1 İnformasiya sistemlərinin arxitekturası 7 Ümumi anlayışlar İT-nin qiymətləndirilməsi meyarları


İNFORMASİYA TEXNOLOGİYALARININ İNTEQRASİYASI



Yüklə 98,77 Kb.
səhifə3/6
tarix09.11.2019
ölçüsü98,77 Kb.
#29554
1   2   3   4   5   6
yazi (1)


4.İNFORMASİYA TEXNOLOGİYALARININ İNTEQRASİYASI

4.1.Verilənlərin emalının paylanmış sistemləri

4.1.1.Verilənlərin paylanmış emalının xarakteristikası

Verilənlərin paylanmış emalı ən vacib şəbəkə texnologiyalarından biridir. Fərdi komputerlər iş yerlərində, yəni informasiyanın yarandığı və istiifadə olunduğu yerlərdə quraşdırılır. Onlar rabitə kanalları vasitəsilə də birləşirlər.

Verilənlərin paylaşmış emalı istifadəçi və onun tətbiqi proqramları şəbəkə sisteminin səpələnmiş qovşaqlarında yerləşmiş vasitələr ilə işləmə imkanının əldə edilməsindən ibarətdir.

Şəbəkə mühitinin proqram təminatı şəbəkə şəbəkə əmliyyat sistemləri tərəfindən xidmət olunur və dəstəklənir. Server rolunda əsas və daha güclü komputer çıxış edir.

Verilənlərin paylanmış emalı informasiya işçisinin informasiyaya olan dəyişən tələbatının ödənilməsi səmərəliliyinin artırılmasına və bununla da qəbul olunan qərarların çevikliyinin təmin edilməsinə qərar verdi.

Verilənlərin paylanmış emalının üstün cəhtləri aşağıdakılardır:

- İnformasiyanın saxlanması, qeyd olunması, ötürülməsi və verilməsi funksiyalarını yerinə yetirən və bir birilə qarşılıqlı əlaqəda olan çoxsaylı istifadəçilərin olması

-şəbəkənin hesablama resurslarına informasiya işçilərinin mürəciət etməsinin təmin olunması

Paylanmış emal və paylanmış verilənlər bazası anlayışları sinonim deyil. əgər paylanmış emal zamanı baza ilə iş aparılarsa, onda nəzərdə tutulur ki, verilənlərin təsviri, baza iləməntiqi səviyyədə iş kliyentin fərdi komputerində yerinə yetirilir. Verilənlərin emalının təşkili onların paylanması üsulundan asılıdır. Verilənlərin paylanmasının mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş və qarışıq üsulları mövcuddur.

4.1.2.Verilənlərin mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş təşkili. Verilənlərin mərkəzləşdirilm təşkili həyata keçirilmə nöqteyin nəzəindən ən sadə təşkil üsuludur.

Bir serverdə verilənlər bazasının yeganə surəti yerləşir. Verilənlər bazası ilə bütün əməliyyatlar bu server ilə təmin olunur. Verilənlərə müraciət uzaq məsafədn soröu və ya uzaq məsafədən tranzaksiya vasitəsilə yerinə yetirilir. Üsulun üstün cəhəti verilənlər bazasının aktual vəziyyətdə saxlanmasının asan olması, çatışmazlığı isə bazanın həcminin xarici yaddaşın həcmi ilə məhdudlaşması bağlıdır.

Verilənlərin mərkəzləşdirilməmiş təşkili informasiya bazasının fiziki olaraq bir neçə paylanmış bazalara bölünməsini nəzərdə tutur. Hər bir kliyent ümumi informasiya bazasının bir hissəsi və ya ümumiyyətlə informasiya bazasının surəti olan bilən özünün bazasını istifadə edir. Bu da hər bir kliyent üçün verilənlər bazasının təkrarlanmasına gətirib çıxarır.

Bölünmə əsasında verilənlərin paylanması zamnaı verilənlər bazası bi neçə serverdə yerləşir. Ayrı-ayrı hissələrin surətlərinin olması yolverilməzdir.

Bu üsulun üstün cəhətləri aşağıdakılardır: sorğuların əksəriyyəti lokal verilənlər bazaları ilə ödənildiyindən cavabın alınması vaxtı qısalır, verilənlərin mümkünlüyü və onların saxlanması etibarlılığı artır.

Verilənlərin mərkəzləşdirilmmiş təşkilinin müəyyən çatışmazlıqları da mövcuddur: uzaq məsafədən sorğu və ya tranzaksiyaların bir hissəsi bütün serverlərə müraciəti tələb edə bilər, bu isə gözləmə vaxtını və xidmətin qiymətini artırır.

Bölünmüş verilənlər bazaları lokal və qlobal şəbəkələrin birgə istifadəsi zamanı çox yararlıdırlar.

Təkrarlama üsulunun məğzi ondan ibarətdir ki, şəbəkənin hər bir serverində tam verilənlər bazası yerləşir. Bununla da verilənlərin ən etibarlı saxlanmasının təyin edilir.Üsulun çatışmayan cəhətləri kimi bunları qeyd etmək olar: xarici yaddaşın həcminə qoyulan tələblərin artması, surətlərin uyğunlaşması üçün sinxronlaşdırma tələb olunduğuna görə bazaların təshih edilmələrinin çətinləşməsi. Bu üsul etibarlıq amili böhran vəziyyətdə olduqda, baza kiçik olduqda, yenilənmənin intensizliyi yüksək olmadıqda istifadə olunur.

4.1.3. Verilənlərin saxlanmasının qartışıq təşkili

Paylanmanın iki üsulunu, yəni bölünməni və təkrarlanmanı birləşdirən və hər iki üsulun mənfi və müsbət cəhətlərini birləşdirən verilənlərin saxlanmasının qarışıq təşkili üsulu da mövcuddur.

Bu halda şəbəkəda verilənlərin harada yerləşməsi haqda informasiyanın saxlanması tələb olunur. Bu zaman bazasının etibarlı və səmərəli fəaliyyətinin təmini məqsədi ilə ümumiyyətlə baza üçün ayrılmış yadaşın həcmi və hər serverdə baza üçün ayrılmış yaddaşın həcmi arasında kompromis əldə edilir, paralel emal, yəni paylanmış sorğu və ya tranzaksiyanın xidmət olunması asanlıqla həyata keçirilir. Verilənlərin təşkilinin qarışıq üsu7lu ancaq şəbəkə VBİSi mövcud olduqdda mümkündür

Kollektiv istifadə olunan VBlərdə mərkəzi texnoloji manqa kimi verilənlər bazalarının serverləri çıxış edir. Verilənlər bazaları serverlərinin proqram vasitələri çoxistifadəçili tətbiqlərin həyata keçirilməsini, verilənlərin mərkəzləşdirilmiş saxlanmasını təmin edirlər.

Lokal şəbəkələrdə istifadə olunan fayl-serverlərə nisbətən, verilənlər bazaları serverlərinin məhsuldarlığı bir tərtib yuxarıdır.

Fayl-serverə əsaslanan şəbəkə VBİS-lərinin gücü kifayət etmir. Yüklənmiş şəbəkənin məhsuldarlığı aşağı düşür. Məhsuldarlıqla bağlı problem prosessorların kifayət qədər gücə malik olduqları ilə deyil, fayl-serverlərin “hər şey və ya heç nə” prinsipinin həyata keçirmələri ilə bağlıdır.

4.2. “Kliyent-server” texnologiyaları

4.2.1. “Kliyent-server” texnologiyasının xarakteristikası

“Kliyent-server texnologiyası-şəbəkədə komputerlərin qarşılıqlı əlaqələndirilməsi modelidir. Bir qayda olaraq, belə konfirqurasiyada komputerlər eyni hüquqa malik deyillər. Onlardan hər biri özünəməxsus təyinatına malik olub, müəyyən rol oynayırlar.

Şəbəkənin bəzi komputerləri prosessorlar, fayl sistemi, poçt xidməti, çap xidməti, verilənlər bazaları kimi informasiya-hesablama resurslarına malikdirlər.

Bu və ya digər resursu idarə edən kompüter bu resursun serveri, bu resursdan faydalanmaq istəyən komputer isə kliyent adlanır.

Konkret server malik olduğu resursun növü ilə təyin olunur. Əgər belə resurs kimi verilənlər bazası çıxış edirsə, onda söhbət verilənlər bazaları serverindən gedir. Bu serverin təyinatı- bazadakı verilənlərin emalı ilə bağlı olan kliyentlərin sorğularının xidmət olunmasıdır. Əgər resurs kimi fayl sistemi çıxış edirsə, orda söhbət fayl-serverdən gedir. Verilənlər bazaları serverləri çox sayda müxtəlif tipli tətbiqlərin dəstəklənməsi üçün nəzərdə tutulmuşdur.

Verilənlər bazası serveri ilə interfeysin həyata keçiilməsi üçün obyekt-yönlü vasitələr, elektron cədvəllər, mətn prosessorları, qrafiki paketlər, stolüstü nəşriyyat sistemləri və digər informasiya texnologiyaları istifadə oluna bilər.

Şəbəkədə eyni komputer həm kliyent, həm də server rolunu yerinə yetirə bilər. Məsələn, tərkibindən fərdi komputerlər, böyük EHM və mini-komputer olan informasiya sistemində, mini komputer kliyentlərin soröularını emal edən verilənlər bazası serveri kimi, böyük EHM-ə sorğuları istiqamətləndirən kliyent kimi çıxış edir.

İnformasiyanın emalı verilənlər bazaları və bankları texnologiyaların istifadəsinə əsaslanır. Maşındaxili səviyyədə verilənlərin emalı canlı alqoritm ilə təyin olunan əməliyyatlar ardıcıllığının yerinə yetirilməsi prosesidir. Bu verilənlərin emalı komputerlər vasitəsilə həyata keçirilir. Verilənlər istifadəçilərin tətbiqi proqramları ilə emal olunurlar.

İnformasiya texnologiyalarının təkamülü prosesində istifadəçilər üçün komputerlərin, proqram təminatının və kompüterlərdə yerinə yetirilən prosesləriin sadələşdirilməsi və ucuzlaşdırılması səyləri diqqəti cəlb edir.

Lokal şəbəkədə mürəkkəb abunəçi sistemlərinin sayının məhdudlaşdırılması server və kliyent rolunda şıxış edən komputerlərin yaranmasına gətirir.

“Kliyent-server” texnologiyalarının həyata keçirilməsi informasiya-hesablama proseslərinin səmərəliliyinə və qiymətinə görə, həmçinin proqram və texniki təminaıtın səviyyələrinə, informasiyaya müraciətin operativliyinə görə fərqlənə bilər.

Klassik anlamda VBİS verilənlər bazasının yaradılmasını və aktual vəziyyətdə saxlanmasını dəstəkləyən proqramlarr dəstidir. Funksional olaraq VBİS üç hissədən ibarətdir: nüvə(VB), dil və proqramlaşdırmanın alət vasitələri.

Proqramlaşdırmanın alət vasitələri kliyentin interfeysinə və ya xarici interfeysə aiddirlər. Onların ttərkibinə sorğu dilində verilənlərin emalı prosesi daxil edilə bilər. Dil dedikdə VBİS ilə dəstəklənən prosedur və qeyri-prosedur əmrlər toplusu başa düşülür. Ən geniş yayılan SQL və QBE dilləridir.

Kliyent-server texnologiyasının əsas ideyası serverlərin güclü maşınlarda, dili istifadə edən kliyentlərin tətbiqlərini isə gücü daha az olan maşınlarda yerləşdirilməsidir.

Bazaya giriş/çıxış verilənlərin fiziki bölünməsinə deyil, məntiqi bölünməsinə əsaslanır, yəni server kliyentlərə bazanın tam surətinə deyil, məntiqi olaraq tələb olunan hissələrini ötürür, bununla da şəbəkənin trafikini azaldır.

Şəbəkənin trafiki- şəbəkədə məlumatlar axınıdır. Kliyent-server texnologiyasında kliyent proqramları və onun sorğuları VBİS-dən ayrı saxlanılır.

Kliyent server sistemlərinin əsas üstünlükləri kimi aşağıdakıları qeyd etmək olar

-şəbəkənin yüklənməsinin aşağı olması(işçi stansiya verilənlər bazasının serverinə müəyyən verilənlərin axtarışına görə sorğu ötürür, server özü axtarışı yerinə yetirir)

-yüksək etibarlılıq(kliyent-server texnologiyasına əsaslanan VBİS-lər tranzaksiyaların tamlığını və nasazlıq zamanı avtomatik bərpanı təmin edirlər)

-böyük ölçülü sahələrin dəstəklənməsi(Ölçüləri yüzlərlə kilobayt və meqabayt olan verilən tipləri dəstəklənir)

Kliyent-server sistemlərinə müəyyən çatışmazlıqlar da xasdır

-məsafəyə görə paylanma və iş yerlərində komputerlərin qeyri-həmcins olmalarına görə inzibatiləşdirmənin çətin olması

-konkret informasiya sistemi üçün səciyyəvi olan kliyentlərin və serverin ünsiyyəti üçün qapalı protokolun olması.

Qeyd olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədi ilə mərkəzləşdirilmiş sistemlərin və ənənəvi kliyent-server sistemlərinin ən yaxşı xüsusiyyətlərini birləşdirən İntranet sistemlərinin afrxitekturasından istifadə olunur.



4.2.2. Verilənlərin paylanmış emalı texnologiyasının əsas növləri

Verilənlərin paylanmış emalı texnologiyasının əsas növlərini nəzərdən keçirək:



  1. Müstəqil komputerə( yəni həm kliyent, həm server kimi bir EHM-də yerləşən) yönələn kliyent-server texnologiyası

  2. Mərkəzləşdiirlmiş paylanmaya yönələn kliyent-server texnologiyası

Bu texnologiyanın istifadəsi zamanı kliyent uzaq məsafədə olan vahid serverin verilənlərə müraciətini əldə edir, verilənlər ancaq oxuna bilər, verilənlərə dinamik müraciət uzaq məsafədə olan tranzaksiyalar və sorğular vasitəsilə həyata keçirilir.

  1. Lokal hesablama şəbəkəsinə yönələn kliyent-server texnologiyası

–yeganə server bazaya müraciəti təmin edir.

-verilənlərin emalına, onların təsvirinə və bazaya məntiqi müraciətinə cavabdeh olan prosesi kliyent formalaşdırır.

4. Verilənlərin bir yerdə dəyişməsinə yönələn kliyent-server texnologiyası

Bu texnologiyanın istifadəsi zamanı

-paylanmış tranzaksiyanın emalı həyata keçirilir.

-uzaq məsafədə olan serverlər bir-biri ilə şəbəkə ilə əlaqəli deyiullər, yəni server-koordinator yoxdur.

-“çıxılmaz vəziyyət”in (deadlock) yaranması təhlükəsi, yəni elə bir vəziyyət yaranır ki, bu zaman A məsələsi B məsələsi ilə bloka alınmış yazıları gözləyir, B məsələsi A məsələsi ilə bloka alınmış yazıları gözləyir.

5.Verilənlərin bir neçə yerdə dəyişməsinə yönələn kliyent-server texnologiyası

Əvvəlki texnologiyadan fərqli olaraq, burada müxtəlif serverlər arasında verilənlərin ötürülməsi protokolunu dəstəkləyən server koordinator mövcuddur

6. Paylanmış VBİS-ə yönələn kliyent-server texnologiyası.

O, bölünmə və təkrarlanma strategiyasını təmin edir, verilənlərə müraciətin daha cəld əldə edilməsinə imkan verir.

Kliyent server texnologiyasının istifadəsi işin bir hissəsinin serverdən kliyentin kompüterinə keçirilməsinə imkan verir.

Bununla da bu texnologiya verilənlər bazaları serveinin imkanlarının müstəqil artılırmasına və kliyentin alət vasitələrinin təkmilləşdirilməsinə imkan verir. Kliyent server texnoliyasının çatışmayan cəhəti EHM-in məhsuldarlığına tələblərin artırılması, hesablama şəbəkəsinin idarə edilməsinin çətinləşməsi, şəbəkə VBİS-i olmadıqda isə paylanmış emalın təşkilinin çətinləşməsindən ibarətdir.

4.3. Elektron sənəd dövriyyəsi sistemləri

4.3.1. Elektron sənəd dövriyyəsinin prinsipləri

Elektron sənəd göndərişi ilə əlaqəli olan bir neçə anlayışı nəzərdən keçirək. Elektron sənəd dövriyyəsi dedikdə standartlaşdırılmış formada və sistemdə qəbul olunmuş reqlamentlər əsasında xidməti elektron sənədlər üzərində yerinə yetirilən əməliyyta sistemi (manipulyasya sistemi) başa düşülür.

Növbəti anlayış eektron sənəddir. Elektron formada verilmiş sənəd aşağıdakıları təsvir edir.

-hesablama texnikasının, informasiyanın emalı, saxlanması və ötürülməsinin digər vasitələrinin elementlərinin vəziyyətləri dəsti şəklində təsvir olunmuş verilənləri

-İnsan tərəfindən birmənalı mənimsənilən formaya çevrilməni mümkün edən və identifikasiya üçün atributlara malik olan verilənləri.

Elektron sənəd maşın daşıyıcısında saxlanır. Maşın saxlayıcısında sənəd dedikdə sənədd qehyd olunmuş informasiyanın elektron hesablama maşını tərəfindən emalını təmin edən daşıyıcılardan və yazılma üsullarından istifadə edərək yaradılmış sənəd başa düşülür.

Elektron sənəd dövriyyəsi sisteminə qoyulan əsas tələblər aşağıdakılardır:

-sənədləşdirmə sistemləri və formaları standartlarının tələblərinə uyğunluq

-Paylanmış emal(məsafəyə görə paylanmış sistemlərdə isşlər)

-sistemin açıq olması(digər proqram və sistemlərlə inteqrasiya olunma imkanları)

Elektron sənəd dövriyyəsi sistemlərində aşağıdakılar yerinə yetirilir.

-maşın daşıyıcılarında elektron sənədlərinin fayl şəklində təşkili

-elektron sənədlərinin idarə edilməsi

-kompiter şəbəkəsi ilə elektron sənədləron ötürülməsi

-işlər axınının idarə edilməsi

Elektron sənədlərinin idarə edilməsi sistemi (Electronic document management systems, EDMS) – elektron sənədlərin yaradılması, toplanması, saxlanması, emalı və ötürülməsi əməliyyatlaının səmərəli təşkilinə imkan verən qurğular və proqramlar toplusudur. Qeyri formal( ixtiyari) və xidməti (rəsmi) elektron sənəd anlayışlarını ayırmaq lazımdır.

Qeyri-formal elektron sənəd- maşın daşıyıcısında yazılmış istənilən məlumat, məktub, mətndir. Xidməti elektron sənəd dedikdə rekvizitlər normativ tələblərə uyğun tərtib olunmuş maşın daşıyıcısında yazılmış elektron məlumat başa düşülür.

4.3.2. Elektron sənəd dövriyyəsini təmin edən texnoloji əməliyyatlar

Elektron sənədlərin idarə edilməsi əməliyyatlarını üç qrupa ayırmaq olar: sənədlərin yaradılması, onların saxlanması və sənədlər üzərində manipulyasiya.



Elektron sənədlərin yaradılması

Mürəkkəb sənədlərin yaradılması mətnin yığılması, redaktəsi, şəkillərin hazırlmnması, səhifələrin maketləşdirilməsi, çap edilməsi kimi əməliyyatların yerinə yetirilməsini tələb edir.

Səsnədlərin yaradılması əməliyyatlarının skaner və problemyönlü tətbiqi proqramlar paketləri dəsti ilə(birinci növbədə, mətnin redaktəsi, proqramları və ya masaüstü nəşriyyat sistemləri) təchiz olunmuş kompüterdə səmərəli yerinə yetirilməsi mümkündür.

Elektron sənədlərin idarə edilməsi sistemlərində aşağıdakıları istifadə etmək olar:

-Mətn redaktorları: MS Word, Corel Word Perfect, Lotus WordPro

-nəşriyyat sistemləri- MS Publisher, Adobe Frame, Corel Print Office və s.

-skanerlər vasitəsilə alınan təsvirlərin redaktorları: Mark Professional, Photo Styler, Paint İmaging və s

Elektron sənədlərin saxlanması

Electron sənədlərin saxlanması sistemləri komputerin xarici yaddaşındanm sənədlərin səmərəli saxlanmasını və aktuallaşdırılmasını, həmçinin səmərəli axtarışını və onlara konfidensial(məxfi) müraciəti təmin etməlidir.

Verilənlər bazalarının yaradılması və xidmət olunmasının təşkili və proqram təminatı verilənlər bazalarının idarəetmə sistemləri adı altında birləşmiş proqram məhsullarının səlahiyyətidir. Bu qrupa aid olan geniş tətbiq tapmış proqram vasitələri aşağıdakılardır: Access, SQL, Oracle, FoxPro, Paradox, Delphi, Adabas, İnformix, dBase, Clipper və s.

Elektron sənədlərin üzərində manipulyasiya sistemləri

Electron sənədlər üzərində münipulyasiya sistemi- digər sistemlərdən fəraqli olaraq daha çox idarəçilik fəaliyyətinə yönəlmiş, idarəetmə sisteminin xüsusi altsistemidir. Həmin altsistemin əss funksiyaları aşağıdakılardır:



  • Müxtəlif formata və təsvir formalarına malik sənədlərin saxlanması sisteminin yaradılması-sənədin versi\yaları, nürəkkəb, çoxkomponentli və çoxformatlı sənədlərlə iş

  • sənədlərin icrasına nəzarət

  • sənədlərin electron yayılması

  • müxtəlif seçim meyarlarına görə sənədlərin axtraışı

  • sənədlərin çapı və çoxaldılması

Sənədlərin idarəedilməsi funksiyalarını yerinə yetirən çoxsaylı proqram məhsulların mövcuddur: Docs Open, Lan Docs, Link Works, WorkFlow, Workman, Office Media, World View və s

Bundan başqa, yuxarıda adı çəkilmiş sənədlərin idarəedilməsi əməliyyatlkarını qismən və ya tam şəkildə həyata keçirən universal inteqrasiya olunmuş proqram sistemlərini ( Water Mark Professional, Lotus, Works) göstərmək olar. Misal üçün , inteqrasiya olunmuş sistemlər arasında lider hesab olunan Microsoft Office sisteminin tərkibinə MS Word mətn redaktoru, MS Excel cədvəl prosessoru, MS Access verilənlər bazasının idarəetmə sistemi (Microsoft Officenin professional versiyasında ) MS Mail electron poçt və onun MS Form Designer genişlənməsi, Outlook electron katib proqramı və s daxildir. Microsoft officenin proqram vasitələrindən istifadə etməklə, aşağıdakıların təmin edilməsi mümkündür.

-daxil olan cə xaric edilən informasiyanın email

-elektron sənədlərin yaradılması və redaktəsi

- Nəticələri qrafiklər, diaqramlar və s şəklində əyani təsvir etməklə verilənlərin toplanması və təhlili

-elektron poçt və faksimil əlaqə ilə electron sənədlərin marrutladırılması və çatdırılması

-elektron sənədlərin rahat formatlaşdırılması və çapı.

4.3.3. Sənədlərin ixtisaslaşdırılmış idarə edilməsi sistemləri

Sənədlərin ixtisaslaşdırılmış idarə edilməsi sistemləri universal sistemlərdən aşağıdakı xarakteristikalarına görə fərqlənirlər:

-geniş kitabxana xidmətləri dəstindəm istifadə edərək müxtəlif formata malik sənədlərin dəstəklənməsinin təmini

-sənədlərin yaradılması, resenziya olunması, redaktəsi və yayılması üçün hazırlanmasını daxil edərək sənədlərin həyat dövrünün ilk mərhələrinə diqqətin artırılması

Fayl sisteminə müraciət etmədən sənədlərin idarə edilməsi sistemlərinin və xarici tətbiqlərin qarşılıqlı əlaqələndirmə standartı kmi ODMA(Open Document Management ) APİ (Application Program İnterface- kargüarlıq interfeysi) çıxış edur. Sənədlərin idarə edilməsi sistemləri sinfinə aid ənənəvi məhsulların nümayəndələri aşağıdakılardır:

-DOCSFusion( PC DOCS, İnc)

-Documentum

-DocuLive (Siemens Nixdorf İnformations system)

Bu sistemlərin iri müəssisələrdə istifadəsi nəzərdə tutulmuşdur. Onlar universallıq, təhlükəsizlik ilə c=xarakterizə olunur.

Kağız sənədlər arxivdə qeyd olunur və skaner vasitəsi ilə electron formaya çevrilirlər.



4.3.4. Elektron sənədlər üzərində qrup şəklində iş

Sənədlər üzərində qrup şəklində iş texnologiyası müəssisənin informasiya modelinə əsaslanır və strukturlaşdırılmamış informasiyanın idarə edilməsinə imkan verir.

Elektron sənədlər üzərində qrup şəklində iş əlavə təşkilati strukturlaşma olmadan bir kollektiv məsələnin yerinə yetirilməsini nəzərdə tutur.

Qrup şəklində iş aşağıdakı müraciət üsulları ilə dəstəklənir:

-fayllar və verilənlər bazasına şəbəkə müraciəti

-elektron poçt(konfrnas və diskussiyaları daxil edərək)

-terminal müraciət, faylların ötürülməsi və electron elanlar lövhəsi

Kollektiv iş zamanı aşağıdakılar vacib hesab olunur: resursların birgə istifadəsi nəticəsində yaranan münaqişələrin həlli üçün qruplaşmaların olması; indicator və parollara görə icazəli daxilolma; müraciət hüquqları vasitəsi ilə informasiyanın mühafizəsi.

Qrup şəklində işi dəstəkləyən sistemlər kimi Domino/Notes(Lotus Development) , Groupwise(Novell), Microsoft Exchange(Microsoft) sistemlərini göstərmək olar.

4.6. Korporativ informasiya sistemləri

4.6.1. Korporativ informasiya sistemi anlayışı

Hazırda müxtəlif növ informasiya texnologiyalarının inteqrasiya olunmuş adlanan vahid komputer-texnoloji kompleksə birləşməsi tendensiyası müşahidə olunur. İnteqrasiya olunmuş informasiya texnologiyaları dedikdə müxtəlif növ İT-lərin birləşməsi başa düşülür. Burada xüsusi yer kommunikasiya vasitələrinə ayrılır. Onlar fəaliyyətin növlərinin avtomatlaşdırılmasının geniş texnoloji imkanlarının təmin edilməsi ilə yanaşı, avtomatlaşdırılmış informasiya texnologiyalarının müxtəlif şəbəkə variantlarının yaradılması əsasını da təşkil edirlər.

Verilənlərin emalının inteqrasiya olunmuş komputer texnologiyaları mürəkkəb texnolojji-informasiya və proqram kompleksi kimi layihələndirilir. O verilənlərin vahid təsvir üsulunu və istifadəçilərin sistemin komponentləri ilə qarşılıqlı əlaqələndirilməsini dəstəkləyir.

İnteqrasiya olunmuş komputer texnologiyaları korporativ informasiya sistemlərinin tətbiqi üçün bazanı təmin edirlər. Hazırda korparativ informasiya sistemi (KİS) inteqrasiya olunmuş informasiya idarəetmə sistemlərinin adıdır.

Ümumi mənada korporasiya (latınca corporatio-birlik) anlayışı mərkəzləşdirilmiş idrə altında işləyən və ümumi məsələləri həll edən müəssissələrin birləşməsini bildirir. Korporasiyanın tərkibinə daxil olan müəssisələr, şöbələr və inzibati ofislər, bir qayda olaraq, bir-birindən aralı yerləşirlər.

İnformasiya modeli- müəssisədə mövcud olan bütün informasiya axınlarını, emal qaydalarını və informasiya sahəsinin bütün elementlərinin marşurutlaşma alqoritmlərini təsvir edən biznes modelin altçoxlu\ğudur.

İnformasiya sistemi- tərkibinə aşağıda qeyd olunan vacib elementlər daxil edən bütün informasiya sənəd axınlarının idarə edilməsi prosesində iştirak edən müəssisənin tam infrastrukturudur.

-informasiya sisteminin fəaliyyətinin qaydalar və alqoritmlər toplusu olan informasiya modeli

-informasiya modelinin inkiaf reqlamenti və ona dəyişikliklərin daxil edilməsi qaydaları

-informasiya modelinin formalaşdırılması və inkişafına görə məsuliyyət daşıyan kadr resursları

-Sazlanan strukturlar proqram təminatının konfiqurasiyasına və onun funksional modullarının tərkibinə dəyişikliklərin daxil edilməsi reqlamenti

-aparat-texniki bazanın xidməti heyətini daxil etməklə istismar texniki kadr resursları

-proqram təminatının istifdəsi qaydaları və istifadəçi təlimatları

Korporasiyanın resurslarına maddi (materiallar, hazır məhsul) maliyyə, insan, biliklər, KİS daxildir.

İstənilən müəssisənin idarəetmə sistemi 3 əsas altsistemdən ibarətdir:


  1. Satışların və əməliyyatların planlaşdırılması

  2. Tələb olunan resursların (materialların, istehsal güclərinin ) təfsilatlı planlaşdırılması

  3. İstehsal və tədarük prosesində planların icrasının idarə edilməsi

Korporativ informasiya sistemləri dedikdə avtomatlaşdırmanın ideya və üsullarını realizə edən müəssisənin texniki və proqram vasitələrinin birləşməsidir.

KİS-in əsas vəzifəsi-maksimum gəlirin əldə edilməsi və müəssisənin bütün əməkdaşlarının maddi və peşəkar tələblərinin ödənilməsi üçün müəssisənin bütün resurslarının səmərəli idarə edilməsidir.

Tərkibinə görə KİS- hər bir konkret müəssisənin müəyyən mənada unikal məsələsini həll edən vahid informasiyaya görə həmcins sistemdə birləşdirilmiş müxtəlif proqram-aparat platformalarının müxtəlif istehsalçıların universal və ixtisaslaşdırılmış tətbiqlərinin toplusudur.

Korporativ informasiya sistemi dedikdə aşağıdakı minimum tələbləri ödəyən müəssisənin informasiya sistemi başa düşülür:

-sistemin funksional tamlığı

-informasiyanın etibarlı mühafizə sistemi

-sistemin uyğunlaşması və müşayiəti üçün alət vasitələrinin mövcudluğu

-uzaq məsafədən müraciətin və paylanmış sistemlərdə işin realizə olunması

-informasiyanın birləşməsi imkanı

KİS-in tətbiqinin üstünlükləri kimi aşağıdakıları göstərmək olar:

-müəssisənin bütün altbölmələrinin fəaliyyəti haqqında doğru və operativ informasiyanın alınması

-müəssisənin idarə edilməsinin səmərəliliyinin artırılması

-fəaliyyətin daha səmərəli təşkili hesabına işin ümumi səmərəliliyinin artırılması


Yüklə 98,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin