1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


Azərbaycan şifahi xalq ədəbiyyatında milli mənəviyyatın dəyərləri



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#109305
1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf (2)

 
3.Azərbaycan şifahi xalq ədəbiyyatında milli mənəviyyatın dəyərləri 
Azərbaycan şifahi xalq yaradıcılığının tarixi min illəri əhatə edir. Xalqın istək və 
arzuları, gələcəyə ümidləri, sevinc və kədəri, mübarizə əzmi, müdrikliyi, təbiət və 
cəmiyyət hadisələrinə münasibətləri bu nümunələrdə özünün dolğun ifadəsini 
tapmışdır. 
Kamil şəxsiyyət, nümunəvi davranış və əxlaq, böyüyə hörmət, insanlar üçün vacib 
bilinən mənəvi keyfiyyətlər, milli dəyərlər, əməyə bağlılıq, şərəf, ləyaqət, ədalət və 
s. xalq yaradıcılığı materiallarının başlıca mövzusu olmuşdur.
Həmin nümunələr, ata – babalarımızın müdrik kəlamları, atalar sözləri, nağıl, 
rəvayət, əfsanə, mif, əsatir, bayatılar və s. əsrləri adlayaraq bu günümüzə gəlib 
çatmışdır. Tarixən mövcud olmuş, qorunub saxlanmış qədim adət - ənənələrimiz 
haqqında da həmin nümunələrdən maraqlı məlumatlar əldə edirik.
Şifahi xalq yaradıcılığına başqa sözlə, folklor da deyilir. Folklor ingilis dilində 
“xalq hikməti” deməkdir. Bu hikmət və müdriklik xəzinəsindəki dəyərlər, tərbiyəvi 
fikirlər neçə - neçə gəncin təşəkkül tapıb formalaşmasına təsir göstərmişdir. 
Şifahi xalq yaradıcılığı xalqın təfəkkürünün məhsulu olduğundan ona xalq 
ədəbiyyatı da deyilir.
Xalq öz yaradıcılığında çox müxtəlif və rəngarəng növlərə müraciət etmişdir. Ata – 
babalarımızın müəyyən hadisəni, bu və ya digər hərəkəti, əməli, davranışı və rəftar 
tərzini, insanlar arasındakı münasibətləri nəzərdə tutaraq müvafiq fikirlər 
söyləmişlər.
Tarixən sınaqlardan keçərək gəlib bu günümüzə çatan atalar sözləri öz həqiqətini, 
doğruluğunu özündə saxlayır. Ata – babalarımız dediyi bu və ya digər sözü, fikri, 
özünün təcrubəsində, başqalarının həyatında dəfələrlə sınaqdan keçirdikindən, 
ölçüb – biçdikdən sonra meydana çıxarıb. İnsan bu və ya digər vəziyyətə düşəndə, 
çətinlik çəkəndə, uğur qazananda hər hansı atalar sözü xatırlana, yaxud bu və ya 
digər fəaliyyəti həyata keçirmək istəyəndə atalar sözü köməyinə gəlir. 
Hər hansı bir cisim, təzahür çox müxtəlif xüsusiyyətlərin məcmusudur. Odur ki, 
özünün müxtəlif, rəngarəng tərəfləri ilə faydalı olur. Bu faydalılıq onun dəyəridir. 
O, pedaqoji ədəbiyyatda pedaqoji dəyərlər, sosial, qrup və şəxsiyyət dəyərləri kimi 
təsnif edilir. Şəxsiyyət dəyərlərinə dəyərlər, keyfiyyətləri aid edilir. Tərbiyə də 
dəyərdir. Milli tərbiyədən danışanda milli – mənəvi dəyərlərə diqqət yetirmək 
lazım gəlir. Xalq müdrikliyi əsasında folklor nümunələrimizin tərbiyəedici 
imkanları əsasında tərbiyə alan nəsillər öz uşaqlarını da xalq müdriklərinə istinad 
etməklə böyüdüb, yetişdirəcəklər.


Milli – mənəvi dəyərlərimiz arasında, böyüyə hörmət xüsusi yer tutur. Tarixən 
xalqımız da, kiçiklər yaşca özlərindən böyüklərə, yaşlı adamlara, qocalara, böyük 
bacı – qardaşlarına, valideynlərinə, qonşulara hörmətlə yanaşmış, onların üzünə ağ 
olmamış, yolunu saxlamış, məsləhətlərini dinləmişlər. 
Atalar sözləri və məsəllərimizdə deyilir:
“Böyüyə hörmət elə, sən də böyüyəcəksən”. 
“Böyük danışanı kiçik götürər”. 
“Böyüyün üzünə ağ olanı torpaq götürməz”. 
“Böyüksüz evdə bərəkət olmaz”. 
Vətən sevgisi milli – mənəvi dəyərlərdəndir ki, onun əsasında da vətənpərvərlik 
hissi durur. Vətənpərvərlik hissi hər bir şəxsə xas olmalıdır. Bu hiss lap körpə 
yaşlarından uşaqlara təlqin edilməlidir. Həm də Vətəni sözdə sevmək azdır, 
özünün hərəkəti, təəssübkeşliyi, dövlət rəmzlərimizi, torpağımızı, maddi və mənəvi 
sərvətlərimizi, xalqımızı, dövlət başçılarımızı, tarixi və mədəniyyət abidələrimizi 
sevmək, onlara görə iftixar və qürür hissi keçirmək, ölkəmizin tərəqqisi, 
çiçəklənməsi və möhkəmlənməsi, Azərbaycanı dünyada tanıtmaq və şərəflə, 
ləyaqətlə təmsil etmək, vətənimizi hər cür təcavüzdən qorumaq lazımdır.
Atalarımız demişlər: 
“Vətənin yüz bir qışı, qürbətin yüz baharından yaxşıdır”. 
“Doğma yurd şirin olar”. 
“Vətənsiz vətəndaş olmaz”. 
“Qürbət yer cənnət olsa, yenə vətən yaxşıdır”. 
Ailəyə bağlılıq, qadının sədaqəti, kişi qeyrəti, qadın isməti, ailənin şərəfini 
qorumaq milli – mənəvi dəyərlər arasında xüsusi yer tutur. Şifahi xalq 
yaradıcılığında da bu məsələlərə geniş yer ayrılmışdır: 
“Arvadın isməti, ərin izzəti”. 
“Varını itirən az şey itirər, namusunu itirən çox şey”. 
“Ağıllı gəlinin ailədə üzü ağ olar”. 
“Ailədə yanılmaq yamanlıq gətirər”. 
Şifahi xalq yaradıcılığında nəsihətlərin də öz yeri vardır. Ləyaqət, ismət, namus, 
ailə şərəfi kimi milli – mənəvi dəyərlərimiz nəsihətlərdə özünün geniş əksini 
tapmışdır. 


Diqqət yetirək: “Qeyrətsiz, namussuz yaşamaqdansa ölmək yaxşıdır”. “Ev 
düşmənindən qorx və ehtiyatlı ol”.
Əxlaq tərbiyəsi, uşaqların tərbiyə məsələləri şifahi xalq yaradıcılığında diqqət 
yetirilən məsələlərdən biridir. “Ata evin tərbiyə ocağıdır” atalar sözü deyilən 
sübutdur. Ata – babalarımız tərbiyəçinin şəxsiyyətinə yüksək qiymət verir. Uşağın 
tərbiyəvi təsirlərə laqeyd qalmaması üçün tərbiyəçinin, valideynin sözü də, 
əməlinin vəhdət təşkil etməsi, onun şəxsi nümunə göstərməsi tələb olunur. 
“Uşaq gördüyünü götürər”. 
“Ana qızına taxt verər, ata oğluna baxt”. 
“Ata oğlunun pisliyini istəməz”. 
Şifahi xalq yaradıcılcğında şəxsiyyətin keyfiyyətlərinin inkişafı qayğısına qalmaq 
vacib tələb kimi irəli sürülür. Düzlük, doğruluq, yoldaşlıq və dostluq, 
vətənpərvərlik, böyüyə hörmət, mərdlik və qəhrəmanlıq, humanizm və s. bu kimi 
nəcib sifətlər təqdir olunur. Yalançılıq, pislik, yaltaqlıq, namərdlik, satqınlıq, 
kobudluq, qəddarlıq xoşagəlməz və mənfi keyfiyyətlər tənqid edilir. 
Atalar sözlərində müsbət keyfiyyətlər: 
“Adama adamlıq lazımdır”. 
“Doğruluq insanı heç vaxt utandırmaz”. 
“Düz yaşa, yüz yaşa”. 
“Dost dosta arxa olar”. 
“Ən böyük gözəllik sadəlikdir”. 
Mənfi sifətlər: 
“Adam başından böyük danışmaz”. 
“Alçaqlıqdan ölüm yaxşıdır”. 
“Yalançılıq üz qızardır”. 
Xalq təfəkkürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanların 
mənəvi baxımdan saflaşması, bir şəxsiyyət kimi kamilləsməsi, yetkinləşməsi üçün 
zəngin material verir. Şifahi xalq yaradıcılığı nümunələrindən ailədə və məktəbdə 
uşaqların yeniyetmə və gənclərin tərbiyəsində istifadə olunmalıdır. 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin