Eyni istiqamətli hərəkət Məsələ: Aralarındakı məsafə 60 km olan iki avtomobil eyni vaxtda eyni istiqamətdə hərəkətə başladı. Birinci avtomobilin sürəti saatda 100 km , ikincinin sürəti isə saatda 80 km-dir. İkinci avtomobil birincidən qabaqdadır. Birinci avtomobil ikinciyə neçə saatdan sonra çatar?
1-ci üsul. Cədvəl qurmaqla: Həll: Cavab: Cədvəldən göründüyü kimi, 1-ci avtomobil 2-ci avtomobilə 3 saatdan sonra çatar.
2-ci üsul. Sxematik təsvir çəkməklə: Həll: Cavab: Təsvirdən göründüyü kimi, sürəti çox olan avtomobil sürəti az olan avtomobilə 3 saatdan sonra çatar.
3-cü üsul. Hesab əməllərinin tətbiqi ilə: 1) Avtomobillər arasındakı məsafə: 60 km -dir. 2) Avtomobillərin sürət fərqi: 100 - 80 = 20 (km /saat) 3) Birinci avtomobilin ikinciyə çatdığı vaxt: 60 : 20 = 3 (saat) Cavab: 3 saat.