1. İdarəetməyə kibernetik yanaşma


İstehsalatın xarakterinə görə, istehsalın tipinə görə müəssisələrin növləri, müəssisələrin tipləri və onların idarə olunması-2



Yüklə 355,95 Kb.
səhifə6/60
tarix13.01.2022
ölçüsü355,95 Kb.
#51234
1   2   3   4   5   6   7   8   9   ...   60
esas

6. İstehsalatın xarakterinə görə, istehsalın tipinə görə müəssisələrin növləri, müəssisələrin tipləri və onların idarə olunması-2

stehsalatın xarakterinə görə istehsalat müəssisələrini iki sinfə bölürlər: diskret və fasiləsiz.

İstehsal olunan məhsulun xarakterinə görə 2 tip istehsalat müəssisəsi var: 1)istehsal vasitələri istehsal edən; 2)istehlak malları istehsal edən.

Ölçülərinə görə müəssisəslər böyük, orta və kiçik ola bilərlər. Müəssisənin ölçüsü istehsalatın həcmi, işçilərin sayı və əsas fondların həcmi ilə təyin edilir. Korporasiya deyəndə, adətən, böyük ölçülü müəssisə başa düşülür.

İstehsalatın üç tipi var; təkbir, seriyalı və kütləvi.

Təkbir istehsalat-geniş nomenklatura, qeyri-stabillik, buraxılışın qeyri-stabilliyi və təkbir nüsxələrlə xarakterizə olunur. Təkbir istehsalatda universal, nadir hallarda isə xüsusiləşdirilmiş avadanlaqdan istifadə edilir. Əməliyyatlar iş yerlərinə təhkim olunmur.

Seruyalı istehsalat-məhdud nomenklatura və məhsulun vaxtaşırı təkrarlanan partiyalarla buraxılması ilə xarakterizə olunur. Bir iş yerində bir neçə əməliyyat yerinə yetirilir. Avadanlıq adətən xüsusiləşdirilmiş olur. İstehsalat sahələri obyekt və ya texnoloji prinsiplə təşkil edilir. Məhsulun hazırlanması prosesi paralel və ya paralel-ardıcıl formada təşkil olunur.

Kütləvi istehsalat-dar romenklatura, uzun müddət ərzində davam edən böyük həcmdə məhsul istehsalı ilə xarakterizə olunur. Əksər hallarda bir iş yerinə bir əməliyyat təhkim olunur. Xüsusiləşdirilmiş avadanlıq texnoloji prosesə görə quraşdırılır. Texnoloji proses paralel formada təşkil olunur.

Sadalanan əlamətlər istehsalat prosesinin strukturunun daha dərin təsnifatını istisna etmir, çünki proseslərin modelləşdirilməsi onların təşkilınin istehsalat sahələri səviyyəsinə qədər təsvirini tələb edir.


Yüklə 355,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin