2. Borun ikinci postulatı. Elektron stasionar orbitlərdə fırlanan zaman enerji şüalandırmır. O, yalnız bir stasionar haldan digərinə keçdikdə ya enerji şüalandırır, ya da udur. Enerjinin dəyişməsi kvantlarla baş verir və orbitlərin enerji fərqinə bərabər olur. Nüvədən daha uzaq kvant səviyyəsinin enerjisi E2, nüvəyə yaxın yerləşən səviyyəninki isə E1 ilə göstərilir.
𝞓 E = E2 – E1 = hv
Burada: E1 və E2 – elektronun müvafiq kvant səviyyələrində kinetik və potensial enerjilərinin cəmini göstərir: E = Ek + Ep
Ek = ½ mv2 ; Ep = e2/r2; Ep = - mv2
E = ½ mv2 + e2 / r2
E = ½mv2 – mv2 = - ½ mv
BİLET-26
1.ATOMUN QURULUŞU HAQQINDA BORUN I II POSTULATLARI
Planetar modelin ziddiyətlərini aradan qaldırmaq üçün N.Bor hidrogen atomunun quruluşu haqqında nəzəriyyə irəli sürmüşdür. Bu nəzəriyyə atomun planetar modelinə, Plankın şüalanmanın kvant nəzəriyyəsinə və atom spektrlərinə əsaslanır.
Atom quruluşunun öyrənulməsində onun spektrlərinin mühüm əhəmiyyəti vardır. Təcrübədən müəyyən olunmuşdur ki, atom spektrləri arasıkəsilməz, bütöv olmayıb, ayrı-ayrı xətlərdən ibarətdir. Bütün bunları nəzərə alaraq, Bor atomun elektron quruluşu haqqında iki
postulat vermişdir:
Dostları ilə paylaş: |