4.6. Karpat dağları.
Karpat dağları Alp dağlarının şərqə davamı hesab edilir. Bu dağlar Dunayın sol sahilində yerləşən Kiçik Karpatlarla başlayaraq, Şərqi Serbiya dağlarına qədər, oraq formasında, təxminən 1300 km məsafədə uzanır. Şərqi Avropa platforması ilə Pannon qurusunun arasında yerləşməsi Karpat dağları zonasında tektonik hərəkətlərin Alp dağlarına nisbətən bir qədər başqa formada baş verməsi ilə nəticələnmişdir
Karpat dağlarında dördüncü dövr buzlaşması Alplara nisbətən çox zəif inkişaf etməklə, yerli xüsusiyyət daşımışdır.
Karpat dağlarının relyef və iqlim xüsusiyyətini nəzərə alaraq, burada aşağıdakı vilayətləri ayırmaq olar: 1) Slovakiya-Polşa və Şimal-Qərbi Karpatlar; 2) Ukrayna və ya Meşəli Karpatlar; 3) Rumıniya və ya Cənub-Şərqi Karpatlar; 4) Cənubi Karpatlar və ya Transilvaniya Alpları; 5) Transilvaniya yaylası; 6) Qərbi Rumıniya və ya Bixor və Metalliçi dağları.
Dostları ilə paylaş: |