1. İdarəetməyə kibernetik yanaşma


Müəssisənin idarə edilməsi prosesinin sadələşdirilmiş təsviri-1



Yüklə 355,95 Kb.
səhifə3/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   2   3   4   5   6   7   8   9   ...   60
esas

3. Müəssisənin idarə edilməsi prosesinin sadələşdirilmiş təsviri-1

Mürəkkəb obyektlərin idarə edilməsinin real nəticələrini almaq və təcrübi yolla bilikləri toplamaq üçün idarəetmə nəzəriyyəsi çərçivəsində formalaşdırıla bilən bir sıra məhdudiyyətlərdən istifadə edilir. Bu məhdudiyyətlər həm idarəetmə təsirlərinin hasili prosesini, həm də müəssisənin, xarici təsirlərin və informasiya sapmalarının modellərini əhatə edir.

İdarəetmə təsirləri iki cür olur: 1)yalnız vaxtdan asılı olan və əvvəlcədən proqnozlaşdırılan proqramlı idarəetmə təsirləri; 2)əks əlaqə prinsipləri ilə formalaşdırılan, yəni nəzarət edilən parametrlərin cari qiymətləri ilə proqnozlaşdırılan proqram qiymətləri arasında uyğunsuzluqdan asılı olan təshihedici idarəetmə təsirləri.

Proqramlı idarəetmə təsirlərinin formalaşdırılması və bu təsirlərin reallaşdırılması zamanı müəssisənin vəziyyətinin proqnozlaşdırılması planlaşdırma metodlarının inkişafına təkan verdi.

Idarəetmə təsirlərinin təshihedici komponentlərinin vaxtaşırı formalaşdırılması üsulları ilətamamlanan planlaşdırma metodları, layihələrin idarə edilməsi istiqamətinin əsasını qoydu.Planlaşdırma müəyyən vaxt müddəti {to, tpℓ} ərzində V(t) prosesinin plan “trayektoriyasının” qurulması deməkdir. İstehsalat sistemində uçot, yəni ölçmə, baxılan vaxt anlarında Vf(t) prosesinin faktiki vəziyyətinin təyin edilməsi deməkdir..Beləliklə, müəssisənin idarə edilməsi, istehsalat prosesinin verilmiş məqsədlər baxımından səmərəli gedişini təmin etmək üçün, lazımi təsirlər hasil etməkdən ibarətdir. İdarəetmə prosesi idarə olunan obyektdən və idarəedici hissədən ibarət olan, idarəetmə sistemi çərçivəsində reallaşır. İdarə olunan obyekt istehsalat prosesidir. İdarəedici hissə rolunda, idarəetmə xidmətləri çıxış edirlər.Müəssisənin idarə edilməsi vaxt üzrə davam etdiyindən, ona idarəetmə prosesi kimi baxılır. İstehsalat prosesinin strukturu öz növbəsində idarəetmə prosesinin strukturunu təyin edir. Hər bir müəssisədə bir neçə fəaliyyət istiqamətlərini (istehsalat, satış, təchizat, maliyyə və s.) və bu istiqamətlər çərçivəsində idarəetmə obyektləri kimi daha dərin səviyyəli prosesləri ayırmaq olar.

Müəssisənin idarəetmə sistemi, təşkilati tipli idarəetmə sistemidir. Bu cür sistemlərdə insan kollektivinin təşkili, koordinasiyası və hərəkətlərin reallaşdırılması vacib əhəmiyyət kəsb edir.İdarəetmə funksiyalarının tərkibinə planlaşdırma, uçot, nəzarət, tənzimləmə, analiz və proqnozlaşdırma daxildir. Planlaşdırma-idarə olunan prosesin gələcəkdə determinləşmiş şəkildə vəziyyətini (necə olmasını) təyin edir. Uçot-idarə olunan prosesin diskret vaxt anlarında faktiki vəziyyətini təyin edir. Nəzarət-diskret vaxt anlarında idarə olunan prosesin planlaşdırılmış və faktiki vəziyyətləri arasında sapmaları təyin edir. Tənzimləmə-verilmiş parametrlər çərçivəsində idarə olunan prosesin fəaliyyətini təmin edir. Analiz-idarə olunma vaxtı ərzində idarəetmə prosesinin necə yerinə yetirilməsini təyin edir və planlaşdırılmış nəticələrin əldə edilməsinə təsir edən faktları aşkar edir. Proqnozlaşdırma-idarə olunan prosesin gələcəkdə ehtimal olunan xarakteristikalarını təyin edir. Tədqiqat məqsədlərindən asılı olaraq proqnozlaşdırma funksiyasına ayrıca və ya planlaşdırma ilə birlikdə baxıla bilər




Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin