40. Fövqəladə hallarda xəbərdarlıq siqnallarının verilmə qaydaları va bu siqnallar üzrə əhalinin davranışı.
Mühafizə tədbirləri keçiriləndə mülki müdafiə qüvvələrində rəhbərlik üçün mülki müdafiənin idarəetmə sistemi yaradılıb.Rabitə-idarəetmə sisteminin tərkib hissəsidir və onun əsas vəzifələrindən biridir.Rabitə sistemi işə həmişə hazır vəziyyətdə saxlanılmalıdır.İnformasiyanın etibarlı surətdə fasiləsiz dəqiq və tez çatdırmalıdır.Siqnallar əhalinin xəbərdar etmək göstəriş və siqnalları təkrar vermək məqsədilə istifadə edilib xəbərdarlıq mülki müdafiə rəhbərinin və yuxarı qərargahın göstərişlərinə əsasən təşkil edilir.Xəbərdarlıq siqnalları bütün rabitə və yayın vasitələri ilə növbədən kənar verilir və yerli mülki müdafiə qərargahı ilə təkrar edilir .Fövqaladə halların baş verməsi gözlənildikdə yaxud artıq baş verdikdə əhalini vaxtında xəbərdar etmək mülki müdafiənin ən əsas mühafizə vəzifələrindən biridir.Xəbərdarlığın əsas vasitələri rabitə və televiziya şəbəkələri-İnsanların diqqətini tez cəlb etmək və onların dərhal radio və televizorların ətrafına toplanmağa nail olmaq üçün FHlarda sirenalardannəqliyyat vasitələrinin fit səslərindən istifadə etməklə səs siqnalları verilir.
Belə siqnal "haminin diqqətinə!" Siqnalı adlanır.bu həyəcan siqnalı eşiden kimi hamı dərhal radio və tv qoşaraq,hökümət orqanlarının mülki müdafiə qərargahlarının FHlar haqda verdiyi xəbər və məlumatları diqqətlə dinləməlidir.Fövqaladə hallar barədə xəbər verməklə yanaşı əhalinin davranış qaydaları üzrə qısa və aydın məsləhətlər və göstərişlər verilir.Xəbərdarlıq siqnalları və müharibə dövründəki fəlakətlər zamanı verilir.Bir sıra fövqaladə hallar barədə qabaqcadan xəbər vermək olar.Məsələn:Yaz daşğınları bir ay qabaqcadan məlum oluna bilər və müvafiq tədbirlər görülə bilər.Yaxud sel təhlükəsi barədə 10-20dəqiqə bəzən isə 1,2saat qabaq xəbərdar etmək mümkündür.bu zaman yerli mülki müdafiə qərargahı əhaliyə belə bir məlumat verə bilər." DİQQƏT! Danışır rayon mülki müdafiə qərargahı.Vətəndaşlar çayda suyun səviyyəsinin qalxması müşahidə olunur. Çayın sağ sahilindəki məhəllələri su basacağı gözlənilir.Həmin məhəllələrdə yaşayanlar ən vacib şeyləri götürüb meydana doğru tələsirlər.evdən çıxarkən sobanı qazı işığı söndürməyinunutmayın.Bu barədə qonşularınızada xəbər verin.Radioşəbəkəsi ilə verilən xəbərləri diqqətlə dinləyin və göstərişlərə dəqiq riayət edin!"Müharibə zamanı insanlar hər cür FHlara qarşı ayıq olmalıdır və mülki müdafiə siqnalları və məlumatları üzrə çevik hərəkət etməlidir.MM qərargahlarının göstərişlərini yerinə yetirməyə hazlr olmalıdırlar.Bir sıra hallarda itirilən hər dəqiqə fəlakətin miqyasını genişləndirə bilər."Hamının diqqətinə!" Siqnalından sonra mülki müdafiə qərargahı tərəfindən məlumatlar və göstərişlər elan edilir.Bunları diqqətlə dinləmək təmkinli olmaq və cəld hərəkət etmək lazımdır.Müharibə zamanı düşmənin nüvə,kimyəvi,bakterioloji silah və başqa silahlar işlətmək qorxusu yarandıqda dərhal mülki müdafiə xəbərdarlıq siqnalları verilir.Radiodan TV dən bütün rabitə vasitələrindən səs və işıq siqnallarından istifadə olunur.Belə hallarda "hamının diqqətinə" siqnalından sonra yaranmış vəziyyətdən asılı olaraq mülki müdafiənin "hava həyəcanı ";"radiasiya təhlükəsi";"kimya həyəcanı" siqnalları verilə bilər.Bütün əhali bu siqnalları bilməlidir.Çünki bu tələfatları xeyli azalda bilər.Hava həyəcanı siqnalı xəbərdarlıq edirki,düşmənin hava basqını gözlənilir.Əvvəlcə sirenalar bunu hamının diqqətinə çatdırır,sonra isə radio TV ilə belə siqnal verilir .Bu zaman evlərdə olanlar tez pəncərələri örtüllər,qızdırıcı cihazları ,işığı keçirilər və əvvəlcədən tədarük etdikləri ərzağı suyu,mühafizə və tibbi yardım vasitələrini götürüb və yaxındakı olan sığınacağa gedirlər.İstehsalatda olanlar bütün qurğuları dayandırırlar,cərəyanı kəsirlər və qabaqcadan müəyyən edilmiş qaydada hər bir briqada və növbə üçün nəzərdə tutulmuş sığınacağa gedirlər."hava həyəcanı"zamanı bütün tədris müəssisələrində məşğələlər dayandırılır hamı mühafizə qurğularına gedir.İctimai yerlərdə məsələn kinoteatrlarda dükanda bazarda nəqliyyat vasitələrjndə və slarda bunlar yaxınlardakl daldanacağa getməlidirlər.Əgər belə sığınacaq yerləri yoxdursa daldalanmaq üçün yeraltı keçidlərdən,tunellərdən və s.lardan istifadə etmək olar.Hava həyəcanı zamanı kəndlərdə əhali ailə daldanacaqlarına yığışmalıdır.Mal qaranı tövləyə salmalıdır.Çöldə olarkən yerin relyefindənxəndəklərdən mağaralardan istifadə etməlidir.Bütün hallarda yalnız hava həyəcanı sovuşdu" siqnalı verdikdən sonra dalldanacaqları tərk etmək olar.Bu zaman belə siqnal olacaq "Diqqət !Diqqət! Danışır M.M Qərargahı:havadan basqın təhlükəsi sovuşdu.Hava həyəcanı qurtardı!"Mülki müdafiə orqanlarının göstərişlərini dəqiq yerinə yetirmək çox vacibdir.Əks təqdirdə insanlar radioaktiv və ya kimyəvi zəhərlənməyə məruz qala bilərlər.Hamınln diqqətinə xəbərdarlıq siqnalından sonra yerli mülki müdafiə qərargahının belə bir məlumatı ola bilər"Diqqət!Diqqət!Danışır M.M qərargahı!Vətəndaşlar! Kimya həyəcanı!kimya həyəcanı!Bu yerlərdə səs və işıq siqnalları vasitəsilə təkrar olunur" bunun ardınca aşkar olunmuş zəhərləyici maddənin və ya yoluxucu xəstəlik törədicisinin növü nəzərə alınmaqla insanların davranış qaydaları haqqında kimyıvi zəhərlənmə yerlərində insanlar mümkün qədər tez çıxarılmalıdır.Onların hansı istiqamətdə getmələrini M.M işçiləri vəya polislər,bunlar olmadıqda insanlar zəhərlənmə zonasında küləyin səmtinə perpendikulyar istiqamətdə çıxmalıdırlar.Bundan sora isə bunlar sanitariya təmzilənməsindən keçməlidirlər.Bakterioloji yoluxma ocağında əhalinin öz başına çıxmasına yol verilmir.Çünki belə sahələrdə karantin və ya observasiya rejimi elan edilir.Kimya həyəcanı siqnalı verilərkən mal qaranı yemi,yem ehtiyatları və suyu mənbələrini qorumaq lazımdır."Radiasiya təhlükəsi"siqnalı bu və ya digər ərazidə raoaktiv zəhərlənmə aşkar olunduqda və ya belə zəhərlənmə ən geci1 saat ərzində gözlənildikdə verilir."Hava həyəcanı" və "Kimya həyəcanı: olduğu kimi "radiasiya təhlükəsi" gözlənildikdə də əvvəlcədən hamının diqqətinə siqnalından sonra radiasiya həyəcanı məlumatı verilir.Bütün rabitə və xəbərdarlıq vasitələrindən istifadə edilir və səs və işıq siqnalları ilə təkrar edilir.Belə elan edilir"Diqqət!Diqqət! DANIŞIR M.MQərargahı!Vətəndaşlar! Radiasiya təhlükəsi" bundan sonra əhalinin davranış qaydaları haqqında mülki müdafiə göstərişləri əhaliyə çatdırılır.İnsanlar dərhal tənəffüsü mühafizə edən vasitələri taxıb sığınacağa getməlidirlər.Davranış qaydalarına əsasən radiasiya həyəcanı sovuşdu siqnalından sonra mühafizənqurğularını tərk edə bilərlər.