1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Makro iqtisadiyyatda iqtisadi səmərəliliyin statistikası



Yüklə 2.59 Mb.
səhifə5/23
tarix05.05.2017
ölçüsü2.59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

3.3. Makro iqtisadiyyatda iqtisadi səmərəliliyin statistikası
Ölkənin inkişafı və əhalinin rifahının yaxşılaşdırılması aktivlərin səmərəli istifadəsindən asılıdır. Makro iqtisadi inkişafın səmərəliliyi ümumi daxili məhsul, ümumi milli məhsul, ümumi milli gəlir, sərəncamda qalan gəlir və s. makro göstəricilərdən istifadə etməklə təhlil edilir. İqtisadiyyatın səmərəliliyinin makro göstəricisi kimi ümumi məsrəflərin vahidinə düşən sərəncamda qalan gəlir, ümumi məsrəflərin vahidinə düşən ümumi daxili məhsul və s. istifadə edilir.

MHS-nin konsepsiyasına görə, əhalinin həyat səviyyəsinin əsas göstəricilərinə: əhalinin hər nəfəri üçün son istehlak, ümumi milli yığım, sərəncamda qalan ümumi milli gəlir, istehlak məsrəfləri, ev təsərrüfatlarında son istehlak xərcləri aid edilir.

Əməkdən istifadənin səmərəliliyi göstəricilərinə: əmək məhsuldarlığının səviyyəsi, əmək məhsuldarlığı ilə əmək haqqının artım sürətlərinin nisbəti, əməyə qənaət göstəriciləri aid edilir.

İqtisadi aktivlərin səmərəliliyi göstəricilərinə: əsas fondlardan istifadənin səviyyəsi, aktivlərə qənaət, məhsul istehsalında material tutumu, dövriyyə fondlarına qənaət, rentabellik aid edilir. Aktivlərin bərpası və genişləndirilməsi göstəricisi kimi, yatırılmış sərmayənin səmərəliliyini qəbul etmək olar.

Makro göstəricilər məsrəflərin nəticələrə bölünməsi yolu ilə də hesablanır, lakin onların hesablanmasında iqtisadi fəaliyyətin nəticəsini əks etdirən göstəricinin, ümumi məsrəflərin həcminin müəyyən olunması problemi meydana çıxır. Nəticə göstəricisi kimi, il ərzində yeni yaradılmış dəyər, yaxud ümumi milli gəlir (ÜMG) göstəricisi götürülür. Makro səviyyədə əlavə dəyərlərin cəmi ümumi daxili məhsulun (ÜDM) hesablanmasında istifadə olunur. Qeyd edilməlidir ki, səmərəliliyin ümumiləşdirici göstəricisini müəyyənləşdirərkən ümumi daxili məhsul (ÜDM) və ümumi milli gəlir (ÜMG) göstəriciləri ilə yanaşı, xalis gəlir və xalis daxili məhsul göstəricilərindən də istifadə oluna bilər. Beləliklə, səmərəliliyin ümumiləşdirici göstəricisini bir neçə üsulla hesablamaq olar.

İqtisadi fəaliyyətin səmərəliliyinin makro göstəricisinin hesablanmasının məsrəf və ehtiyat üsulu mövcuddur. Təcrübədə adətən məsrəf metodundan istifadə olunur, çünki məhsul istehsalına çəkilən ümumi məsrəflərin məbləğinin mühasibat və statistika hesabatına əsasən müəyyən olunması heç bir çətinlik törətmir. Ümumiləşdirici göstəricinin hesablanmasının ikinci üsulunun tətbiq olunması onunla çətinləşir ki, maddi ehtiyatlar pul ifadəsində qeydiyyata alındıqları halda, işçi qüvvəsi sayla qeydiyyata alınır. Deməli, onların miqdarının eyni vahidlə ölçülməsi çətinliyi yaranır. Ehtiyatların cəmi nəzəri cəhətdən aşağıdakı kimi müəyyən oluna bilər:



Eres = . Fəs + . Fdöv + . ƏE

Burada,, ,  - ehtiyatların tərkib hissələrinin vahid ölçüyə

keçirilməsi əmsalları;

Fəs, Fdöv - əsas və dövriyyə vəsaitinin dəyəri;

ƏE - əmək ehtiyatlarıdır.

Eres = FHə + ƏE

Burada, FHə - fondların əmək ölçüsü ilə həcmini göstərir.

Ehtiyatların ümumi həcmi dəyər ifadəsilə aşağıdakı düsturla müəyyən olunur:

Eres = FH + ƏEп

Burada, ƏEп - şərti dəyər ifadəsində əmək ehtiyatlarını göstərir.



FH - fondların həcmini göstərir.

Makro göstəricinin hesablanmasının dörd üsulu təklif olunur:

I. Müstəqim göstəricilər:

a) məsrəf üsulu üzrə: Sməs = iqtisadi nəticələr / iqtisadi məsrəflər

b) ehtiyat üsulu üzrə: Seht = iqtisadi nəticələr / ehtiyatlar

II. Əks göstəricilər:



  1. məsrəf üsulu üzrə: Sməs= iqtisadi məsrəflər / iqtisadi nəticələr

b) ehtiyat üsulu üzrə: Seht = ehtiyatlar / iqtisadi nəticələr

Makro göstəricinin nəinki səviyyəsi, dinamikasını, həm də ona ayrı-ayrı amillərin təsirini aşkar edərkən, məsrəf üzrə müəyyən olunan göstəricidən istifadə olunması daha məqsədəuyğundur.

Səmərəliliyi başqa göstəricilər sisteminin köməyilə ifadə etmək olar. Belə göstəriciləri bir neçə qrupda birləşdirmək, onların da tərkibində əsas və əlavə göstəriciləri ayırmaq olar.

Xalqın rifahını səciyyələndirən səmərəlilik göstəricilərinə:

1) əhalinin hər nəfərinə düşən son istehlak üçün istifadə olunan ümumi milli gəlir;

2) əhalinin hər nəfərinə düşən yığım üçün istifadə olunan ümumi milli gəlir;

3) hər nəfərə düşən ev təsərrüfatlarının son istehlak xərcləri;

4) əhalinin hər nəfərinə və hər işçiyə düşən nominal əmək haqqı;

5) əhalinin hər nəfərinə və hər işçiyə düşən məcmu nominal və real gəlir;

6) əhalinin ömür həddi və iqtisadiyyatın səmərəliliyinin əsas sosial cəhətini əks etdirən bəzi başqa göstəricilər aiddir.

Sosial səmərəliliyi səciyyələndirən əhalinin həyat səviyyəsi göstəriciləri belə müəyyən olunur: əhalinin hər nəfərinə düşən son istehlaka və yığıma istifadə olunan ümumi milli gəlir, gəlirlərin təkrar bölüşdürülməsi hesabına və sərəncamda qalan ümumi milli gəlirin məbləğini əhalinin ortaillik sayına bölməklə hesablanır. Əhalinin hər nəfərinə düşən son istehlak xərclərinin səviyyəsi isə gəlirlərin istifadəsi hesabının məlumatına və əhalinin ortaillik sayına dair məlumata əsasən hesablanır. Əhalinin hər nəfəri hesabı ilə, ev təsərrüfatlarının son istehlak xərclərinin səviyyəsi ev təsərrüfatlarının son istehlakı üçün çəkilən xərclərin ümumi məbləğini əhalinin ortaillik sayına bölməklə hesablanır.

Sosial səmərəlilik öyrənilərkən bir sıra demoqrafik göstəricilərdən: uşaq ölümü əmsalından, əhalinin orta ömür müddəti göstəricilərindən də istifadə olunur.

İqtisadi fəaliyyətin səmərəliliyinə bir sıra amillər təsir göstərir. Bunlara aşağıdakılar daxildir:

1) Ekoloji, iqtisadi və sosial aktivlərin həcmi nöqteyi-nəzərindən, milli iqtisadiyyatın quruluşu;

2) Sosial aktivlərin kəmiyyəti, keyfiyyəti, səmərəliliyini müəyyən edən digər amillər;

3) Maddi və qeyri-maddi aktivlərin kəmiyyət, keyfiyyət tərkibi, texnika və texnologiyanın təkmilləşdirilməsi səviyyəsinin, iqtisadiyyatın daha üstün sahələrinə investisiya qoyuluşlarının həcmi.

Bütövlükdə iqtisadiyyat üzrə istehsalın səmərəliliyinin mütləq dəyişməsini

düsturu ilə müəyyənləşdirmək olar.

Ayrı-ayrı iqtisadi fəaliyyət sahələrində səmərəliliyin səviyyəsinin dəyişməsi

düsturu ilə müəyyənləşdirilə bilər.

İstifadə olunan ehtiyatların tərkibində baş verən dəyişikliklər

düsturu ilə müəyyənləşdirilə bilər.

Burada dp - ayrı-ayrı iqtisadi fəaliyyət sahələrində istifadə olunan ehtiyatların ümumi ehtiyatların tərkibindəki xüsusi çəkisidir.

Ümumi daxili məhsulun (ÜDM) artımı:

ÜDM = ÜDM1 – ÜDM0

düsturu ilə, istehsalın səmərəliliyi göstəricisinin dəyişməsi hesabına



düsturu ilə, istifadə olunan ehtiyatların həcminin dəyişməsi hesabına



düsturu ilə hesablanır.

Burada S0 - əsas dövrdə istehsalın səmərəliliyinin makro göstəricisidir. Ümumi artım ayrı-ayrı amillər hesabına artımların cəminə bərabərdir:

ÜDM = ÜDMS + ÜDME

İqtisadi fəaliyyətin səmərəliliyinin makro göstəricisinin səviyyəsinə və dinamikasına ayrı-ayrı amillərin təsirinin müəyyən edilməsi statistikanın ən mühüm vəzifələrindən biridir. İqtisadi fəaliyyətin səmərəliliyini məsrəf üsulu üzrə hesablanan əks göstəricinin köməyi ilə müəyyənləşdirmək olar:

Burada М - iqtisadi nəticə üçün sərf olunan məsrəflərin ümumi məbləğini;



N - nəticəni (ümumi daxili məhsul - ÜDM və ümumi milli gəlir - ÜMG) göstərir. Əgər nəticə kimi məhsul və xidmətlərin ümumi buraxılışı götürülərsə, səmərəliliyin əks göstəricisi – bir manat məhsula çəkilən xərc olacaqdır. Bu kəsrin surəti məcmu xərcləri ifadə etməklə, aralıq istehlakın, əsas fondların amortizasiyasının və əmək ödənişinin cəmindən ibarət olacaqdır.

M = Aİ + A + ƏÖ

Deməli, iqtisadi fəaliyyətin səmərəliliyinin əks göstəricisini üç nisbi göstəricinin cəmi kimi yazmaq olar:



Burada 1-ci nisbət istehsalın material tutumunu, 2-ci nisbət nəticənin hər vahidinə düşən amortizasiya məbləğini, 3-cü nisbət isə əmək tutumunu səciyyələndirir.

Əgər milli hesabların göstəricilərindən istifadə edilərsə, onda fəaliyyətin makro səviyyədə iqtisadi səmərəlilik əmsalı xalis əlavə dəyərin aralıq istehlakla əsas kapitalın istehlakının cəminə bölünməsi yolu ilə tapılır. Xalis əlavə dəyər ümumi əlavə dəyər ilə əsas kapitalın istehlakı arasındakı fərqdir. 2004–cü il üçün iqtisadi səmərəlilik əmsalı hesablanmışdır (Əlavə 4).
3.4. Makroiqtisadi səviyyədə məhsuldarlıq göstəricilərinin

hesablanması metodologiyası
Makroiqtisadi səviyyədə məhsuldarlıq göstəricilərinin hesablanması, təhlili və məhsuldarlığa təsir edən amillərin aşkar edilməsi iqtisadi siyasətin formalaşdırıl-masında prioritet məsələdir. Məhsuldarlıq göstəricilərinin hesablanması metodu ilk dəfə 1968-ci ildə təsdiq edilmiş MHS göstəricilərinə görə hazırlanmışdır. Lakin həmin metod bəzi ölkələrdə tətbiq edilməmişdir.

İnkişafa elm və texnologiyaların təsirini qiymətləndirmək üçün Avropa İttifaqında beynəlxalq “KLEMS” konsorsiumu yaradılmışdır. Konsorsiumun adı xərc maddələrinin birinci hərfindən götürülmüşdür (“kapital” - K, “əmək” - L, “enerji” - E, “material” - M, “xidmət” - S). Bu konsorsium Avropa ittifaqının müxtəlif ölkələrinin 16 elmi-tədqiqat, analitik və statistik təşkilatlarını birləşdirmişdir. Bu ölkələrin hazırladığı layihə “Avropa İttifaqı üçün məhsuldarlıq və iqtisadi artım hesabları” (EU KLEMS Growth and Productivity Accounts) adlanır.

1.Məhsuldarlıq konsepsiyası (çoxamilli məhsuldarlıq)

1.1. İqtisadi fəaliyyətin səmərəliliyini xarakterizə edən göstərici iqtisadi fəaliyyətin nəticəsi (ümumi əlavə dəyər) və fəaliyyət xərcləri (əmək və kapital, aralıq istehlak xərcləri) əsasında hesablanır.

Əmək xərcləri müzdlu işçilərin, müstəqil məşğul şəxslərin müqayisə və hesabat dövründə işlənmiş saatların miqdarının müqayisə dövründəki orta saatlıq əmək haqqına vurulması yolu ilə tapılır. Əmək xərcləri istehsal sahələri və işçilərin kateqoriyaları üzrə hesablanır. Müstəqil məşğul şəxslər üzrə isə işlənmiş saatlar və orta saatlıq əmək haqqı hesablama yolu ilə tapılır.

Kapital xərcləri dedikdə, müqayisə və hesabat dövründə müqayisə dövrü qiymətində əsas fondların tam bərpa dəyəri başa düşülür.

1.2. Məhsuldarlıq indeksi müqayisə və hesabat dövründə ümumi əlavə dəyər indeksininin kapital və əmək xərcləri indeksinə nisbəti olub, aşağıdakı kimi hesablanır:

P = VA/Fİ = VA/(Lwl+Cwc) (1)

Burada, P - məhsuldarlıq indeksi;

VA - ümumi əlavə dəyər indeksi;

Fİ - əmək və kapitalın məcmu xərcləri indeksi;

L - əmək xərcləri indeksi;

C - kapital xərcləri indeksi;

wl və wc - ümumi əlavə dəyərdə əmək və kapital xərclərinin payıdır.

1.3. Əmək və kapital məhsuldarlığı indeksi ayrı-ayrılıqda aşağıdakı kimi hesablanır:

PL = VA/L (2)

Burada, PL - əmək məhsuldarlığı indeksi;

VA - ümumi əlavə dəyər indeksi;

L - əmək xərcləri indeksidir.

Pc = VA / C (3)

Burada, Pc - kapitalın məhsuldarlığı indeksi;

VA - ümumi əlavə dəyər indeksi;

C - kapital xərcləri indeksidir.

1.4. Sahə səviyyəsində 1-ci formula aşağıdakı iki düsturun hasili kimi göstərilə bilər:

1) məhsul buraxılışı indeksinin əmək və kapital xərcləri indeksinə nisbəti;

P1=O / Fİ (4)

2) ümumi əlavə dəyər indeksinin məhsul buraxılışı indeksinə nisbəti:

P2 = VA / O (5)

Burada, O - məhsul buraxılışı indeksidir.

Bu xüsusi indekslərin hasili məhsuldarlıq indeksinə bərabərdir:

P=P1 x P2=(O/Fİ) x (VA/O)=VA/Fİ (6)

Bu indekslər istehsal texnologiyasının dəyişməsi hesabına sahələr üzrə aralıq istehsal xərclərinin dəyişməsi, yəni məhsul buraxılışında aralıq istehlakın strukturunu və xüsusi çəkisini əks etdirir. Bu indekslərin hesablanması zamanı sahələr üzrə xərclərin (əmək və kapital xərcləri) əmsalları matrisi müqayisə dövründə olduğu kimi qəbul edilir.

1.5. Yuxarıda deyildiyi kimi, məhsuldarlıq göstəriciləri istehsalın nəticəsi kimi ümumi əlavə dəyərə əsasən hesablanır. Bundan başqa, məhsuldarlığı xarakterizə etmək üçün digər göstəricidən-məhsul buraxılışının istehsal xərclərinə (əmək və kapital, aralıq istehlakdan başqa bütün istehsal xərcləri daxil edilir) nisbəti göstəricisindən də istifadə edilir.

1.6. Əlavə 1-də iqtisadiyyatın əsas sahələri, bütov iqtisadiyyat üçün çoxamilli məhsuldarlıq indeksi və bu indekslərə təsir edən göstəricilər (məhsul buraxılışı, əlavə dəyər, əmək və kapital xərcləri) şərti rəqəmlərlə verilmişdir.

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığı xarakterizə edən məlumatlar göstərir ki, müqayisə dövrünə nisbətən bu sahədə məhsul buraxılışı 22,8 %, ümumi əlavə dəyər - 18,7 % artmış, əmək xərcləri 15,5 % azalmış, kapital xərcləri 9,6 % və bir işçiyə kapital xərci 29,7 % (109,6:84,5) artmışdır. Əlavə dəyərdə əmək və kapital xərclərinin xüsusi çəkisi dəyişməmişdir (100,1%). Nəticədə, məhsuldarlıq əlavə dəyər kimi (18,6%) artmışdır. Əmək məhsuldarlığı 40,5 % (118,7:84,5) və kapitalın məhsuldarlığı 8,3 % (118,7:109,6) artmışdır.

Əmək və kapital xərclərinin (məhsul buraxılışı indeksinin əmək və kapital xərcləri indeksinə nisbəti) dəyişməsi 22,7 % (122,8:100,1) olmuşdur. Məhsul buraxılışında aralıq istehlakın xüsusi çəkisi və strukturunun dəyişməsinə səbəb olan istehsal texnologiyasının dəyişməsi (ümumi əlavə dəyər indeksinin məhsul buraxılışı indeksinə nisbəti) 3,3 % (118,7:122,8) olmuşdur.


2. KLEMS layihəsi ilə məhsuldarlığın müəyyən edilməsi.

2.1. KLEMS layihəsi məhsuldarlıq, ona təsir edən amillərin öyrənilməsində yeni metoddur. Bu metod vasitəsi ilə iqtisadi fəaliyyət növləri üzrə məhsuldarlıq öyrənilir, ayrı-ayrı sahələrin makroiqtisadiyyatın məhsuldarlığına təsiri təhlil edilir, məhsuldarlığın hesablanması metodologiyası beynəlxalq standartlara uyğunlaşdırılır, unifikasiya edilir.

2.2. KLEMS layihəsinin tətbiqi üçün ilk növbədə, vahid məlumat bazası yaradılmalıdır. Bu məlumat bazasına aşağıdakı göstəricilər daxildir:

- cari və sabit qiymətlərdə məhsul buraxılışı, aralıq istehlak, ümumi əlavə dəyər göstəriciləri;

- əmək xərcləri göstəriciləri (əməyin kəmiyyət və keyfiyyətini xarakterizə edən);

- kapital hesabları göstəriciləri (iqtisadi fəaliyyət sahələri aktivlərinin növləri üzrə əsas kapitala investisiya, kapital qalığı və kapital xidməti);

- ölkələr üzrə iqtisadi sahələrin məhsul buraxılışı və istehsal xərclərini müqayisə etmək üçün valyutanın alıcılıq qabiliyyəti pariteti.

KLEMS layihəsinin məlumat bazasında AB-ə üzv 25 ölkənin 71 iqtisadi fəaliyyət sahəsi üzrə göstəricilərinin dinamikası mövcuddur və baza qarşılıqlı əlaqəli statistik və analitik moduldan ibarətdir. Statistik modul milli statistika məlumatlarından formalaşır. Bu məlumatlar MHS və Avropa hesabları sisteminə müvafiqdır. Analitik modul məhsuldarlığın hesablanması üçün əsas hesab olunur və yuksək keyfiyyət standartlarına cavab verən məlumatlara malikdir. Bu məlumatlara əsasən, artım tempi hesablanır, beynəlxalq müqayisəlilik, göstəricilərin tam əhatəliliyi təmin edilir.

2.3. KLEMS layihəsinin məlumat bazası unifikasiya edilmiş metodologiya əsasında məhsuldarlıq göstəricilərinin beynəlxalq səviyyədə müqayisəli hesablanması üçün istifadə edilir. Məhsuldarlıq göstəricilərinin hesablanması metodologiyası MHS və Avropa hesablar sisteminə əsaslanır və onun hesablanmasında sahələrarası balansların göstəricilərindən, qiymət indeksindən istifadə edilir.

2.4. Layihənin həyata keçirilməsinin gedişində alınmış məlumatlardan məhsuldarlıq, qiymət, iqtisadiyyatın strukturu və istehsal texnologiyası üzrə göstəricilərin təhlilində, əmək bazarının öyrənilməsi, məşğul əhalinin ixtisas səviyyəsi, texniki tərəqqi və innovasiya sahəsində istifadə edilir.

Məhsuldarlıq artımının müəyyənləşdirilməsi metodologiyası

2.5. KLEMS layihəsində məhsul buraxılışı funksiya, istehsal xərcləri (əmək, kapital və aralıq istehlak) isə arqument kimi götürülür və aşağıdakı düsturla ifadə edilir.

Y=X+L+K (7)

Burada,Y - məhsul buraxılışı;

X - aralıq istehlak (yerli və idxal olunmuş məhsula çəkilmiş xərclər);

L - əmək xərcləri (xidmət dəyəri);

K - kapital xarcləridir (xidmətin dəyəridir).

Məhsul buraxılışı əsas qiymətdə (məhsula bütün vergilər daxil deyil, məhsula subsidiyalar daxildir), aralıq istehlak, istehlak qiymətində (məhsula və ticarət-nəqliyyat əlavəsinə bütün vergilər daxildir və məhsula subsidiyalar daxil deyildir) hesablanır.

2.6. Məhsuldarlığın artımı məhsul buraxılışının fiziki həcm indeksinin də artmasına səbəb olur. Fiziki həcm indeksi vasitəsi ilə məhsul buraxılışına hər bir amilin təsirini hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir.

İFPY= İy-(İXvx + İLvİ + İK v k) (8)

Burada, İFPY-məhsul buraxılışı üzrə məhsuldarlığın artım indeksi;

İy - məhsul buraxılışının fiziki həcm indeksləri;

İXLK - ayrı-ayrı xərc maddələrinin fiziki həcm indeksi;

vx ,vl , v k - məhsul buraxılışının nominal dəyərində ayrı-ayrı xərc

maddələrinin xüsusi çəkisinin son iki illik orta qiyməti.

Xərc maddələri və ya amillərin təsirinə görə məhsul artımını tapmaq üçün 8-ci düsturu aşağıdakı kimi yazaq:

İyXvx + İLvİ + İK v k + İFPY (9)

Amillərə görə məhsul artımı fəaliyyət sahələri üzrə, sahələrarası balans cədvəlləri ilə sahələrdaxili məhsul istehlakını (aralıq istehlak) öyrənmək üçün istifadə edilir.

2.7. İqtisadiyyat və onun sahələrinin məhsul buraxılışı göstəricisinin əvəzinə ümumi əlavə dəyər göstəricisindən istifadə edilir. Bu göstərici əmək və kapital xərclərinin funksiyası adlanır, onun nominal dəyəri bu xərc maddələrinin cəminə bərabər olub, aşağıdakı düsturla ifadə olunur.

V=L+K (10)

Burada,V-ümumi əlavə dəyər;

L-əmək xərcləri;

K-kapital (xidmət) xərcləri.

Bu halda məhsuldarlığın artımı ümumi əlavə dəyərin fiziki həcm indeksi ilə əmək və kapital xərclərinin fiziki həcm indekslərinin fərqinə bərabərdir. Bu fərqi aşağıdakı düsturla ifadə etmək olar:

İFPY= İv-(İLwİ + İK wk) (11)

Burada İFPY - ümumi əlavə dəyər üzrə məhsuldarlığın artım indeksi;

İv - ümumi əlavə dəyərin fiziki həcm indeksi;

İL K - ayrı-ayrı xərc maddələrinin fiziki həcm indeksləri;

wİ ,wk - ümumi əlavə dəyərin nominal qiymətində ayrı-ayrı xərc maddələrinin xüsusi çəkisinin iki il üzrə orta qiymətidir.

Ümumi əlavə dəyər artımının ayrı-ayrı xərc maddələri və məhsuldarlıq üzrə bölüşdürülməsi aşağıdakı kimidir:

İv Lwİ + İK wk+ İFPY (12)

2.8. Ümumi əlavə dəyər üzrə məhsuldarlığın artım indeksini aşağıdakı kimi də ifadə etmək olar.

İFPV= İFPY (V/Y) (13)

2.9. KLEMS layihəsində məhsuldarlığın hesablanması üzrə sahə təsnifatı Avropa Birliyi tərəfindən tövsiyə edilən iqtisadi fəaliyyət növlərinin 2 rəqəmli (60 sahəni əhatə edir) təsnifatıdır. Aşağıdakı tələblər həmin təsnifata bəzi əlavələrin edilməsini nəzərdə tutur:

a) mütəxəssislərin hazırlanması, elmi işləmələrə, kompüter və kommunikasiya texnologiyalarına (avadanlığına) investisiyaları əks etdirən fəaliyyət sahələrinin yaranması;

b) yeni fəaliyyət növlərinin daxil edilməsi;

c) mənzil xidməti fəaliyyət növünün əlavə edilməsi. Məlumdur ki, məskunlaşma xərcləri ümumi xərclərdə əhəmiyyətli yer tutur. Lakin bu xərclərin düzgün uçotu yoxdur.

2.10. Məhsuldarlıq əsasən bütün iqtisadi fəaliyyət sahələri üzrə hesablanır. Lakin onun hesablanması və alınmış nəticələrin izahı (interpetasiyası) zamanı bir çox amilləri nəzərə almaq lazımdır. Kənd, meşə təsərrüfatı və hasilat sənayesi üzrə məlumatların təhlili göstərir ki, məhsuldarlığın hesablanmasnda bu fəaliyyət növü üçün ən vacib amillər - torpaq və yeraltı sərvətlər (ekoloji kapital) nəzərə alınmır. Bu subyektiv səbəbdən kapital gəliri aşağı göstərilir və məhsul artımına kapital amilinin təsiri haqqında məlumat yanlış olur. Hər hansı bir fəaliyyət sahəsində istifadə olunan əsas fondlar başqa fəaliyyət sahəsində təkrar olunur. Məsələn, dövlət mülkiyyətində olan yollar “nəqliyyat” sahəsində istifadə olunur, lakin “idarəetmə” sahəsində uçota alınır. Bir çox sahələrin məhsul buraxılışı (səhiyyə, təhsil, dövlət idarəetməsi, müdafiə, məcburi sosial sığortalama) dövlət idarəetmə sektorunun qeyri-bazar xidmətinə aid edilir. Bu xidmət xərcləri cari xərclərə aid edildiyi üçün məhsuldarlıq düzgün hesablanmır. Belə hallar əhalinin məskunlaşma xidmətinə, muzdlu xidmətdən istifadə edən ev təsərrüfatlarına da aiddir.


Məhsuldarlığın hesablanmasında istifadə olunan göstəricilərin

müəyyənləşdirilməsi metodları və məlumat mənbələri

2.11. Məhsuldarlığın hesablanması üçün lazım olan göstəricilər aşağıdakı qruplara bölünür:

1) milli hesablar sisteminin göstəriciləri:

a) istehsalın nəticəsini xarakterizə edən (məhsul buraxılışı və ümumi əlavə dəyər) göstəricilər;

b) aralıq xərcləri xarakterizə edən (aralıq istehlak) göstəricilər;

2) əmək xərclərini xarakterizə edən göstəricilər;

3) kapital xərclərini xarakterizə edən göstəricilər.
2.12. Milli hesablar sisteminin göstəriciləri

Cədvəl 1

Məhsuldarlığın hesablanması üçün MHS-nin zəruri göstəriciləri






Fiziki həcm indeksi (%-lə)

Mütləq rəqəmlər,

cari qiymətlərdə



Xərc maddələrinin xüsusi çəkisi (cari qiymətlərlə; %-lə)

məhsul buraxılı-şında

aralıq istehlak-da

ümumi əlavə dəyərdə

Məhsul buraxılışı, əsas qiymətlərdə
















Aralıq istehlak, alış qiymətində
















o cümlədən:
















yanacaq-enerji məhsulları
















xammal və material
















Xidmətlər
















Ümumi əlavə dəyər, əsas qiymətlərdə
















o cümlədən:
















əmək xidməti haqqı
















kapital xidməti haqqı















Məhsul buraxılışı, aralıq istehlak və ümumi əlavə dəyər haqqında məlumatların ehtiyatlar və istifadə cədvəllərindən götürülməsi məsləhət görülür. Məhsuldarlığın hesablanması üçün cədvəlin aralıq istehlak və əlavə dəyər məlumatlarından istifadə edilir. Bu məlumatlar cari və müqayisə dövrünün qiymətlərində hesablanır və aşağıdakı cədvəllərin hazırlanmasında istifadə edilir;



  • ehtiyatlar cədvəlləri, əsas qiymətlərdə;

  • ticarət əlavəsi cədvəlləri (pərakəndə və topdan ticarət üçün ayrılıqda);

  • nəqliyyat əlavəsi cədvəlləri (nəqliyyat növləri üzrə);

  • əlavə dəyərdə nəzərdə tutulmayan vergi cədvəlləri;

  • məhsula digər vergilər cədvəlləri (məhsula subsidiyalar çıxılmaqla);

  • ehtiyatlardan istifadə cədvəlləri, əsas qiymətlərlə.

Bu cədvəllərdə məlumatlar yerli və idxal olunan məhsullar üzrə ayrılıqda göstərilir.

2.13. İqtisadi fəaliyyət növləri üzrə məlumatlar olmadıqda, məhsuldarlıq aşağıdakı üsullarla şərti hesablanır:

1) yüksək səviyyəli sahənin məlumatları əlavə mənbələrdən istifadə etməklə sahənin xüsusi çəkisinə vurulur.

2) sahə üzrə çatışmayan məlumatlar ekstrapolyasiya, retropolyasiya və ya interpolyasiya üsulu ilə hesablanır. Bu zaman dəyər indekslərinin (cari qiymətlərdə), fiziki həcm indeksinin (sabit qiymətdə), daha yüksək səviyyənin (qrup sahə) məlumatlarından istifadə edilir. Əgər şərti hesablanmış göstəricilərdə statistik kənarlaşma yaranarsa, onda bu kənarlaşma mütənasib olaraq həmin sahə daxilində bölünür.

2.14. Ayrı-ayrı sahələrin fiziki həcm indeksi Laspeyresin zəncirvari indeksi kimi təyin edilir. Paaşenin zəncirvari indeksi defilyatora müvafiq olur. Fiziki həcm indeksinin hesablanmasında Laspeyresin düsturuna Fişer və Tornkvist düsturuna nisbətən daha çox üstünlük verilir. Çünki bu düstur additivlik prinsipinə cavab verir, ehtiyatlar və istifadə cədvəllərinin tərtibində istifadə edilir. Fiziki həcm indeksinin daha yüksək səviyyədə aqreqasiyası üçün Tornkvist düsturundan istifadə edilir.

Tq = П {(qt/q0)1/2(s0+st)} (14)

Burada,1/2 (s0+st)-fiziki həcm indeksində çəkilərin orta hesabi qiymətidir (dəyər ifadəsində). Bu düstur Laspeyresin indeksi üçün xarakterik olan artma meylini nəzərə alır.

2.15. Məhsul buraxılışında və ümumi əlavə dəyərdə xərc maddələrinin payı cari qiymətlərdə məlumatlara əsasən hesablanır. Onlardan məhsul buraxılışının və ümumi əlavə dəyərin müvafiq artımında xərc maddələrinin fiziki həcm indeksini tapmaq üçün istifadə edilir.

Çəkilərdən istifadə edərkən onların uyğunlaşdırılması tələblərinə riayət etmək lazımdır. Məhsul buraxılışı və aralıq istehlak çəkiləri ümumi əlavə dəyər çəkiləri ilə uyğunlaşmalı, ümumi əlavə dəyərin payı, öz növbəsində, əməyə və kapital haqqı payına uyğunlaşdırılmalıdır.

2.16. Aralıq istehlakın məhsul növləri üzrə qruplaşdırılması ehtiyatlar və istifadə cədvəlinin məlumatları əsasında aşağıdakı şəkildə yerinə yetirilir:

Yanacaq-enerji məhsullarına yanacaq-enerji hasilatı (10-12 növlü iqtisadi fəaliyyət), neft emalı sənayesi (23), elektrik enerjisi və qaz istehsalı (40) sahələrinin məhsulları aid edilir. Xidmətə İFNT-in 50-99 kodlu fəaliyyətin məhsulları aid edilir. Digər sahələrin məhsulları xammal və yanacağa aid edilir.

2.17. Əmək (xidmətlərinin) ödənilməsinə aiddir:

- muzdlu işçilərin əməyinin ödənilməsi;

- müstəqil məşğul şəxslərin ümumi qarışıq gəlirinin bir hissəsi;

- istehsala digər vergilərin bir hissəsi.

Müstəqil məşğul şəxslərin ümumi qarışıq gəlirinin bir hissəsi hesablama yolu ilə tapılır. Bu zaman işləyənlərin sayı, muzdlu işçilərin fəaliyyət növü üzrə orta əmək haqqı əsas götürülür. Fəaliyyət sahəsi üzrə müzdlu işçılərin əmək haqqı ilə müstəqil məşğul şəxslərin əmək haqqı müqayisə olunur.

İstehsala digər vergilərin bir hissəsi, yəni əmək xidməti haqqına daxil olan vergilərə, həmçinin hər hansı bir mütəxəssis fəaliyyətinin, yaxud fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ödədiyi lisenziya aiddir. Fəaliyyət növü üzrə belə məlumatlar olmadıqda, istehsala digər vergilər kapital xidməti xərclərinə aid edilir.

Kapital xidməti xərclərini tapmaq üçün ümumi əlavə dəyərdən əmək xidməti dəyərini çıxmaq lazımdır.





1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə