47. Layihələrin təşkilati və iqtisadi növlərə görə xarakterizə edin. Müəssisələrin yenidən qurulması, yeni idarəetmə sisteminin konsepsiyası , yeni təşkilatın yaradılması və beynəlxalq forumların
keçirilməsi təşkilati layihələr bölməsinə aiddir və aşağıdakı parametrlərlə xarakterizə olunurlar:
Layihənin nəticəsinin keyfiyyət və kəmiyyət baxımından qiymətləndirilməsi;
layihəyə çəkilən xərclərin təsbit edilməsi və nəzərətdə saxlanılması.
Müəssisələrin özəlləşdirilməsi, audit sisteminin yaradılması, yeni vergi sisteminin tətbiqi və iqtisadiyyat ilə bağlı olan bütün layihələr iqtisadi layihələr adlanır və aşağıdakı xüsusiyyətlərə malikdirlər:
layihənin işlər qrafikinə əsasan onların müddəti müəyyənləşdirilir. Layihənin inkişafından asılı olaraq işlərin başlanğıc və son müddətlərinin dəyişdirilməsi tələb olunur;
vəsaitlər imkan daxilində ehtiyaca görə paylanır;
xərclər əvvəlcədən müəyyənləşdirilir, nəzərət olunur və layihənin inkişafından asılı olaraq dəqiqləşdirilir.
Bu layihələrdə təsbit edilmiş müddətdə müəyyənləşdirilmiş xərclərə əsasən zəruri vəsait tələb olunmaq şərtilə yüksək iqtisadi nəticələr əldə etmək olar.Sosial sistemin reformu, s,əhiyyə, aztəminatlı təbəqənin sosial müdafiəsi, təbii və sosial fəlakətlarin nəticələrinin aradan qaldırılma və sairə bu kimi layihələr sosial layihələr adlanır. Bu layihələr aşagıdakı parametrlərlə xarakterizə olunurlar:
layihənin məqsədi müəyyənləşdirilir və layihədəki işlər icra olunduqca məqsədlər bir-birilə əvəz olunur;
layihənin başlanğıc və son müddətləri əvvəlcədən təxmini olaraq təyin olunur, müəyyən mərhələlərdən sonra isə dəqiqləşdirilir;
layihənin xərcləri büdcədən asılı olaraq müəyynləşdirilir
ehtiyatlar tələbata uyğun olaraq verilir.
Sosial layihələr digər layihələrə nisbətən qeyri-müəyyən, qeyri-səlis təbiətə malik olurlar.