1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoepiyanın morfologiya ilə inteqrativ tədrisi



Yüklə 108,01 Kb.
səhifə18/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   52
orfoqrafiya və orfoepiya-1

21. Orfoepiyanın morfologiya ilə inteqrativ tədrisi.
İbtidai siniflərdə morfologiya üzrə hər bir mövzunun tədrisi prosesində ədəbi tələffüz, o cümlədən orfoepiya üzrə iş aparmaq imkanları mövcuddur. Bu imkanlardan səmərəli istifadə etmək başlıca tələb kimi müəllimin qarşısında durur.
Müəllim ibtidai siniflərdə düzgün tələffüz üzrə aparılacaq işi morfologiyanın tədrisi ilə əlaqədar praktik yolla şagirdlərə aşılamalıdır. Morfologiyanın tədrisində düzgün tələffüz üzrə aparılan işlər aşağıdakılardır.
I. Saitlərin tələffüzü.
Sözlərdə bəzi saitlərin uzun tələffüz olunması.
İsimlərdə: Təranə, alim, matəm, müharibə, kabel, qanun, elan, şölə, Füzuli, Səbuhi və s.
Sifətlərdə: mənəvi, məsum, nadinc, natamam, bisavad, mötədil və s.
II. Samitlərin tələffüzü.
a) cingiltili samitlərin karlaşaraq tələffüz olunması.
İsimlərdə: avtobus, avtomat, toqqa, saqqal, Oqtay, nöqtə, mübtəda və s.
Saylarda: yeddi.
Feillərdə: şaqqıldamaq, pıqqıldamaq və s.
b) kar samitin cingiltili çalarlıqda tələffüz olunması:
İsimlərdə: taxta, usta, bitki, Səttar, Məkkə, kəşfiyyat, müttəfiq və s.
Sifətlərdə: xəstə, isti, yastı, məxfi və s.
Saylarda: səkkiz.
Feillərdə: axtarmaq, istəmək, göstərmək və s.
Bağlayıcılarda: hətta
v) samitlərin əvəzlənərək tələffüz olunması.
İsimlərdə: əcdad- ə[j]dad, vicdan -vi[j]dan, sünbül- sü[m]bül, zənbil- zə[m]bil, Nigar -Ni[y]ar və s.
Sifətlərdə: tənbəl-tə[m]bəl.
Ədatlarda: məgər-mə[y]ər, əgər-ə[y]ər və s.
Söz yaradıcılığı, sözün tərkibi və nitq hissələrinin tədrisi prosesində müəllim yeri gəldikcə yazılışı və tələffüzü fərqlənən sözlər üzərində xüsusi iş aparmalıdır. Belə ki, hər bir mövzunun tədrisi zamanı müəllim orfoqrafik-orfoepik cəhətdən şagirdlər üçün çətinlik törədən sözləri seçir, dərsdə həmin sözlərin morfoloji və ya fonetik cəhətdən təhlilini təşkil edir. Həmin sözlərin düzgün tələffüzü üzrə məşq-təmrinlər, çalışmalar və s. üzrə iş aparılır. Müəllim düzgün tələffüz vərdişləri üzrə aparılacaq işin yerini müəy­yənləşdirməyi bacarmalıdır. Morfoloji şəraitdə sözlərə qoşulan şəkilçilərlə bağlı söz sonunda və həmçinin şəkilçilərin tələffüzündə bir sıra fonetik dəyişikliklər baş verir ki, ora­dan da morfologiya ilə bağlı orfoepik normalar əmələ gəlir, məsələn, a, ə saiti ilə bi­tən feillərə, isimlərə (yönlük halda) saitlə başlanan şəkilçi artırıldıqda söz so­nun­dakı həmin açıq saitlər qapalı saitlərlə (ı, i, u, ü) əvəz olunaraq tələffüz olu­nur.
Əgər hər hansı nitq hissəsinin quruluşca sadə növündən söhbət gedirsə, bu zaman şagirdlərin diqqətini yazılış və tələffüzün əlaqəsinə cəlb etmək lazımdır. Morfo­logiyanın tədrisində fonetik biliklər yada salınmalı, sözlərin səs, hərf tər­ki­bi­ni göstərmək, orfoepik tələffüzü müəyyənləşdirmək şagirdlərdən tələb olunmalıdır.

Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin