1 İnformasiya sistemlərinin arxitekturası 7 Ümumi anlayışlar İT-nin qiymətləndirilməsi meyarları


IT-nin istifadəçi interfeysinin standartları



Yüklə 98,77 Kb.
səhifə2/6
tarix09.11.2019
ölçüsü98,77 Kb.
#29554
1   2   3   4   5   6
yazi (1)


3.2.IT-nin istifadəçi interfeysinin standartları


3.2.1. İT sahəsində standartlaşdırma
Avtomatlaşdırılmış informasiya texnologiyalarına tətbiq olunan “standartlaşdırma” anlayışım nəzərdən keçirək.

Standartlaşdırma dedikdə hesablama texnikasının aıparat və proqram vasitələrinin spesifikasiyası, istehsalı və istifadəsi üzrə razılaşmanın qəbul edilməsi, standartlar, normalar və qaydalann təyin edilməsi və tətbiqi başa düşülür.

IT sahəsində standartlaşdırma informasiya texnologiyalarının növlərinin, tərkib hissələrinin və proseslərinin funksional təyinatla­rına uyğunluq dərəcəsinin artırılmasına yönəlir. Bu zaman beynəl­xalq informasiya mübadiləsində texniki sərhədlər götürülür. Standartlar informasiya texnologiyaları sahəsində işləyən layi- həçilərə aşağıdakı imkanları təmin edirlər: digər layihəçilərin ve­rilənlərinin, proqram və kommunikasiya vasitələrinin istifadə edilməsi; verilənlərin daxil/xaric edilməsinin (eksport/importunun) yerinə yetirilməsi; informasiya texnologiyalarının müxtəlif kompo­nentlərinin inteqrasiyası. Məsələn, müxtəlif proqramlar arasında qar­şılıqlı əlaqələndirmənin reqlamentləşdirilməsi üçün proqramlararası interfeysin standartları nəzərdə tutulmuşdur. Onlardan biri OLE (Object Linking and Embedding - obyektlərin əlaqələndirilməsi və daxil edilməsi) texnologiyasının standartıdır. Belə standartlar olmadan proqram məhsulları bir-biri üçün “qapalı” olardı. İnformasiya texnologiyaları sahəsində standartlaşdııma üzrə istifadəçilərin tələbləri istifadəçi interfeysinə qoyulan standartlarda (məsələn, GUI (Graphical User Interface - İstifadəçinin qrafiki interfeysi)) realizə olunurlar. İT sənayesinin inkişafında standartlar çox mühüm yer tutur. Standartlaşdırma üzrə təşkilatlar tərəfindən mindən çox standart qə­bul olunmuş və ya işlənmə mərhələsindədir. İT-nin standartlaşdırıl­ması prosesi hələlik başa çatmamışdır.

Siniflər və altsiniflərlə təqdim olunan istifadəçi interfeysinin standartlaşdırılması sahəsində müəyyən inkişaf əldə edilmişdir:


  • simvol interfeysi (əmr altsinfı);

  • qrafiki interfeys (WIMP, sadə, ikiölçülü, üçölçülü alt- siniflər);

  • nitq interfeysi;

  • biometrik (mimik) interfeys;

  • semantik (sosial) interfeys.

Hər biri özünə aid standartlarla nizamlanan istifadəçi interfey­sinin funksional və erqonomik aspeklərini qeyd edirlər. Məsələn, ən geniş yayılmış ikiölçülü qrafik interfeysə aid olan WIMP-interfeysi aşağıdakı funksional standartlarla dəstəklənir:

  • ISO 9241-12-1998 standartı - informasiyanın, pəncərənin, siyahının, cədvəlin, işarənin, sahənin və s. vizual təsvirini nizamlayır;

  • ISO 9241-14-1997 standartı - menyunun vizual təsvirini nizamlayır;

  • ISO 9241-16-1998 standartı - birbaşa manipulyasiyalann vizual təsvirini nizamlayır;

  • ISO/IES 10741-1995 standartı - kursorun vizual təsvirini nizamlayır;

  • ISO/IES 12581-(1999-2000) standartı - piktoqramlann vizual təsvirini nizamlayır.

Erqonomik xarakteristikalara aid olan standartlar sinif və altsiniflərə görə unifikasiya olunmuş hesab edilirlər:

  • ISO 9241-10-1996 standartı - idarəedici erqonomik prin­siplər, məsələyə uyğunluq, özünü təsvir, nəzarət olunma, istifadəçilərin ümidlərinə uyğunluq, səhvlərə tolerantlıq, sazlanma, öyrənilmə;

  • ISO/IES 13407-1999 standartı - istifadəçiyə yönələn la­yihənin əsaslandırılması, prinsipləri, layihələndirməsi və həyata keçirilməsi.


3.2.2.İstifadəçi interfeysinin layihələndirilməsi
Dialoq rejimlərinin layihələndirilməsi- Son istifadəçiyə yönələn proqram məhsullarının əksəriyyəti is­tifadəçi ilə dialoq rejimində işləyirlər. Bu zaman verilənlərin ema­lına təsir edən məlumatların mübadiləsi aparılır. Dialoq rejimində obyektlərin emalı funksiyalarının işə salınması, obyektlərin xas­sələrinin dəyişdirilməsi; informasiyanın çapa verilməsi parametr­lərinin sazlanması və s. yerinə yetirilir.

Dialoq interfeysini dəstəkləyən sistemlər aşağıdakı siniflərə ayrılır:



  • sərt dialoq ssenarisinə malik olan sistemlər (mübadilə infor­masiyasının standartlaşdırılmış təsviri);

  • deskriptor sistemləri (məlumatların açar sözlərinin formatı);

  • hipermətn sistemlərinin analoqu olan tezaurus sistemləri (sistemin lüğətini təşkil edən deskriptorların semantik şəbəkəsi);

  • işgüzar dil (peşəkar istifadə üçün təbii olan dildə məlumat­ların verilməsi).

İstifadə üçün dialoq ssenarisi sərt olan sistemlər daha rahat hesab olunur və aşağıdakı şəkildə verilirlər:

  • müəyyən edilmiş siyahıdan istifadəçiyə emal funksi­yalarının alternativinin seçilməsini təklif edən menyu-dialoq;

  • siyahıdan mümkün qiymətləri seçilən sorğu-cavab əməliy­yatları, və ya Hə/Yox tipli cavablar;

  • açar sözlər, frazalar və ya ekran formalarının doldurulması yolu ilə verilən formata görə sorğu.

Dialoq prosesi ssenari ilə idarə olunur və onun üçün aşa­ğıdakılar müəyyən edilir:

  • dialoqun əvvəlini bildirən nöqtə (an, şərt);

  • dialoq təşəbbüskarı (insan və ya proqram məhsulu);

  • dialoqun parametrləri və tərkibi (məlumatlar, menyunun tərkibi və strukturu, ekran formaları və s.);

  • dialoqun başa çatmasma proqram məhsulunun reaksiyası.

Dialoqun ssenarisi aşağıdakı vasitələrlə təsvir oluna bilər:

  • məlumatların verilməsi və alınmış cavablarm emal blokları­nı xarakterizə edən blok-sxem;

  • təpələri məlumatları və yerinə yetirilən əməliyyatları, qövs­ləri isə məlumatlar arasında əlaqəni bildirən istiqamətləndirilmiş qraf,

  • ssenarilərin qurulması üçün ixtisaslaşmış obyekt-yönlü dil­lər.

Dialoq proseslərinin və son istifadəçi interfeysinin yaradılması üçün proqramların işlənməsinin obyekt-yönlü alət vasitələri daha mü­nasibdir. Onların tərkibinə menyu quraşdırıcıları, ekran formalarının konstruktcrlan və s. daxildir. Menyu quraşdırıcıları vasitəsi ilə son istifadəçiyə yönəlmiş baş menyu və bir-birinə daxil olmuş altmenyular şəklində verilmiş rejim və əmrlər toplusu yaradılır.

İstifadəçinin qrafiki inferfeysi- İstifadəçinin qrafiki interfeysi son istifadəçinin işinə yönəlmiş müasir proqram məhsullarının əksəriyyətinin vacib komponentidir. Əksər hallarda qrafiki interfeys Windows mühitində fəaliyyət göstərən proqram məhsulları üçün istifadəçinin interaktiv iş rejimində realizə olunur və manipulyasiya vasitəsi kimi qeydedici qurğu və kla­viaturadan istifadə edərək enən menyu sistemi şəklində qurulur. Enən menyu (pull-down menu) - menyunun başlığının qeyd edilməsi ilə çağırılan, birbaşa olaraq bu başlığın altında peyda olan və onun bölmələrindən birinin seçilməsindən sonra yox olan menyudur.

İstifadəçinin işi tərkibinə idarəetmə obyektləri, emal rejimlərin və əmrlərin piktoqramlarına uyğun olan alətlər panelləri daxil olan ekran formaları ilə həyata keçirilir.

İstifadəçinin standart qrafiki interfeysi bir sıra tələblərə cavab verməlidir:


  • istifadəçinin proqram məhsulu ilə işinin informasiya texnologiyasının dəstəkləməsi;

  • proqramla ünsiyyəti qarşılıqlı əlaqələndirmənin xarici səviyyəsində quran son istifadəçiyə yönəlməsi;

  • “altılıq” prinsipinin ödənilməsi, yəni menyunun hər bir bölməsinə altıdan çox olmayan anlayışın daxil etməsi, hər bir anlayışın altıdan çox olmayan opsiyalardan ibarət olması;

  • qrafiki obyektlərin standartlaşdırılmış təyinatlarının və ekranda mövqelərinin mümkün qədər qorunması.

Qrafiki istifadəçi interfeysinin işlənməsinə aid bir neçə üsulu nəzərdən keçirək.

Tətbiqin paneli adətən üç hissəyə ayrılır:



  • əməliyyatlar menyusu;

  • panelin gövdəsi;

  • funksional klavişlər sahəsi.

Əməliyyatlar menyusunun (actions menu) istifadəsinin üstünlüyü ondadır ki, bu əməliyyatlar əyanidirlər və istifadəçi tərəfindən kursorun qeyd edilməsi, funksional klavişin sıxılması, əmrin daxil edilməsi və ya hər hansı digər sadə bir üsul ilə sorğu edilə bilərlər.

Panelin gövdəsinə aşağıdakı elementlər daxildir: sahə ayırıcıları; panelin identifikatoru və başlığı; təlimat; sütunun, qrupun, sahənin başlığı; məlumatlar və əmrlərin sahəsi; daxil etmə və seçim sahələri. Funksional düymələr sahəsi - düymələrin və onların sıxılması zamanı yerinə yetirilən əməliyyatların uyğunluğunu göstərən, vacib olmayan bir hissədir. Funksional düymələr sahəsində ancaq cari paneldə mümkün olan əməliyyatlar təsvir olunur. Paneldə cari mövqenin qeyd edilməsi üçün seçim kursorundan istifadə olunur. Daha cəld qarşılıqlı əlaqələndirmə üçün funksional düymələri, seçilən obyektin nömrəsini, əmri və ya mnemonikanı nəzərdə tutmaq olar. Panelin sahələrə bölünməsi “obyekt - əməliyyat” prinsipinə əsaslanır. Bu prinsip istifadəçiyə əvvəlcə obyektin seçilməsinə, sonra isə onun üzərində əməliyyatların yerinə yetirilməsinə icazə verir. Nəticədə rejimlərin sayı minimuma endirilir, tətbiq ilə işləmə prinsiplərinin öyrənilməsi sadələşir və sürətlənir, istifadəçilər üçün rahat şərait yaranır. Panel ekranın ayrıca məhdudlaşdırılmış hissəsində yerləşdikdə pəncərə adlanır. Pəncərə birinci dərəcəli və ikinci dərəcəli ola bilər. Birinci dərəcəli pəncərədə dialoq başlayır, və əgər tətbiqdə digər pəncərələrin yaradılması tələb olunmursa, onda pəncərə kimi bütün ekran hesab olunur. Birinci dərəcəli pəncərənin tərkibində dialoqun aparılması üçün tələb olunan sayda panel yerləşə bilər. İkinci dərəcəli pəncərələr birinci dərəcəli pəncərələrdən çağırılır. Burada istifadəçi dialoqu birinci dərəcəli pəncərə ilə paralel aparılır. Bir çox halda ikinci dərəcəli pəncərələr köməklik məqsədi ilə istifadə olunurlar. Birinci və ikinci dərəcəli pəncərələr başlığa malikdirlər. Başlıq pəncərənin yuxarı hissəsində yerləşir. İstifadəçi birinci dərəcəli pəncərədən ikinci dərəcəli pəncərəyə və əksinə keçə bilər.

Həmçinin “üzə çıxan pəncərə(pop-up) anlayışı da mövcud­dur. O, birinci dərəcəli və ya ikinci dərəcəli pəncərədən istifadəçinin tətbiq ilə aparılan dialoqunun yaxşılaşdırılmasına imkan verir.




      1. Dialoqların təsnifatı və onların işlənməsinin ümumi prinsipləri

Dialoqun tipləri. Dialoqun tipi “həmsöhbətlərdən” kimin informasiyanın mübadiləsi prosesinin idarə etdiyini təyin edir.

Dialoqun iki tipini ayırırlar:



  • proqram tərəfindən idarə olunan dialoq;

  • istifadəçi tərəfindən idarə olunan dialoq.

Proqram tərəfindən idarə olunan dialoq proqram təminatına daxil olan sərt, xətti və ya ağacşəkilli, yəni mümkün alternativ variantları daxil edən dialoqun ssenarisinin mövcudluğunu nəzərdə tu­tur. Bu cür dialoq adətən hər bir addımda daxil edilməli olan infor­masiyanı dəqiqləşdirən çox saylı izahlı kömək ilə müşahidə olunur.

İstifadəçi tərəfindən idarə olunan dialoqda dialoqun ssenarisi tələb olunan əməliyyatların yerinə yetirilməsi üçün sistemi istifadə edən istifadəçidən asılıdır. Bu zaman sistem müxtəlif istifadəçi ssenarilərinin realizə olunması imkanını təmin edir.

Dialoqun forması. “Həmsöhbətlər” tərəfindən başa düşülən dil olmadan dialoqun baş verməsi mümkün deyil. Dialoq aparılan dilin təsvirinə onun sintaksis (dilin və ya onun formalarının mümkün cümlə quruluşunu (sözlər, cümlələr) təyin edən qaydalar) və semantikasmm (dilin və ya onun tərkibinin sintaktik baxımdan düzgün cümlə quruluşlarının mənasını təyin edən qaydalar) tərifləri daxilir.

Dialoqun üç forması fərqləndirilir:

-fraza forması;

-direktiv forma;

-cədvəl forması.

Fraza forması istifadəçi ilə “ünsiyyətin” təbii dildə və ya onun altçoxluqunda aparılmasını nəzərdə tutur. Dialoqun tərkibini əmr, nəqli və sual cümlələri və suallara cavablar təşkil edir. Əksər hallarda sadə cavabı nəzərdə tutan dialoqlar istifadə olunur. Frazalann emalı zamanı söz forması anlayışından istifadə edi­lir. Söz forması dedikdə qonşu probel və ya durğu işarələri arasında yerləşən mətn hissəsi başa düşülür.

Morfoloji təhlil dedikdə kontekstdən asılı olmayaraq söz forma­larının təhlili başa düşülür. Morfoloji təhlilin iki üsulu mövcuddur:

- deklarativ üsul - lüğətdə hər bir sözün mümkün söz formala­rının mövcudluğu nəzərdə tutulur, bu zaman təhlil lüğətdə söz for­malarının axtarışından ibarətdir. Həmin üsul ixtiyari kombinasiyada kiçik və böyük hərflərdən təşkil olunmuş məlumatların emalını tə­min edir;

- prosedura üsulu - cari söz formasından (sonralar identifıkasiya olunan) əsas sözün seçilməsini nəzərdə tutur.

Söz formaları tanındıqdan sonra məlumatın sintaktik təhlili yerinə yetirilir. Təhlilin nəticələrinə görə məlumatın sintaktik strukturu təyin edilir, yəni cümlənin təhlili aparılır. Sonra semantik təhlil yerinə yetirilir, yəni söz formaları arasında məna daşıyan nisbətlər təyin edilir. Bu zaman cümlənin mənasını təyin edən əsas predikatlar (xəbərlər) qeyd olunur. Dialoqun fraza formasını realizə edən interfeys aşağıdakıları etməlidir: məlumatları təbii-dil formasından daxili təsvir formasına və əksinə çevirməlidir, istifadəçi və sistemin məlumatlarının təhlil və sintezini yerinə yetirməlidir, dialoqun baş vermiş hissəsini izləməli və yadda saxlamalıdır.

Fraza formasının çatışmayan cəhətləri:

- resursların böyük həcmdə sərfi;

- ifadələrin (xülasə edilmiş fikir) birmənalı şərhinə zəmanətin olmaması;

- uzun, qrammatik baxımdan düzgün frazaların daxil edilməsi zərurəti.

Fraza formasının üstün cəhəti - sistem ilə azad ünsiyyətin olmasıdır.

Direktiv forma xüsusən işlənmiş formal dilin əmrlərinin (direktivlərin) istifadəsini nəzərdə tutur. Əmr dedikdə başlanan prosesin identifikatorunu və tələb olduqda proses üçün verilənləri daxil edən kombinəedilmiş verilənləri təsvir edən formal dilin cümləsi başa düşülür.

Əmr aşağıdakı kimi daxil edilə bilər:

- xüsusi formatlı mətn sətri şəklində (əmrlər sətrində MS DOS əmrləri);

- klavişlər kombinasiyalarının sıxılması (Windows-tətbiqlərin “cəld müraciət” kombinasiyaları);

- siçanın hərəkət etdirilməsi (piktoqramları “daşımaqla”);

- ikinci və üçüncü üsulların kombinasiyası.

Direktiv formanın üstün cəhətləri:

- daxil edilən informasiyanın həcminin kiçik olması;

- çeviklik, yəni əməliyyatın seçilməsi imkanı mümkün əmrlərin seçilməsi ilə məhdudlaşır;

- istifadəçi tərəfindən idarə olunan dialoqa yönəlmə;

- ekranın minimum sahəsinin istifadə edilməsi və ya heç istifadə edilməməsi;

- digər formalarla uyğunlaşma imkanı.

Direktiv formanın çatışmayan cəhətləri:

- ekranda izahlı köməyin praktiki olaraq olmaması, bu isə daxil edilən əmrlərin və onların sintaksisinin yadda saxlanmasını tələb edir;

- başlanmış proseslərin vəziyyəti haqqında əks əlaqənin, demək olar ki, olmaması;

- mətn informasiyasının daxil edilməsi və ya siçan ilə işləmə bacarıqlarının olması;

-istifadəçi tərəfindən sazlanma imkanının olmaması.

Direktiv forma tez-tez istifadə olunan əmrləri və ya klavişlər kombinasiyalarını asanlıqla yadda saxlayan peşəkar istifadəçi üçün rahatdır. Bu halda formanın üstün cəhəti (çeviklik və yaxşı zaman xarakteristikaları) daha parlaq özünü büruzə verir. Cədvəl forması - istifadəçi proqram tərəfindən təklif olunan cavablardan birini seçir. Dialoqun dili sadə sintaksis və birmənalı semantikaya malikdir və asanlıqla realizə oluna bilər. Forma istifadəçi üçün rahatdır, belə ki, seçmək hər zaman asandır, xüsusən də istifadəçi peşəkar olmayanda. Konkret cavaba mümkün cavablar çoxluğu sonlu olduqda bu forma istifadə oluna bilər. Mümkün olan cavabların sayı çox (20-dən çox) olduqda, cədvəl formasının istifadəsi məqsədəuyğun deyil.

Cədvəl formasının üstün cəhətləri:

- izahlı köməyin mövcud olması;

- daxil etmə zamanı səhvlərin sayının azalması: istifadəçi informasiyanı daxil etmir, onu qeyd edir;

- istifadəçinin öyrətmə vaxtının azalması;

- digər formalar ilə uyğunlaşma imkanı;

- bəzi hallarda istifadəçi tərəfindən sazlanma imkanı.

Cədvəl formasının çatışmayan cəhətləri:

- ekran üzrə naviqasiya bacarıqlarının olması zərurəti;

- vizual komponentlərin təsviri üçün ekranın nisbətən böyük sahəsinin istifadəsi;

- ekranda informasiyanın daim yenilənməsi ilə əlaqəli olan kompüterin resurslarının gərgin istifadəsi.

Dialoqun tipləri və formaları biri-birindən asılı olmayaraq seçilir, yəni istənilən forma dialoqun hər iki tipi üçün tətbiq olunur.

Sinxron dialoqlar - proqram təminatının normal işləməsi zamanı baş verən dialoqlar.

Asinxron dialoqlar - normal prosesin ssenarisi pozulduqda, sistem və ya istifadəçinin təşəbbüsü ilə yaranan dialoqlar. Onlar sistem və ya istifadəçi tərəfindən təcili məlumatların alınması zamanı istifadə olunurlar.

Dialoqların işlənməsi. Dialoqların layihələndirilməsi və realizəsi mərhələləri aşağıdakılardır:

- abstrakt dialoqların layihələndirilməsi - tələb olunan dialoqlar çoxluğunun, onların əsas məlumatlarının və mümkün ssenarilərin təyin edilməsi;

- konkret dialoqların layihələndirilməsi - hər bir dialoqun tipi və formasının, həmçinin istifadə olunan dillərin sintaksis və semantikasmın təyin edilməsi;

- texniki dialoqların layihələndirilməsi - əsas və əlavə qurğuların seçilməsi və hər bir dialoq üçün daxil etmə/xaric etmə proseslərinin layihələndirilməsi, həmçinin ötürülən məlumatların dəqiqləşdirilməsi.

Abstrakt dialoqların əsasını avtomatlaşdırılması üçün proqram məhsulu nəzərdə tutulan texnoloji prosesin ideologiyası təşkil edir.

Ssenarilərdən başqa interfeysin vəziyyət diaqramları və ya dialoq qrafları istifadə olunur.

Dialoq qrafı - istiqamətləndirilmiş ölçülmüş qrafdır, hər təpəsinə ekrandakı konkret şəkil (kadr) və ya istifadəçiyə mümkün olan əməllər dəsti ilə xarakterizə olunan dialoqun müəyyən vəziyyətidir. Təpələrdən çıxan qövslər istifadəçi tərəfindən qeyd olunmuş əməllərin yerinə yetirilməsi zamanı vəziyyətin mümkün dəyişmələrini göstərirlər. Qövslərin çəkiləri kimi vəziyyətdən vəziy­yətə keçidin şərtləri və keçid zamanı yerinə yetirilən əməliyyatlar qeyd olunur.

Qrafdakı hər bir marşrut dialoqun mümkün variantına uyğun gəlir.




3.3.İstifadəçinin iş yerində İT-nin təşkili
3.3.1Avtomatlaşdırılmış iş yeri

Bir qayda olaraq, istifadəçi (məsələn, iqtisadçı) predmet texno­logiyası, yəni verilənlər üzərində aparılan əməliyyatlar ardıcıllığı və onların qarşılıqlı əlaqələndirilməsi strukturu ilə yaxından tanışdır.

Funksional texnologiya müəyyən qaydalara görə yerinə yetirilmiş təminat və predmet texnologiyalarının sintezidir. Verilən­lərin çevrilməsinin müəyyən mühiti kimi çıxış edərək funksional texnologiya texniki, proqram (VBİS, əməliyyat sistemi və s.), təşkilati (işçi heyət) və informasiya hissələrindən ibarət olan plat­formaya əsaslanır.

Son nəticədə, istifadəçi-mütəxəssis (iqtisadçı, menecer və s.) həm ayrı-ayrı informasiya texnologiyalarını, həm də onların müəy­yən kompleksdə birləşmiş toplusunu istifadə edə bilər.

Rəhbər işçinin, qərar qəbul edən şəxsin məqsədlərinin yerinə yetirilməsini dəstəkləyən təminat və funksional informasiya texno­logiyaları kompleksi avtomatlaşdırılmış iş yerləri (AİY) əsasında həyata keçirilir.

AİY-in təyinatı qoyulmuş məqsədlərin əldə edilməsi üçün qə­rarların formalaşdırılması və qəbul edilməsinin informasiya dəstəyindən ibarətdir.

Avtomatlaşdırılmış iş yeri dedikdə peşəkar əməyin avto­matlaşdırılması üçün nəzərdə tutulmuş və mütəxəssisə tələb olunansənədlərin və verilənlərin hazırlanması, redaktə edilməsi, axtarışı və ekrana çıxarılması, çapı ilə təmin edən texniki və proqram vasitələ­rinin fərdi kompleksi başa düşülür.

AİY operatoru müəyyən funksiyaların yerinə yetirilməsi üçün tələb olunan bütün vasitələrlə təmin edir. AİY-in tərkibinə peşəkaryönlü funksional və təminedici informasiya texnologiyaları toplusu ilə təchiz olunmuş və birbaşa iş yerində quraşdırılan fərdi kompüter daxildir.

Başqa sözlə, AİY - obyektin idarə edilməsi strukturuna və məqsədlərin paylanması sisteminə görə ayrılmış və müstəqil proq­ram-aparat kompleksi şəklində tərtib olunmuş iqtisadi informasiya sisteminin bir hissəsidir.

Funksional informasiya texnologiyası ya tam şəkildə, və ya onun hər hansi bir hissəsi AİY-in tərkibinə daxildir. Funksional in­formasiya texnologiyasının konkret olaraq hansı hissəsinin bu və ya digər AİY ilə əlaqəli olması, birinci növbədə, obyektin idarə edil­məsi strukturunda məqsədlərin dekompozisiyası ilə müəyyən olu­nur. Avtomatlaşdırılmış iş yerində funksional informasiya texnolo­giyasının bu cür paylanması predmet texnologiyasının özünün tələb­lərini pozmamalıdır.

Əksər hallarda AİY-də vəziyyətin təhlili üçün informasiyanın ancaq hazırlanması imkanı həyata keçirilmişdir. Bu informasiya əsa­sında işçi bu cür təhlili yerinə yetirə və sonra idarəedici qərarı qəbul edə bilər.

İşçinin birbaşa iştirakı olmadan qərarların hazırlanması ancaq ekspert sistemlərində mümkündür. Ekspert sistemi “Necə edək ki, sualına cavab verməlidir.



Ekspert sistemi - yüksək dərəcəli peşəkarların bilik və ba­carıqlarının tətbiqi və bu biliklərin idarəetmə prosesində istifadəsi üçün nəzərdə tutulmuş bir sistemdir. Bu cür sistemlər məhdud tətbiq sahələri üçün işlənir, belə ki, onlarm istifadəsi biliklərin emalı və saxlanması üçün böyük həcmdə kompüter resurslarını tələb edir. Ekspert sistemlərinin qurulmasının əsasını biliklərin təsviri modellə­rinə əsaslanan biliklər bazası təşkil edir.

İstənilən informasiya texnologiyasının istifadəsi zamanı veri­lənlərin, proqramların və kompüter sistemlərinin mühafizəsi vasitə­lərinə xüsusi diqqət yetirmək lazımdır. Buna görə də AİY-lərin mü­hafizə olunması dərəcəsi onların təsnifləşdirilməsi əlamətlərindən biri kimi çıxış edə bilər.

Əgər meyar kimi idarəetmənin təşkilati strukturu götürülərsə, onda şərti olaraq rəhbər işçinin AİY-ni, orta və operativ səviyyələrin idarə işçisinin AİY-ni qeyd etmək olar. İnformasiyanın seçici pay­lanması prinsipinə uyğun olaraq bu şəxslərin fərqli informasiya dəs­təyinə ehtiyacları var.

Rəhbər işçidən düzgün qərarların qəbuluna imkan verən ümu­miləşdirilmiş, doğru və müfəssəl informasiya tələb olunur. Ona müəssisənin fəaliyyətinin müxtəlif sahələrinin təhlili və planlaşdırıl­ması vasitələri lazımdır. Bu vasitələrə iqtisadi-riyazi, statistik üsul­lar, müəssisənin müxtəlif sahələrinin fəaliyyətinin modelləşdiril­məsi, təhlili, proqnozlaşdırılması üsulları aiddir. Təminat texnologi­yalarından aşağıdakılar tələb olunur: cədvəl, qrafik, mətn prosessor­ları, elektron poçt, VBİS.

AİY-lərin nomenklaturası və onlara daxil edilən informasiya texnologiyalarına aşağıdakılar təsir edir:


  • müəssisədə yaranmış idarəetmə strukturu;

  • predmet sahələrinin texnologiyaları;

  • işçilər arasında vəzifələrin və məqsədlərin bölüşdürülməsi.

Orta və operativ səviyyələrin idarə işçilərinin AİY-ləri konkret predmet sahəsində (anbardarlann, əməliyyatçıların, bank işçilərinin, sığorta kompaniyaları işçilərinin və s. AİY-ləri) qərarların qəbulu və peşəkar fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunurlar.


Yüklə 98,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin