1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


İslam dinində əxlaqi təlimin mahiyyəti



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#109305
1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf (2)

 


5.İslam dinində əxlaqi təlimin mahiyyəti 
 
İslam dini barış dini hesab olunur. Dilimizin mövqeyi belədir: “Bədən həbs edilə 
bilər, amma ruh azaddır”. 
Dünyanın bir çox dərin təfəkkür, zəka sahibləri, hətta xristian dininə mənsub 
mütəfəkkirlər islamın xristian dinindən daha mütərəqqi olduğu qənaətinə 
gəlmişdilər. 
İslam dini elmin bir çox sahələrini – fəlsəfə, siyasət, hüquq, məntiq və s. 
birləşdirir. İslam dininin özüllərinin, xüsusiyyəti də “Qurani – Kərim” və 
peyğəmbərimiz həzrəti Məhəmmədin hədislərinin zəngin tərbiyəedici imkanları 
vardır. O, həyatda yaxşı işlər görməyi, xoş əməllər etməyi tələb edirdi.
Bu bir həqiqətdir ki, əməli saleh adamların oturuşu – duruşu da yaxşı olur, onlar 
pis əməllərə meyl etmirlər. Nəticədə ailədə, iş yerində, cəmiyyətdə nüfuz 
qazanırlar. 
Quranda ailənin dağılmasına pis hal kimi baxılır. Nikahın pozulması xatirinə 
kişilərə öz fikrindən daşınmaq tövsiyə olunur. 
Quran insanların hərəkətini vəziyyətə, konkret şəraitə görə qiymətləndirməyi və 
bunlara müvafiq tədbir görməyi tövsiyə edir. Belə ki, borc almış şəxsi 
darıxdırmaq məsləhət bilinmir.
Məhəmməd Peyğəmbərin hədislərinin tərbiyəedici imkanları da genişdir. Həzrəti 
Məhəmməd əleyhissalam, hər şeydən əvvəl beşikdən qəbrədək elm öyrənməyi 
tövsiyə edirdi. Alimlər cəmiyyətimizin hazırkı mərhələsində həmin fikri müdafiə 
edirlər. Peyğəmbər elmə yiyələnməyi istər kişi, istərsə də qadın üçün vacib 
sayırdı. Özü də Peyğəmbər avam, savadsız və cahil mollaların dediyinin əksinə 
olaraq elmi ibadətdən üstün tutur və deyirdi: Bir saat elm öyrənmək 60 illik 
ibadətdən xeyirlidir. Peyğəmbər təhsilə kiçik yaşlardan başlamağı düzgün hesab 
edir, uşaqlıqdan öyrənilən elmi daş üstündə yazıya, müəyyən yaş həddinə 
çatdıqdan sonra öyrənilən isə su üstündə yazıya bənzədirdi. Bunu belə anlamaq 
olar ki, daş üstündə yazı pozulmazdır, su üzərində isə tez bir zamanda çəkilib 
gedir. 
İnsanın təşəkkül tapıb formalaşmasından danışarkən peyğəmbər tərbiyəyə birinci 
dərəcəli əhəmiyyət verirdi. “Heç bir ata öz övladına gözəl tərbiyədən qiymətli 
hədiyyə verə bilməz” O, valideynlərə və böyüklərə hörmət etməyi yüksək 
qiymətləndirirdi.
Bütün bunlarla yanaşı, gənclərə vaxtında ailə qurmaq, böyüyün – kiçiyin yerini 
bilmək, xüsusilə qız uşaqlarının tərbiyəsi qayğısına qalmaq tövsiyə edirdi. 
Hədislərdə həyalı və namuslu olmaq mühüm mənəvi keyfiyyət kimi irəli sürülür. 
Bunun səbəbi isə belə aydınlaşdırılır: Həyalı və namuslu olun ki, qadınlarınız da 
həyalı olsun.
Buradan belə nəticə çıxır ki, bəzən qadının həyatda, məişətdə özünü necə 
aparması kişidən çox asılıdır.


Məhəmməd peyğəmbər gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd – 
nəsihətlərini eşitməyə çağırırdı. Həqiqətən, böyüklərin məsləhəti ilə iş görmək 
adamı xoşbəxtliyə çağırar. 
Savab işdən söz açılarkən ehtiram və qohumlara mərhəmət göstərilməsi, şər əməl 
kimi zülm və qohumluq tellərinin qırılması xatırladılır. Peyğəmbər qohumluğu 
yaxın adamlar arasında sevgi və uzun ömür sayırdı. 
Hədislərdə insanları incidən onları əzab - əziyyət və iztirab çəkməyə vadar edən 
şəxslər pislənir və belələrinin əvvəl – axır öz cəzalarına çatacaqları göstərilir. 
Peyğəmbər fikri – zikri sərvət toplamaq olan şəxsləri tənqid atəşinə tutur, onları 
ağılsız hesab edir. Ölüm haqdır. İnsan dünyadan köçəndə özü ilə heç nə aparmır.
Məhəmməd peyğmbər tamahkar, gözü onun – bunun əlində olan, tənbəl və 
yatağan, arsız və düşük şəxsləri lənətlə damğalayırdı. Bunun əsası vardı. Axı belə 
bir adamdan xeyirdən çox ziyan dəyər. Onlar ailənin də, cəmiyyətin də boynunda 
yükdür. Ona görə də peyğəmbər mənəviyyatı məhv edən mühitdən narahatlıqla 
söz açırdı.
Həzrəti Məhəmməd insanlarda vətənpərvərlik hissini yüksək qiymətləndirirdi. 
Həm də vətənə sevgini sözdə deyil, əməldə görürdü.
Hədislərdə qonşuluq münasibətlərinə də toxunulur, qonşunun xeyir – şərindən 
vaxtında xəbər tutmağın, qonşu ilə mehriban dolanmağın zəruriliyindən söz 
açırdı. 
Peyğəmbər həsəd, paxıllıq haqqında dediyi sözlərdə maraq doğurur. “Od ağacı 
yandırıb yediyi kimi, həsəd də yaxşılığı yeyər”. 
Həzrəti Məhəmməd mərhəmət və yaxşılıq haqqında söz açarkən məzlumlara əl 
tutmağın vacibliyini göstərir. Qeyd edir ki, Allahın ən çox sevdiyi ev yetimə 
hörmət bəslənilən evdir. Həmçinin belə bir ideya irəli sürülür ki, mərhəmət edənə 
Allah da mərhəmət edər. 
Peyğəmbərimiz mənəviyyat, davranış, rəftar və ədəb qaydalarına xüsusi diqqət 
yetirirdi. 
O, insanlara tədbirli olmağı, bir iş görmək istəyəndə həmin işin nəticəsini 
düşünməyi məsləhət bilirdi. O, vətənpərvərliyi xüsusilə yüksək qiymətləndirirdi. 
Məlum olduğu kimi, şəxsiyyətin təşəkkül tapıb formalaşmasında irsiyyətin, 
tərbiyənin və sosial mühitin rolu böyükdür. Alimlər neçə əsrlərdir ki, bu üç 
amildən birinə üstünlük verirlər. Bu məsələyə Həzrəti Əli də öz münasibətini 
bildirmişdir. O, hər üç amilin rolunu yüksək qiymətləndirirdi. Əsrlər keçmiş, 
bəşəriyyətin tarixində köklü dəyişikliklər olmuşdur. Əxlaq inkişaf etmiş, forma 
və məzmunca dəyişmişdir. Hər dövrün öz hökmü vardır. Təlim – tərbiyəyə də 
yeni nəzərlərlə baxılır. Lakin ötən əsrlərdə Məhəmməd peyğəmbərin, Həzrəti 
Əlinin tərbiyəvi fikirlərinin önəmi heç də azalmamışdır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin