1. İbtidai siniflərdə Riyaziyyatın təliminin məqsəd və vəzifələri


Sadə məsələlərin həlli metodikası



Yüklə 112,71 Kb.
səhifə5/6
tarix07.01.2024
ölçüsü112,71 Kb.
#205730
1   2   3   4   5   6
2586 - imtahan sualları

30. Sadə məsələlərin həlli metodikası.
Orta məktəbin riyaziyyat kursunda məsələ həlli təliminin nəzəri, praktik və metodik problemləri ilə əlaqədar eksperiment zamanı qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
1. Məzmun xətləri ilə əlaqədar məsələ həlli təlimində problemin aşkar edilməsi və səbəbinin müəyyənləşdirilməsi.
2. Siniflər üzrə məzmun xətlərinin daxil edilməsində fəndaxili və fənlərarası inteqrasiyanın vəziyyətinin təhlili.
3. Məsələ həlli təlimində mövcud problemlərin seçilməsi. Bura öyrədənin və öyrənənlərin fəaliyyətləri ilə bağlı problemlərlə yanaşı dərslikdə olan çatışmazlıqlar daxildir.
4. Nəzəri materialların öyrənilməsi və onların praktikaya tətbiqi ilə əlaqədar şagirdlərin rast gəldikləri çətinliklərin müəyyən edilməsi.
5. Sadə məsələlərin həllində istifadə olunan metodların analogiya vasitəsilə daha mürəkkəb məsələlərin həllinə tətbiq etmək imkanını yaratmaq.
6. Müşahidə, müqayisə, ümumiləşdirmə, analiz, sintez və digər təlim metodlarının məsələ həllində kompleks şəkildə istifadə olunması və alınan nəticədən ümumi hala keçmə.
7. Şagirdlərin mühakimə yürütmə, intuisiya və məntiqi qabiliyyətlərinin səviyyəsini müəyyənləşdirməklə yanaşı onların inkişaf yollarının müəyyən edilməsi.
Bu mərhələdə orta məktəb kursunda məsələ həlli təliminin nəzəri, praktik və metodik problemlərinin aşkar edilməsi, şagirdlərin məzmun xətləri üzrə hazırlıq səviyyələrinin müəyyənləşdirilməsi, problemin həlli üçün nəzəri və metodik əsasların müəyyən edilməsi, şagirdlərlə ümumi söhbət, yoxlama yazı işlərinin vəziyyəti, test xarakterli çalışmaların həlli, şagirdlərin yazı və nitq qabiliyyətlərinin diaqnostik təhlili, sinif rəhbəri və fənn müəllimi ilə görüşlər zamanı əldə edilən ilkin məlumatların təhlili, eksperimental və nəzarət siniflərin seçilməsi, paralel siniflər üzrə eyni müəllimlərin dərs apardığı siniflərə üstünlüyün verilməsi, təqdim olunan metodik sistemin məzmunu haqqında fənn müəllimlərinə ümumi məlumatların verilməsi və s. nəzərdə tutulub.
Bu mərhələdə eksperimental siniflərin riyaziyyat müəllimləri ilə fərdi söhbətlər aparılmış, bu mərhələnin həyata keçirilməsi üçün hazırlıq işlərinin nəticələri təhlil olunmuşdur. Burada müəllif tərəfindən təklif olunan metodik sistemin məzmunu, məsələ həlli ilə bağlı problemlərin azaldılması üçün təqdim olunan nəzəri və metodik təkliflər fənn müəllimlərinin nəzə- rinə çatdırılmışdır.
Siniflər üzrə təşkil olunan müxtəlif variantlarda yoxlama yazı işlərinə test xarakterli çalışmalarla yanaşı açıq tipli məsələlər də daxil edilmişdir. Bu çalışmaların tərtibində ənənəvi və kurikulum əsasında mövcud dərsliklərdə olan bəzi məsələlərdən də istifadə olunmuşdur.
Eksperimental siniflər üçün qeyd olunan nəzəri və praktik problemlərə uyğun təklif olunan məsələlərdə fəndaxili və fənlərarası inteqrasiyanın təmin edilməsi şərtləri nəzərə alınıb.
Eksperimentə cəlb olunmuş siniflərin proqram materialları öyrənilib qurtardıqdan sonra yenidən yoxlama materialları müəyyən edilmiş, həm nəzarət, həm də eksperimental siniflərdə proqrama mü- vafiq yoxlama işləri təşkil olunmuşdur.
Nəticənin təhlilindən sonra məsələlərin məzmununda və metodik sistemə yanaşmada müəyyən zəruri korreksiyalar edilmişdir. Yoxlama yazı işlərinə həlli müəyyən alqoritmə əsaslanan məsələlərlə yanaşı mühakimə və məntiqə əsaslanan məsələlər də daxil edilmişdir.
Pedaqoji eksperimentin yekununda bütün düzəlilş və əlavələr nəzərə alınmışdır.
Pedaqoji eksperimentin nəticələrinin təhlilini və müqayisəsini aparmaq üçün metodik ədəbiyyatlarda verilmiş statistik metoddan istifadə olunub.
Eksperimentin nəticələrinin təhlilini və müqayisəsini aparmaq üçün müvafiq cədvəllər verilmişdir.



Yüklə 112,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin