Təbii fəlakətlər davametmə müddətinə görə iki cür olur:
qəflətən baş verənlər (zəlzələlər, qasırğalar, tornadolar);
uzunmüddətli davam edənlər (epidemiyalar, daşqınlar, epizootiyalar və s.)
Təbii fəlakətlərin yaranma səbəbləri
Təbii fəlakətlər yaranma səbəblərinə görə də iki cür olurlar:
təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.). Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr), yerdaxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin təsiri (qasırğa, urağan, tornadolar).
Dostları ilə paylaş: |