1. Müasir psixologiyanın mövzusu, vəzifələri və metodları



Yüklə 0,95 Mb.
səhifə12/12
tarix24.12.2019
ölçüsü0,95 Mb.
#30004
1   ...   4   5   6   7   8   9   10   11   12
Psixologiyanın əsasları


Xarakterin quruluşu.

Xarakterin quruluşunda əsasən 2 əlamət ayrılır. Bunlardan biri tipik, digəri isə fərdi əlamətlərdir.

Tipik əlamətlər-insanın yaşadığı makromühitin (ölkənin, milli dəyərlərin, konkret coğrafi şəraitin və s.) təsiri nəticəsində əmələ gəlir. Məs: Azərbaycanlıların milli xarakter əlmətləri, Azərbaycanın dağlıq bölgəsində yaşayanların xarakterəlamətləri, aran bölgəsində yaşayan xarakter əlmətləri.

Fərdi əlamətlər-isə insanın yaşadığı mikromühit ilə (ailə, məhəllə, məktəb, uşaq bağçası və s.) bağlı formalaşır. Xarakterin həm tipik, həm də fərdi əlamətləri bir-birilə bağlı vəhdətdədir.

Bunların qarşılıqlı əlaqədə təhlili baxımından xarakterin quruluşunu müəyyən etmək lazımdır. Ümumiyyətlə məlum məsələdir ki, hər kəsin özünəməxsus xarakter əlamətləri vardır. Məs: bir çox hallarda hər hansı adamın xarakterində kobudluq, qəddarlıq və s. olduğu halda başqalarında müşahidə olunmur.

İnsanların xarakterinin quruluşu dedikdə, onların xarakterində müəyyən əlamətlərin nə dərəcədə mövcud olması başa düşülür. Məs: 2 adam təsəvvür edək bunların birinin xarakterində məsuliyyətlilik I yerdə, əməksevərlik II yerdə, səliqəlilik III yerdə və s. II adamın xarakterində isə I yerdə kollektivçilik, II yerdə təvazökarlıq, III yerdə nəzakətlilik və s. durur. Deməli, I adamın xarakterində kollektivçilik, təvazökarlıq, V, VII və VIII yerlərdə olduğu halda həmin əlamətlər II adamın xarakterində I, II və III yerdədir.

Deməli ayrı-ayrı adamların xarakterində biruzə verən əlamətlərin ranq dözümü (sırası) eyni olmur, bu xarakterin quruluşuna işarədir. Xarakterin strukturunu səciyyələndirən xassələr 3 qrupa bölünür.


  1. Xarakterin dərinliyi-yəni hər hansı bir əlamətin nə dərəcədə təzahür etməsi.

  2. Xarakterin qüvətliliyi-zəif və möhkəm xarakterli adamlar. Hansı şəraitdə olur olsun xarakterini dəyişmir.

  3. Xarakterin plastikliyi-yəni xarakterin şəraitdən asılı olaraq dəyişməsi.


Xarakterin əlamətlərinin təsnifatı.

Xarakterin əlamətləri aşağıdakı təsnifata ayrılır və şəxsiyyətin münasibətlərinin məzmunu və istiqamətlərinə görə müəyyən olunur.



  1. Kollektivə və başqalarına qarşı münasibəti ifadə edən xarakter əlamətləri: kollektivçilik, doğruçuluq, kobudluq, qayğıkeşlik, tələbkarlıq və s.

  2. Əməyə münasibəti ifadə edən xarakterlərin əlamətləri-əməksevərlik, tənbəllik, məsuliyyətlik.

  3. İnsanın özünə qarşı münasibətini ifadə edən xarakter əlamətləri-təvazökarlılıq, lovğalıq, şöhrətpərəslik, sadəlövlük və s.

  4. Əşyalara qarşı münasibətləri ifadə edən xarakter əlamətləri-səliqəlilik, qayğıkeşlik, pintilik və s.

Sadalanan təsnifatlar bir-birilə əlaqədardır. Məs: müəyyən olunmuşdur ki, özünə hörmət etməyən insan başqasına hörmət etmir. Xarakterlərin bütövlüyündən danışanda onun əlamətlərinin qarşılıqlı əlaqdə olması nəzərdə tutulur. Məs. səliqəli adam yalnız qarşı, yaxud, əşyalara qarşı səliqəli olmur, eyni zamanda digər adamlara qarşı da səlıiqəli münasibət ifadə edir.

Xarakterin təzahürü bütövdür. Xarakterin sosialdır, sonradan formalaşır.

İnsan özündə bu və ya digər xarakterin əlamətlərini məqsədyönlü tərbiyə edə bilər.Eyni zamanda ona mane ola bilən xarakterlər əlamətlərini xarakterlərindən uzaqlaşdıra da bilər.

Xarakterin formalaşması.

Xarakter sosialdır və sonradan insanın həyatı boyu formalaşır. Xarakterin formalarında ilkin şərt kimi uşağın ətrafdakı insanlarla ünsiyyətlə girdiyi mühit qəbul olunur.

Xarakterin formalaşması üçün ən senzitiv (həssas) dövr 2-3 yaşdan 9-10 yaşa qədərki dövr hesb olunur. Ona görə ki, uşaqlarla bu yaşda həmyaşıdları və ətrafdakı yaşlılarla daha çox və fəal ünsiyyətə girir. Bu yaşda onların ətrafdakıların təsirinə daha asan məruz qalırlar. Onlar ətrafdakılarla daha çox inanır, onlara sözlə təsir etmək daha asan olur.

Uşaqların xarakterlərinin formalaşmasında yaşlıların 1-1 nə olan münasibətlərinin eləcədə onların uşağa olan münasibətlərinin rolu çox böyükdür.

Xarakterin fizioloji əsasları.

Xarakterin fizioloji əsaslarını dinamik streotipləri təşkil edir. Dinamik streotiplər dedikdə eyni şəkildə təkrar olunan qıcıqlandırma sisteminin təsirinə cavab olaraq əmələ gələn şərti reflekslərin toplusu başa düşülür.

Pavlov adi sinir fəaliyyətinin insana məxsus 3 tipini aird etmişdir. O bu tipləri insanda mövcud olan siqnal sistemlərinin təzahür xüsusiyətlərinə görə ayırırdı.

1 tip- Mütəffəkir tip (düşünən)-Bu tipdə II siqnal sistemi I-yə nisbətən üstünlük təşkil edən adamlardır. Məs. Yazıçılar, şairlər, natiqlər və.s.

II tip- Bədii tip- Bu tipdə I siqnal sistemi II nisbətən üstünlük təşkil edir. Məs. rəssamlar, heykəltəraşlar və.s.

III tip- Orta və ya qarışıq tip- Bu tipdə hər siqnal sistemi bərabər sürətdə təzahür edir.

Mövzu-18



Qabiliyyətlər.

Qabiliyyət haqqında anlayış.

Qabiliyyətin xüsusiyyətləri aşağıdakılardır.

1. Qabiliyyət şəxsiyyətin fərdi psixoloji xüsusiyyətləri kiim ayrılır. Buna görədə insanlar 1-1 dən qabiliyyətinə görə fərqlənir.

2. Qabiliyyət insanın hər hansı bir fərdi xüsusiyyətinə deyil, məhz müəyyən fəaliyyət növlərinin müvəffəqiyətlə icrasını təmin edən fərdi psixoloji xüsusiyyətdir.

3. Qabiliyyət insanın əldə etdiyi bilik, bacarıq və vərdişlərlə eyniləşdirə bilməz.

4. Qabiliyyət hər hansı 1 fəaliyyət növü sahəsində bilik, bacarıq və vərdişlərin daha səmərəli mənimsənilməsinə imkan verir.

Qabiliyyətin tərifi Qabiliyyət şəxsiyyətin müəyyən fəaliyyətinin müvəffəqiyətlə icrasını şərtləndirən və bunun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə müvəffəqiyətlə yiyələnməni təmin edən fərdi psixoloji xüsusiyyətlərin məcmuyuna deyilir.

5. Qabiliyyətin hər hansı bir fəaliyyətin icrası prosesində biruzə verir və təkminləşir.



Qabiliyyətin nəzəriyyəsi.

1.Qabiliyyətin ilkin nəzəriyyəsi.

Platondan başlayaraq belə hesab olunur ki, qabiliyyət bioloji cəhətdən şərtlənmişdir və bütövlükdə irsiyyətlə bağlıdır. Təlim tərbiyyə yalnız qabiliyyətin üzə çıxmasını tezləşdirir. Bu ideyanın tərəfdarı insanlar arasındakı fərdi fərqləri misal göstərir, xüsusilədə erkən yaşlarda hələ təlim tərbiyyənin kifayət qədər rol oynaya bilmədiyi insanlarda qabiliyyətin biruzə verməsini misal göstərirlər.Ona misal göstərərək Motsartın (Almandı himni də yazıb) erkən musiqi qabiliyyətinin (3 yaşd) , Van Deykin rəssamlıq qabiliyyətinin erkən(10-yaşdan) biruzə verməsini və.s.

Başqa bir istiqamət qabiliyyətin formalaşmasında aparıcı rolu insan beynin kütləsinə verirdi. Məlum məsələdir ki, yaşlı adamın beyninin çəkisi 1400 q olur. Onlar daha admın beyninin çəkisini bundan xeyli çox olduğunuəsas gətirirdilər. Məs. İ.S.Turgenyevin beyninin çəkisi 2012 q, Ş D.Bayronun isə beyninin çəkisi 1800 q –dır. Sonralar bu ideyanın səhv olduğu digər faktlarla sübuta yetirildi, sübut olundu ki, bəzi dahi admların beyni hətda normal admın beyninin çəkisindən azdır. Məs.Məşhur kimyaçı Y.Libixin beyni 1362 q , yazıçı A.Fransın isə beyninin çəkisi 1017 q olmuşdur. Eyni zamanda ən ağır 3000 q beyni olan ağıldan kəm olan insanlarda vardır.



  1. Frenologiya- yunan dilində tərcümədən “frenos-ağıl, loqos- təli” mənasını verir.

Bu istiqamətdə XIX əsirdə Frans Qall tərəfindən yaradıldı. Frenoloqlar hesab edir di ki, bu və ya digər qabiliyyətin inkişaf etməsi kəllənin formasına təsir göstərir, onu dəyişdirir nəticədə beyində müəyyən şişmələr əmələ gəli. Yarımkürələr qabığı müəyyən mərkəzlərdən (27 mərkəz) ibarətdir. Hər bir mərkəz müəyyən qabiliyyətin inkişafı üçün cavabdehdir. Onlar beyinin xəritəsini tərtib edir və xəritədə hər bir qabiliyyət üçün müəyyən mərkəzlər göstərirdilər. (musiqi qabiliyyəti şişli, rəssamlıq qabiliyyəti şişli və.s.) Bu nəzəriyyə sonradan özünün qeyri elmi olduğunu göstərdi.

3. Haltonun kopsepsiyası- O qabiliyyəti irsi olan kimi nəzəriyyə keçirir və hesab edirdi ki, bu irsilik Darvinin təklif etdiyi təkamül nəzəriyyəsinə əsaslanır.



Belə ki, dünyada bəzi irq təkamül nəticəsində Xüsusi qabiliyyətli irq kimi (məs Avropalı-ağ dərili) bəziəri isə qismən aşağıdakı qabiliyyəti ilə formalaşır. (qara dərililər)

Buna misal olaraq Halton və onun tərəfdarları “Baxın ailəsinin” musiqi qabiliyyətini göstərir. İlk dəfə bu ailədə 1550-ci ildə ilk məşhur musiqiçi meydana gəlmiş, indiyə qədər nəsildə 60-qədər musiqiçşi olmuş, bunlardan 20-si dahilik səviyyəsinə çatmışdır.

Eyni zamanda müəyyən olunmuşdur ki, L.N. Tolstoyla, A.S. Puşkinin “ulu nənəsi”bacı olmuşlar.

4.Qabiliyyətin tədqiqində əkizlər metodu.

Əkizlər metodunun köməyi ilə qabiliyyətin formalaşmasında mühitin və irsiyyətin rolunu daha yaxşı izləmək mümkündür. Müşahidələr nəticəsində müəyyən olunmuşdur ki, Monoziqot (1 hüceyrədən əmələ gələn oxşar əkizlər)əkizlər qabiliyyəti 1-1 nə daha yaxın olur, nəinki Diziqot(1-1 nə oxşamayan ekizlər) əkizlərin hətta monoziqot əkizləri erkən yaşlarında 1-1 dən ayırıb müxtəlif şəraitdə tərbiyyə etdikdə belə onların qabiliyyəti arasında fərq böyük olmur. Bu fakt qabiliyyətin əsasında irsiyyətin durmasını sübut edir. Elmə Zazzo gətirmişdir. (Fransız psixoloqu) Qabiliyyətin inkişafında tərbiyyənin rolu.

Bu istiqamətdə hesab edilir ki, qabiliyyətin inkişafında təlim tərbiyyə mühüm rol oynayır. Onlar hesab edirdi ki, uşaqlar valideyinlərindən yalnız bioloji deyil, eyni zamanda sosial irsiyyətinidə alır. Uşaq valideyinlərinin davamçısı olur. Yalnız ona görə yox ki, o valideyinlərindən genlər vasitəsi ilə müəyyən qabiliyyətlər almışdır. Eyni zamanda o uşaq vaxtından böyüdüyü mühitdə olanları da əks etmişdir. Bu mühiti yaradan isə onun valideyinləridir.

6. K.A.Helvetsenin qabiliyyət konsepsiyası.

Helvetsi (XVIII əsirdə) hesab edirdi ki, köməyi ilə insanlarda dahlik formalaşmağı mümkündür. O belə bir misal istinad edirdi ki, primitiv qəbilələrin uşaqları müvafiq qəbilələrin təhsil və tərbiyə görəndə uşaqlardan heç nə ilə fərqlənmirlər. Helvetsinin ideyalarını öz tədqiqatlarında rus psixoloqlarından O.N. Ovçinnikova və Y.B.Qippenreyter də təsdiq edirlər.

Bu istiqamətlərdə hesab edirdilər ki, hər bir insanda istənilən qabiliyyəti formalaşdırmaq mümkündür. Bu baxışları müdafiə edən Amerika alimi U.Uşbi hesab edir ki, müəyyən insanın uşaqlıq illərində formalaşdırılan intelektual fəaliyyət proqramı mühüm rol oynayır. Bu proqrama uyğun insanların bəziləri yaradıcı tapşırıqlar həll edir, digərləri isə yalnız onlara yalnız həll üsulu öyrədilən tapşırıqları həll edirlər. Hal-hazırda bu konsepsiyanın tərəfdarları ABŞ- da talantlı, xüsusi qabiliyyətli uşaqlar yetişdirilən mərkəzlər yaratmışdır. Bu mərkəzə 4-5 yaşlı uşaqlar seçilib cəlb edilir. Hal-hazırda məşhur rus psixoloqlarından B.M.Teplov, B.D.Nebilitsin, A.N.Leontiyev və başqaları belə bir ideyada çıxış edirdilər ki, insanın qabiliyyəti öz təbiətinə görə biososialdır.

Yəni qabiliyyətdə bioloji olan təbii imkanlardır. (bu anadan gəlmədir məs. boyun ucalığı, barmaqların uzunluğu, beyin qurluşunun xüsusiliyi və s.) sosial olan isə onların yəni təbii imkanların sonralar fəalyyət prosesində inkişaf etdirilməsidir.

Qabiliyyətin bilik, bacarıq və vərdişlərlə əlaqəsi və onların fərqi.

Qabiliyyət bilik bacarıq və vərdişlərlə sıx əlaqədərdir. Belə ki, bilik bacarıq və vərdişlərin qabiliyyətin formalşmasına müsbət təsir göstərir. İnsan onlara yiyələndikcə onun qabiliyyətinin inkişafı üçün daha əlverişli şərait yaranır. Eyni zamanda insanın qabiliyyəti adətən hər hansı 1 fəaliyyət sahəsində bilik, bacarıq və vərdişlərə yiyələnməkdə də biruzə verir. Beləki yüksək qabiliyyətli insanlar müvafiq fəaliyyət sahəsində bilik, bacarıq və vərdişlərə asan yiyələnirlər.

Müvafiq fəaliyyət sahəsində qabiliyyəti olmayan ilk vaxt özlərinin bilik bacarıq və vərdişləri ilə fərqlənən insanlara adətən konkret fəaliyyət sahəsində yenilik əldə edə bilmir, 1 növ “yerində addımlayırlar.”

Qabiliyyət bilik , bacarıq və vərdişlərin əlaqəsi olmasına baxmayaraq bunları eyniləşdirmək olmaz. Ona görə ki, bilik, bacarıq və vərdişlərin olması hələ qabiliyyətin olmasına işarə deyildir. Bunlar yalnız qabiliyyətin formalaşmasına köməklik edir.

İnsanda hər hansı 1 qabiliyyətin olmasının əsasında onunu təbii imçkanları durur. Deməli bilik, bacarıq və vərdişlərin qabiliyyətin inkişafı üçün zəruri şərtlərindən biridir və qabiliyyət bilavasitə bilik bacarıq və vərdişləri də deyil, onların qazanılması dinamikasında biruzə verir.

Başqa sözlə desək qabiliyyətli insanlar müvafiq fəaliyyət sahəsində bilik bacarıq və vərdişlərin daha asan yiyələnirlər.



Qabiliyyətin quruluşu.

Qabiliyyətin qurluşu dedikdə -şəxsiyyətin həmin qabiliyyətinin reallaşması üçün zəruri psixi keyfiyətinin məcmuyu başa düşülür. Məs. Pedoqoji fəaliyyətin müvəfəqiyyətlə icrası üçün zəruri olan psixi keyfiyyətlərə nitq qabiliyyəti, pedoqoji təxəyyül, kominikativ pedoqoji mərifət,(pedoqoji takt) və.s. aid edilir.

Eyni psixi keyfiyyətlər müxtəlif qabiliyyətlərin növlərinin təzahürünə imkan yarada bilər. Məs: müəllimlik qabiliyyətinin quruluşunda əsas keyfiyyətlər, pedaqoji mərifət, müşahidəçilik, uşaqlara rəğbət, təşkilatçılıq qabiliyyəti və s. olmalıdır. Bu keyfiyyətlər digər qabiliyyətlərdə; həkimlik, rəhbər işçi kimi fəaliyyət növlərində də zəruri hesab edilə bilər. Qabiliyyətin strukturunu təşkil edən keyfiyyətlər əsas və köməkçi olanlara bölünür.

Əsaslara-fəaliyyətin icrasına bilavasitə şərtləndirən keyfiyyətlərdir. Məs: müəllimlik qabiliyyətini əsas keyfiyyətlər kimi aid etmək olar; pedaqoji mərifət, didaktik və təşkilatçılıq və s.

Köməkçi keyfiyyətlərə-isə aid etmək olar. Fəaliyyətin icrasını bilavasitə şərtləndirməyən keyfiyyətlərdir. Məs: müəllimlik qabiliyyətinə köməkçi keyfiyyəti kimi aid etmək olar; nitq, həssaslıq, tələbkarlıq və s. kimi keyfiyyətləri aid etmək olar.
Qabiliyyətlər və fəaliyyət.

Qabiliyyətlər hər hansı bir fəaliyyətin növünün icrası prosesində əmələ gəlir, təşəkkül tapır. Eyni zamanda fəaliyyət prosesində biruzə verir. Qabiliyyətin insanın konkret fəaliyyət sferasında uzun müddət çalışanda həmin fəaliyyət sahəsində onun güclü maraqları olanda daha asan formalaşır.

Şəxsiyyətin konkret fəaliyyət prosesində təzahür edən ümumi keyfiyyətlər sırasına Pavlovun kəşf etdiyi insanın ali sinir fəaliyyətinin üç tipindən birinin üstünlük təşkil etməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, müxtəlif təfəkkür tipinin müəllimlik fəaliyyəti ilə siyasətçi, yazıçılıq fəaliyyəti ilə məşğul olanda daha böyük uğurlar əldə edir.

Bədii tip texnika ilə bağlı, dəqiq elmlərlə bağlı (mühəndis, konstruktur, heykəltaraş memar, iqtisadçı və s.) fəaliyyət sahəsində orta tip adətən bütün fəaliyyət sahəsində uğur əldə edə bilər.


Ümumi və xüsusi qabiliyyətlər (qabiliyyətin növləri)

Ümumi qabiliyyətlər dedikdə müxtəlif fəaliyyət növlərini müvəffəqiyyətlə icrasını təmin edən ümumi psixi keyfiyyətlərin məcmusu başa düşülür. Ümumi qabiliyyətin olması insanın bilik, bacarıq və vərdişlərə yiyələnməsi temp və asanlığında özünü biruzə verir. Bəzi insanların qabiliyyətinin qurluşunda ümumi psixi keyfiyyətlər qabarıq şəkildə təzahür edir. Bu da onlarda hərtərəfli qabiliyyətin yəni müxtəlif fəaliyyət sahəsində ümumiyyətlə fəaliyyət qabiliyyətinin olmasını sübut edir. Psixologiyada bəzən qabiliyyətə əqli zehni qabiliyyət də deyilir.

Ümumiyyətlə qabiliyyəti ölçmək üçün intelekt testlərdən istifadə olunur.

Xüsusi qabiliyyətlər konkret fəaliyyət sahəsində biruzə verən qabiliyyətlərdir. Məs: riyazi, pedaqoji, bədii, texniki və s. qabiliyyətlər. Ümumi qabiliyyətlər bir sıra fəaliyyət sahəsində iştirak edən onlara müvəffəqiyyətlə yiyələnməni və icrasını təmin edən qabiliyyətlərdir. Onlarda ali psixi funksiyalar prosesi də formalaşır (hafizə, təfəkkür, təxəyyül). Xüsusi qabiliyyət kimi lüğət ehtiyatları, rəngləri fərqləndirmə, həssaslığın təsviri fəaliyyətin və məkan qavrayışı və təsəvvürləri, didaktik qabiliyyətləri, təşkilatçılıq qabiliyyətləri və s. pedaqoji qabiliyyətlərin xüsusi qabiliyyət kimi təzahürünə imkan yaradır.

Ümumiyyətlə qabiliyyətin həer hansı biri 2 komponentdən ibarətdir. Bunlar həm ümumi, həm də xüsusi qabiliyyətdən ibarətdir.Ümumi qabiliyyət bir neçə xüsusi qabiliyyətin əmələ gəlməsinə yaxud formasına şərait yaradır və bunların hər ikisi bir-birilə qarşılıqlı əlaqədədir.
Qabiliyyət və irsiyyət.

Bəzi xarici psixoloqlar hesab edir ki, qabiliyyət irsən keçir (Halton). Bu fikiri onlara söyləməyə əsas verən insanların irsən aldığı təbii imkanlardır. Təbii imkanlar özlüyündə hələ qabiliyyət deyildir. Qabiliyyətin inkişafının təbii ilkin şərtləri kimi təbii imkanlarda çıxış edir.

Təbii imkanlara beyinin quruluşu və potensial imkanları, iç üzlərinin və hərəkət orqanlarının morfoloji qurluşu, funksional hərəkətlər aid edilir. Hiss üzvlərinin morfoloji və funksional xüsusiyyətləri dedikdə həssas eşitmə, yaxşı görmə, iybilmə, dadbilmə və s. başa düşülür.

Hərəki orqanların morfoloji və funksional xüsusiyyətləri dedikdə boyun ucalığı, barmaqların nazik və uzun olması başa düşülür. Beyinin qurluşu və potensial imkanları dedikdə onun analiz-sintez fəaliyyəti ümumiləşdirilir və mücərrədləşdirmə fəaliyyəti müqayisə qparmaq qabiliyyəti ağılın müstəqilliyi və s. başa düşülür.

Təbii imkanlar anadangəlmə başa düşülür yəni irsidir. Lakin məşqlər nəticəsində təbii imkanların təzahürünü qismən gücləndirmək olar. Məs: avar çəkməklə boyunu qismən uzatmaq olar. Hər hansı bir təbii imkanlar yalnız konkret fəaliyyət prosesində qabiliyyətə çevrilə bilər.

Talant.


Talant-dedikdə qabiliyyətin ən yüksək mərhələsidir. Talant insana hər hansı bir fəaliyyətin müstəqil orijinal surətdə icra etməyə imkan verən qabiliyyətlər toplusudur.

İstedad.


İstedad-dedikdə insanın anadangəlmə təbii imkanlarının kompleksidir. Bu təbii imkanlar fəaliyyət sahəsində inkişaf edərək istedada çevrilir.

Məharət (ustalıq).

Məharət müvafiq bacarıq və vərdişlərin məcmuyunda deyil, eyni zamanda qarşıya çıxan məsələnin həlli üçün lazım olan hər hansı əməliyyatların səriştəli icrasına psixoloji cəhətdən hazır olma vəziyyətində özünü biruzə verir. Deməli, talant imkandırsa, məharət həqiqətə çevrilmiş imkandır. Məharət fəaliyyətin icrasında xüsusi bacarıq toplusunda özünü biruzə verir.

Qabiliyyətin formalaşması.

Qabiliyyətin təzahürü və formalaşması insanların tarixən ictimai təlabatlara cavab vermək məqsədilə əldə etdikləri müvafiq bilik və bacarıq vərdişlərin formalşmasının konkret iş priyomlarından bilavasitə asılıdır.1. qabiliyyətin formalaşmasında təlimin və təlim metodikasının rolu çox böyükdür. Yəni qabiliyyətin formalaşmasında təlim verənin, öyrədənin necə öyrətməsi mühüm əhəmiyyət kəsb edir. 2. qabiliyyətin inkişaf etməsində mühüm amillərdən biri davamlı maraqlardır. Maraqlar sırasında idrak maraqları xüsusi yer tutur. 3. qabiliyyətin formalaşmasında əməksevərliyin də rolu az deyildir. Hətda belə qeyd olunur ki, qabiliyyət 100% dirsə onun 99%-i əmək, zəhmətdir. 4. qabiliyyətin inkişafında şəxsiyyətin inkişaf səviyyəsinin rolu da böyükdür. Hətda yüksək səviyyədə inkişaf etmiş qabiliyyət şəxsiyyətin strukturunun tərkib hissəsi kimi çıxış edir.

İntelekt əmsalı

İntelekt əmsalı de4dikdə insanın xronoloji yaşına uyğun əqli inkişafının olması başa düşülür. Beynəlxalq səviyyədə bu müasir psixologiyada məşhir olan intelekt testlərinin köməyilə ölçülür və intelektin əmsalı İ. Q. Kimi qəbul olunur.

İntelekti öyrənmək üçün istifadə olunan testlər sırasında Vekslerin intelekt testləri, Kettelin testi, Amtxaurenin testi, Haltonun testi, Binesimo test

Psixologiya və onun növləri.

Xarakterin aksentuasiyasıilə psixopatiya 1-1 nə oxşayır. Xüsusilə xarakterin parlaq təzahür edən aksentuasiyası psixopatiyaya daha yaxındır. Ona görə də psixopatiya aksentuasiya ilə eyni tiplərə ayrılır.

Psixopatiya- məcazi mənada xarakterin xəstələnməsi kimi səciyyələnir. Psyuxos-ruh, patya isə- əzab, istirab çəkmək kimi tərcümə olunur.

Psixopatiya ilə xarakterin aksentusiyası arasındakı fərq ondan ibarətdir ki, xarakterin aksentuasiyası zamanı yalnız xarakterin müəyyən qabarıq biruzə verən əlaməti reallaşdırdıqda kənardan göstərilən psixi zədə həmin əlamətə yönəldikdə şəxsiyyətin dezadaptasiyası əmələ gəlir. Yəni şəxsiyyət ətraf aləmə uyğunlaşa bilmir.



Psixopatiya zamanı isə hər hansı psixi zədə şəxsiyyətin dezadaptasiyasına gətirib çıxarır.
Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin