1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


Nəsrəddin Tusinin əxlaqi görüşləri



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#109305
1   ...   5   6   7   8   9   10   11   12   13
milli exlaq 60s pdf (2)

 
8.Nəsrəddin Tusinin əxlaqi görüşləri 
 
N.Tusinin əxlaqi görüşləri, əsasən, “Əxlaqi – Nasir” əsərində cəmlənmişdir. Bu 
kitabda diqqət yetirilən başlıca məsələlərdən biri əxlaqın saflaşdırılmasıdır. Tusi 
əxlaqın saflaşdırılması problemini araşdırarkən, xüsusən nəfsin üzərindədayanır. 
O, şəxsiyyətin düzgün tərbiyə olunması və kamilliyə çatması üçün ilk növbədə 
onun nəfsi üzərində iş aparılmasını məsləhət bilirdi. Tusi nəfsin 3 növünü 
fərqləndirirdi: nəbati, heyvani və insani. İnsani nəfsdən danışarkən Tusi yazırdı: 
“İnsani nəfs o nəfsdirki, insanın iradəsindən asılı olan yaxşı və təriflənən, 
pislənən işlərin hamısı onunla əlaqədardır”. 
Böyük alim insani nəfsin sağlamlığına nail olmaq üçün düzgün üsullar 
müəyyənləşdirməyi vacib sayırdı. Tusi öz dövründə yayılmış belə bir fikri təsdiq 
edirdi ki, “Nəfs elə şeydi ki, onu öz başına buraxsan, alçaqlığa meyil göstərib 
bataqlığa batar, cilovlayıb istiqamət versən kamala çatar”. 
O, əməli – qüvvə kamilliyindən danışarkən göstərirdi ki, insan öz imkan və 
fəaliyyətini nizama salıb elə uyğunlaşdırmalıdır ki, onlar bir – birinə mane 
olmayıb, əksinə, bir – birini tamamlasınlar, belə halda əxlaq xoşagələn şəkildə 
tərbiyələnər.
Tusi göstərirdi ki, insanın özünə aid elə xüsusiyyəti vardır ki, o bunun vasitəsilə 
başqa varlıqlardan ayrılır. Lakin onun heç kəslə şərik olmayan bir xüsusiyyəti var 
ki, o da mənalı nitqdir. Ona görə də insana “Natiq” də deyirlər. Tusinin düzgün 
qənaətinə görə, insanın fəzilətləri o zaman daxili qüvvədən əyani fəaliyyətə 
çevrilə bilər ki, o, nəfsini belə rəzalətdən təmiz saxlaya bilsin. 
Tusiyə görə, insanların ömürlərinin lap ilk çağlarından ata – ana tərbiyəsinə, sonra 
şəriət qayda – qanunlarına, daha sonra əxlaq və əqidənin saflaşdırılmasına 
ehtiyacı vardır. Əgər təbiətləri nəsihət qəbul edib, himətə çatsa, onlar da yüksəlib 
səadətə çatmış olarlar. 
Tusi, bəzi alimlərdən fərqli olaraq, irsiyyətinrolunun həddindən artıq şişirdilməsinə 
tərəfdar çıxmır, insanın inkişafında irsiyyətin həlledici yer tutması fikri ilə 
razılaşmırdı. Ona görə davranış əxlaqın göstəricisidir.
O, uşaqların tərbiyəsi, o cümlədən əxlaq tərbiyəsi üzrə işin heç də asan başa 
gəlmədiyini uşaqların bəzilərinin tərbiyəvi təsirləri tez, bəzilərinin gec qəbul 
etdiyini göstərirdi.
Tusinin əxlaqi görüşlərində insana böyük qiymət verilir. O, insanı bu dünyadakı 
mövcudluğun ən şərəflisi, eyni zamanda insanı kamilliyə çatdırmaq məqsədi 
daşıyan sənəti dünya sənətlərinin ən şərəflisi adlandırırdı. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin