa düşülür. Riyaziyyatın sintezi dedikdə məlumdan məchula verilənlərin həll edilməsi və ya məlum təklifə istinad edilərək başqa bir təklifin isbat edilməsi prosesi başa düşülür. Analiz və sintez elmi tədqiqat metodları olmaqla praktik olaraq bir-birilə sıx əlaqədə olub bir-birini tamamlamaqla vahid analitik – sintetik metodları təşkil edir. Analiz və sintez təfəkkür prosesin formaları kimi təzahür edir. Beləliklə analiz və sintez:
1. elmi tədqiqat metodlarıdır;
2. tədris metodlarını öyrənmə metodlarıdır;
3. xüsusi təfəkkür formalarıdır.
Riyazi təlim prosesində analiz və sintez müxtəlif formalarda tətbiq olunur.
1. məsələ həlli metodu kimi;
2. təkliflərin formalarının isbatı kimi;
3. riyazi anlayışların xassələrinin öyrənilməsi formasında.


Yüklə 112,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin