3.Pedaqoji fəaliyyətin strukturu. Pedaqoji fəaliyyətin strukturunda üç əsas komponenti ayırd edirlər:
konstruktiv komponent – dərsin, dərsdən kənar tədbirlərin təşkilini, təlim materialının məktəb proqramına və dərsliklərə uyğun seçimini, yenidən hazırlanmasını və təqdim olunmasını özündə ehtiva edir;
təşkilati komponent – təşkilati fəaliyyəti təcəssüm etdirir: müəllim öz icmalının, dərsdə davranışının, uşaqların təşkilati fəaliyyətinin və idrak fəallığının mütəmadi təşkilini özündə ehtiva edir;
kommunikativ komponent – şagirdlərlə, valideyinlərlə, inzibati işçilərlə müəllimlərin münasibətlərinin qurulması və s. axlanılmasını təmin edir.
N.V.Kuzmina pedaqoji fəaliyyətin psixoloji strukturuna beş komponent əlavə edir:
1) qnostik komponent - təhsili təmin edən bacarıqları özündə birləşdirir, digər insanlara təsir etməyin üsul və məzmunu, bu insanların yaş və fərdi-tipoloji xüsusiyyətlərini, fəaliyyət prosesinin nəticələrini, müsbət və çatışmayan cəhətlərini özündə ehtiva edir;
2) proyektiv komponent - iştirakçıların fəaliyyətinin və öz fəaliyyətinin uzunmüddətli məqsəd və vəzifələrinin formalaşmasını ehtiva edir;
3) konstruktiv komponent - taktiki məqsədlərin formulə olunmasını özündə əks etdirir (informasiyanın məzmununun kompozisiyası və s. eçimi, iştirakçıların fəaliyyətinin mənimsəmə səviyyəsinə görə, öz fəaliyyətini proyektivləşdirməsi);
4) təşkilati komponent - operativ məsələ həll etmə bacarığını təmin edir (iştirakçıların fəaliyyətinin müxtəlif növlərinin təşkil olunması, özfəaliyyətinin və davranışının təşkili);
5) kommunikativ komponent – pedaqoji məqsədin həyata keçirilməsinə yönəlmiş münasibətlərin qurulması, ünsiyyətin təşkili
Dostları ilə paylaş: |