1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix08.05.2023
ölçüsü0,68 Mb.
#109305
1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf (2)

Akif Abbasov 
 
 


4.Avestada əxlaq məsələləri 
“Avesta” xalq ədəbiyyatında və klassik ədəbiyyatda mifoloji axının başlıca 
qaynaqlarından sayılır. Bu müqəddəs kitab eramızdan VII əsr əvvəl meydana 
çıxmışdır. Onun müəllifi zərdüşt peygəmbərdir.
Zərdüşt peyğəmbərin dini ideyaları, insanların qarşılıqlı münasibətlərinə dair 
fikirlər “Avesta” nı meydana gətirmişdir.
Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmış “Avesta” da xalq müdrikliyi, insan 
mənəviyyatının saflaşmasına dair fikirlər özünün dolğun ifadəsini tapmışdır. Bu 
kitabda xeyir və şər qüvvələri qarşılaşdırılır. Şəxsiyyətin həyatında bu 
qüvvələr necə bir rol oynadığına aydınlıq gətirilir.
Zərdüşt peyğəmbərin düzgün qənaətinə görə, hər bir şəxs yaxşı nitqə, yaxşı 
düşünməyə və yaxşı hərəkətlər etməyə borcludur. “Avesta” da tərbiyə insan üçün 
zəruri bilinən ən mühüm həyati tələbat kimi nəzərdən keçirilir və hamının 
tərbiyəyə möhtac olduğu və cəmiyyətin hər bir üzvünə ədəb - ərkan, yaxşı adətlər, 
davranış və rəftar tərzi öyrədilməsi vacib bilinir.
Kitabda təhsilin rolu da yüksək qiymətləndirilmişdir. “Avesta” da dini tərbiyə, 
mənəvi tərbiyə, əmək tərbiyəsi və fiziki tərbiyə diqqət mərkəzində dayanmışdır. 
Dini tərbiyəyə 7 yaşdan etibarən başlamaq məqsədəuyğun sayılır. 
Müqəddəs kitabda fiziki tərbiyənin məqsədi də açıqlanmışdır: uşaqları hərbi işə 
hazırlamaq. Burada qılınc çalmaq, ox atmaq, at minmək və s. nəzərdə tutulur. 
Bu kitabda aşağıdakı əxlaqi fikirlər təbliğ olunur: 
1. Yaxşılıq, xeyirxah işlərlə məşğul olmaq. 
2. Əməksevərlik, torpağa bağlılıq. 
3. Düzlük və doğruçuluq. 
4. Həyatda namusla yaşamaq, ailə həyatında səmimi, vəfalı olmaq. 
5. Verilən sözə əməl etmək, əhdə vəfa qılmaq. 
6. Sülhsevərlik, müharibəyə nifrət və onun baş tutmasına yol verməmək. 
Avestada qəbilələr arasındakı müharibələr pislənir, talan və qırğınlara son qoymaq 
tələbi irəli sürülür. Bu barədə Zərdüşt peyğəmbər deyirdi: “Mən müharibəni rədd 
edib, silahı bir yana tullamaq istəyən Məzda dininə inanıram.” 
Avestada ailəyə ciddi münasibətin formalaşması məsələləri xüsusilə diqqət 
mərkəzində dayanmışdır. Müqəddəs kitabda daimi oturaq məskənlər yaratmaq, 
oturaq həyat şəraitində ömür sürmək və s. məsələlərdən söz açılır. 
Kitabda torpaq insana müraciətlə deyir ki, ondan hər vəchlə istifadə etsin, zəhmətə 
qatlaşıb onu layiqincə becərsin. Əvəzində bol məhsul alar. 


Zərdüşt nikah münasibətinə girməyə hazırlaşan gənclərə üzünü tutaraq onları 
ədəbli – kamallı olmağa, davranış qaydalarına riayət etməyə və bir – birinin 
hörmətini saxlamağa çağırır.
Avestada namus, ismət və bakirəlik qadın üçün çox mühüm keyfiyyət kimi 
dəyərlənidirlir. Zərdüşt məkr və yalanla nəfəs alan şəxslərə qarşı çıxırdı. O 
insanları belələri ilə mübarizə aparmağa çağırır və deyirdi: pis fikirli adam 
günəşin adını da pisliyə çəkər. Ey fikri, dili və əməli yaxşı olmayan. Əmin olun 
ki, elədiyin hər bir yamanlıq özünə qayıdacaqdır.
Kitabda həmçinin alimlərin əməyinə yüksək qiymət verilir. Alimlə cahil arasında 
fərq qoymaq, elmlə məşğul olanlara hörmətlə yanaşmaq məsləhət görülür. 
Zərdüştün diqqət yetirdiyi məsələlərdən biri də müəllim şəxsiyyətidir. O, yaxşı və 
pis müəllimi qarşılaşdırır, öz biliyi, davranışı ilə fərqlənən müəllimləri hörmətlə 
yad edir. Savadsız, nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa malik olmayan 
müəllimi isə şagird üçün arzuolunmaz hesab edir. 
Avestada tərbiyənin roluna yüksək qiymət verilir. Zərdüşt peyğəmbərə görə tərbiyə 
həyatın ən zəruri sutunu hesab edilməli, hər kəsi elə tərbiyə etmək lazımdır ki, o, 
oxumağı, yazmağı bacarmaqla yüksək pilləyə qalxa bilsin.
Müqəddəs kitabda əxlaq maddi və mənəvi nəzəriyyə kiminəzərdən keçirilir. 
“Avesta” dakı mənəviyyatla, insanın mənəvi aləmi, davranışı, rəftarı ilə əlaqədar 
ideyalar öz qidasını xeyirxah fikir, xeyirxah əməllərdən götürür. Zərdüşt 
insanların bir – biri ilə səmimi, mehriban münasibətdə olmalarını arzulayır. O, 
dostluğa yüksək qiymət verir, eyni zamanda həqiqi dostluğun şərtlərinə 
toxunurdu. 
Avestada irəli sürülən ibrətamiz fikirlər, Zərdüşt peyğəmbərin öyüd və nəsihətləri 
hazırda öz əhəmiyyətini və dəyərini saxlayır və gənc nəslin tərbiyəsində qüdrətli 
vasitəyə çevrilir. 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin