345 . Patogen mikroorqanizmlər saprofitlərdən fərqlənir: A) hərəkətli olmasına görə
B) antibiotiklərə həssaslığına görə
C) patogenlik amillərinə görə
D) spora əmələ gətirməsinə görə
E) süni qidalı mühitlərdə inkişaf etməsinə görə
346 . Adheziya: A) mikroorqanizmlərin anticisimlərlə birləşmə qabiliyyətidir
B) mikroorqanizmlərin sahib hüceyrəyə daxil olma qabiliyyətidir
C) mikroorqanizmlərin sahib hüceyrəni parçalama qabiliyyətidir
D) mikroorqanizmlərin sahib hüceyrəyə yapışma qabiliyyətidir
E) mikroorqanizmlərin sahib hüceyrədə yaşama qabiliyyətidir
347 . Adheziyanı təmin edir: A) sporalar
B) sitoplazmatik membran
C) mezosomlar
D) pililər
E) sitoplazma
348 . Mikroorqanizmlərin patogenlik amillərinə aiddir: A) sitoplazmatik membran
B) mezosomlar
C) ribosomlar
D) adhezinlər
E) sporalar
349 . Bağırsaq çöplərinin adheziv pililəri sahib hüceyrədə D-mannoza tərkibli reseptorlarla qarşılıqlı təsirdə olur. Bağırsaq çöplərinin kultivasiya mühitinə D-mannozanın əlavə edilməsi nə ilə nəticələnər? A) bağırsaq çöplərinin adheziya qabiliyyəti artar
B) bağırsaq çöplərinin inkişafı sürətlənər
C) bağırsaq çöplərinin adheziya qabiliyyəti azalar
D) bağırsaq çöplərinin adheziya qabiliyyəti dəyişməz
E) bağırsaq çöplərinin inkişafı dayanar
350 . Kolonizasiya: A) mikroorqanizmlərin sahib hüceyrəyə daxil olma qabiliyyətidir
B) mikroorqanizmlərin sahib hüceyrə xromosomuna inteqrasiya olunmasıdır
C) mikroorqanizmlərin bərk qidalı mühitin səthində koloniya əmələ gətirməsidir
D) mikroorqanizmlərin klonlaşma qabiliyyətidir
E) mikroorqanizmlərin sahib hüceyrələrin səthində, yaxud daxilində məskunlaşmasıdır
351 . İnvazivlik: A) mikroorqanizmlərin toxuma və hüceyrələrdə yaşama qabiliyyətidir
B) mikroorqanizmlərin toxuma və hüceyrələrə yapişma qabiliyyətidir
52
C) mikroorqanizmlərin anticisimlərlə birləşmə qabiliyyətidir
D) mikroorqanizmlərin toxuma və hüceyrələri parçalama qabiliyyətidir
E) mikroorqanizmlərin toxuma və hüceyrələrə nüfuz etmək qabiliyyətidir