1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


-12..Azərbaycan ailəsi. Ailənin funksiyaları, tipləri və quruluşu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#109305
1   ...   5   6   7   8   9   10   11   12   13
milli exlaq 60s pdf (2)

11-12..Azərbaycan ailəsi. Ailənin funksiyaları, tipləri və quruluşu. 
Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati 
zərurətdir. Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar. Siz artıq 
bilirsiniz ki, nigaha daxil olmaq üçün yetkinlik yaşına çatmaq, müəyyən 
ümumtəhsil və peşə səviyyəsi, seçdiyiniz şəxslə özünüz arasında ər-arvadləq və 
ailə borcu kimi məsələlərdə yekdil fikrin mövcudluğu, etik-psixoloji mədəniyyətə 
yiyələnmə, evdarlıq qabliyyətinin, ailənin müstəqil maddi həyatını qurmaq üçün 
kifayət qədər hazırlığın olması, tərbiyə etməyi bacarmaq və s. lazımdır. 
Ailə - nigah, yaxud qan qohumluğna əsaslanan kiçik qrupdur. Ailə üzvləri bir-
birinə məişət birliyi, mənəvi cavabdehlik və qarşılıqlı köməklə bağlıdır. 
Ailə yaxın qohumların (kişi və qadının, valideyinlərin və uşaqların və s.) 
birlikdə yaşadıqlaı qrupdur. Lakin buna adi qrup kimi baxmaq doğru deyildir.O, 
kiçik sosial qrupdur və cəmiyyətin ilkin özəyidir. 
Ailənin bir sra tarixi formaları (“Punaula” ailəsi, ikili ailə və monoqam ailə) 
mövcud olmuşdur. Ölkəmiz, o cümlədən dünyanın əksər ölkələri üçün monoqam 
(təknigahlıq) ailə forması səciyyəvidir. Cəmiyyətimizdə monoqam ailə ər-arvadın 
qarşılıqlı məhəbbətinə, hörmətinə, səmimiyyətinə onların bir-biri, eləcədə uşaqlar 
qarşısında borc daşımasına əsaslanır. 
Ailənin özünəməxsus funksiyaları vardır. Funksiya (funtio-latın sözüdür) 
mənası icra, fəaliyyət deməkdir. Ailənin funksiyaları dedikdə onun həyat 
fəaliyyətinin başlıca istiqamətləri nəzərdə tutulur. Bu baxımdan onun aşağıdakı 
funksiyalarını fərqləndirmək olar: reproduktiv, təsərrüfat-iqtisadi, tərbiyə, 
bərpaedici və s. 
Ailənin funksiyaları qarşılıqlı əlaqədədir. Onlar, hər şeydən əvvəl ailənin 
sosial mahiyyətini əks etdirir. Ailə cəmiyyətin sosial əsasıdır. O öz üzvlərinin 
müxtəlif tələbatı (şəxsi və ümumailə, yəni qrup) ilə yanaşı cəmiyyətin bir sıra 
mühüm tələbatını- əhali artımı tələbatını yerinə yetirir. Bu isə ictimai tələbatdır. 
Ailənin funksiyaları məhz buradan irəli gəlir. Ailənin funksiyaları ictimai-tarixi 
xarakter daşıyır. 
Ailənin reproduktiv funksiyası onun həyatının mühüm bir sahəsini- uşaqların 
doğulması sahəsini əhatə edir. Valideynlər neçə uşaq istəyirlər? Onlar ailənin 
inkişafını necə planlaşdırırlar? Bu suallar ilk baxışda nə qədər sadə görünsə də, 
ailənin reproduktiv funksiyasının məzmununu əsasən aydın ifadə edir. Ailədə 
uşaqların sayı onun həyat tərzinin mühüm göstəricisidir. Ailənin inkişafı da 
uşaqların dünyaya gəlməsi ilə bilavasitə bağlıdır. 


Ailənin digər funksiyası təsərrüfat-iqtisadi funksiyadır. Bu funksiya ailənin 
mövcud olması üçün maddi şəraitin təmin edilməsi, ailə üzvlərinin maddi və bir 
çox başqa tələbatlarının ödənilməsi, ev təsərrüfatı ilə məşğul olmaq, ailə 
büdcəsinin qaydaya salınması, ailənin idarə olunması, ailə üzvlərinin sağlam və 
gümrah olmalarına qarşılıqlı köməyin göstərilməsin kimi əsas cəhətləri özündə 
birləşdirir. 
Ailənin tərbiyəvi funksiyası olduqca mühümdür. Ailədə həm yaşlılar, həm də 
uşaqlar tərbiyə olunurlar. Ailənin gənc nəslin tərbiyəsinə təsiri xüsusilə böyük rola 
malikdir. Ona görə də ailənin tərbiyəvi funksiyası üç cəhətlə bağlıdır: a) tərbiyənin 
ailənin yaşlı üzvlərinə verilməsi; b) ailə kollektivinin özünün ailənin hər bir üzvünə 
uzunmüddətli, məqsədyönlü, sistemli və müntəzəm tərbiyəvi təsiri; c) uşaqların öz 
valideynlərinə daimi təsiri. Bu, valideynlərin özünütərbiyə ilə fəal surətdə məşğul 
olmalarına şərait yaradır. Ailə hər bir insan üçün sağlamlaşdırıcı, psixoterapevtik 
mühitdir. Ailənin bərpaedici funksiyası bu cəhəti nəzərə alır. Biz öz dərd-sərimizi 
ailədə yaddan çıxarırıq. İşdə, iclaslarda nə qədər yorulsaq belə, evə gələn kimi, 
uşaqlarımız üstümüzə qaçıb qucağımıza atılan kimi, yaxud qızımızın, oğlumuzun 
uğurlarını eşidən kimi könlümüz açılır, gözlərimizdə dünyanın mənası dəyişir, 
nikbin ruh bizi bürüyür. Həyat yoldaşımızın qulluğumuzda durması, sevinc və xoş 
sözlərlə bizi dindirməsi bizə xoş ovqat bəxş edir, istər-istəməz düşünürük: həyat, 
sən necə də gözəlsən! 
Ailənin sadə və mürəkkəb olmaqla iki başlıca tipi vardır. Demoqrafların 
qənaətincə, hazırda ən geniş yayılmış ailə tipi nuklear ailə sayılır. 
Nuklear ailə sadə ailədir. Nuklear latınca nus-leus nüvə deməkdir. O, iki 
nəsildən – ata-ana və uşaqlardan ibarət olur. Əgər uşaqlardan hər hansı biri 
evlənirsə (ərə gedirsə) və valideynləri ilə birlikdə yaşayırsa, bu vaxt ailənin tipi 
dəyişir, nuklear ailə mürəkkəb ailəyə çevrilir. 
Mürəkkəb ailə üç və yaxud daha çox nəsildən - baba-nənə, ata-ana və 
uşaqlardan ibarətdir. 
.Ailədə tərbiyənin prinsip və metodlarından istifadə. 
Tərbiyənin prinsiplərindən istifadə. Valideyn ailədə uşaqlarını tərbiyə edərkən 
bəzi prinsipləri əsas tutmalıdır. Qısaca bu prinsiplərə diqqət yetirək. Uşaqların yaş, 
cinsi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması prinsipi. Bəzi valideynlər uşağın 
hansı yaşda olduğuna fikir vermir, kiçiyə də, böyüyə də eyni tələbkarlıqla 
yanaşırlar. Əgər uşaqlar evdə səs salır, heç cür sakitləşmirlərsə, ata, yaxud ana 
mübahisəni kəsmək üçün onların hər birinə eyni tərzdə acıqlanır. Bu ciddilik 


uşaqların hər birinə müxtəlif cür təsir göstərir.Böyük yaşlı uşaqlar bu münasibəti 
yüngül qarşılayır, kiçik yaşlılar özlərini yığışdırır, balacalar isə ağlamsınıb dururlar. 
Lakin əslində belə olmamalıdır. 
Uşaqla aparılan tərbiyə işləri müvəffəqiyyətli olsun deyə biz onun yaş, cinsi 
və psixoloji xüsusiyyətlərini nəzərə almalıyıq.
Kiçik yaşlı uşaqlar daha oynaq və mütəhərrikdirlər, atılıb-düşməyi, səs 
salmağı, hay-küylə oynamağı, nadinclik etməyi xoşlayırlar. Bu onların yaş 
xüsusiyyətlərini səciyyələndirən cəhətlərdəndir. 
Ailə tərbiyəsində temperament tipləri də nəzərə alınmalıdır. Bu 
temperament tipindən asılı olaraq, hər bir oğlan və qıza necə yanaşmaq, onun 
hisslərini düzgün qiymətləndirmək asanlaşır. 
Psixoloqlar temperamentin tiplərini belə səciyyələndirmişlər:
Sanqvinik - qüvvətli və müvazinətli, yəni canlı, diribaş, zirək insan tipi. 
Fleqmatik - ədalətli, sakit, ağır davranışlı insan tipi. 
Xolerik – qüvvətli və müvazinətsiz, yəni hövsələsiz, coşğun təbiətli insan tipi. 
Melanxolik – olduqca fağır, sakit, zəif, lakin həssas insan tipi. 
Valideyn ailədə öz övladları ilə tərbiyə işi apararkən həmin temperament 
tiplərinə uyğun şəkildə hərəkət etməlidir. Belə ki, əgər uşaq melanxolikdirsə, 
diqqətsizlik edib onun üstünə qışqırmaq olmaz. Əks təqdirdə o çaşa bilər və 
əlindəki balta ayağının üstünə düşər.
Tərbiyədə fərdi yanaşma prinsipi. Ailədə tərbiyə vasitələri seçərkən uşağın 
fərdi xüsusiyyətlərini də nəzərə almaq lazım gəlir. Bəzi şəxslər fərdi yanaşma və 
fərdi tərbiyəni bir-biri ilə eyniləşdirirlər, halbuki onlar arasında fərq vardır. Fərdi 
tərbiyə uşağı təklikdə tərbiyə etməyi nəzərdə tutur, fərdi yanaşma isə, uşağın fərdi 
xüsusiyyətlərini nəzərə almağı tələb edir. 
Hörmət və tələbkarlıq prinsipi. Uşaq istər balaca, istərsə də böyük olsun, hər 
halda valideyn ona hörmət etməli, onun şəxsiyyəti ilə hesablaşmalıdır. Bəzi ata-
analar övladlarına yalnız tələbkarlıq göstərir, onlara hörmətlə yanaşmağın lazım 
gəldiyini unudurlar. Uşaq nə qədər nadinc və sözəbaxmaz, davakar və kobud olsa 
belə, valideyn onunla mərifətli, nəzakətli və mədəni davranmalı, pedaqoji etikanın 
tələblərini pozmamalıdır. 
Tərbiyəvi təsirlərdə vahidliyin gözlənilməsi prinsipi. Bir çox hallarda ailə 
üzvləri bu prinsipə əməl etmirlər. Ata tərəfindən uşağa verilən tapşırıq, yaxud cəza 
sonradan ana tərəfindən ləğv edilir. Belə hallara yol vermək olmaz. 


Sistemlilik və ardıcıllıq prinsipi. Ailədə tərbiyə işləri müəyyən sistem və 
ardıcıllıqla aparılmalıdır. Bu işlə hər gün, hər saat, hər an, müntəzəm şəkildə 
məşğul olmalıyıq. Sistemsizlik, nəzarətsizlik tərbiyənin uğurla aparılmasına 
maneçilik törədir. Sistemlilik o deməkdir ki, həyata keçirilən hər hansı bir tədbir 
bir-birini tamamlasın, tərbiyəvi təsirlər zamanı vahidlik gözlənilsin. 
Tərbiyədə alışdırma metodunun rolu da böyükdür. Həmin metod uşaq və 
yaniyetmələrin cəmiyyətin nəzərində pis sayılan hərəkətlərini dayandırmağı və 
davranış normasına uyğun olan hərəkəti əməli surətdə onlara təkrar etməyi 
nəzərdə tutur. Alışdırma həm adətlərin yaradılmasına, həm də iradənin təmin 
olunmasına xidmət göstərir. 
Tərbiyədə rəğbətləndirmə və cəzalandırma metodları da çox böyük təsir 
qüvvəsinə malikdir. Məktəbdə olduğu kimi, ailədə də uşağın davranışına qiymət 
verilməli, müsbət hallar müşahidə edildikdə o həvəsləndirilməli, mənfi hallara yol 
verildikdə müvafiq cəza ilə ona təsir göstərilməlidir. 
Tərbiyəçinin şəxsi nümunəsi metodu. Tərbiyəçi özü təqlid olunmağa 
layiqdirsə, təbii ki, onun sözü eşidiləcək, uşaqlar ona rəğbət bəsləyəcəklər. Əgər 
ata ailəyə qayğı göstərirsə, həyat yoldaşının, uşaqlarının rifahına, rahatlığına, 
istirahətinə biganə deyilsə, üstəlik özünü cəmiyyətdə, iş yerində, məhəllədə, 
qohumlar arasında etiketin tələblərinə uyğun aparsa, oğluna, qızına müsbət 
nümunə göstərməyə qadirdir. Eyni sözləri anaya da aid etmək olar. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin