1 Qərbi Avropa


Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 101,8 Kb.
səhifə23/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   19   20   21   22   23   24   25   26   ...   63
imtahan vavablari FC

5.1.Coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti.

Asiya yer kürəsinin ən böyük qitəsidir. Asiya çox böyük məsafədə qərbdən şərqə və cənubdan şimala uzanır. Ucqar nöqtələri şimalda Çelyuskin burnu, cənubda Piay burnu, qərbdə Baba burnu, şərqdə Deyjnev burnudur. Cənubda Asiya qitəsinə aid edilən Malay arxepalaqı adaları 11º c.e qədər, şimalda isə Şimal Torpağı adaları 81ºşm.enliyinə qədər uzanır. Beləliklə, Asiya ərazisi meridian istiqamətində cənubdan şimala 93º-yə qədər,enlik istiqamətində,qərbdən şərqə 63º 50´ uzanır. Qitənin ən geniş yeri subtropik enliklerdə yerləşir.

Asiya orta yüksəkliyinə görə də qitələr arasında birinci yerdə durur (Asiya 940 m,Afrika 750 m,Avropa 320 m). Ərazinin böyüklüyü, oroqrafik quruluşunun mürəkkəbliyi və daxili vilayətlərin dənizlərdən çox uzaqda, yüksək dağlar arxasında yerləşməsi, qitənin daxili və kənar hissələrində tamamilə müxtəlif landşaft komplekslərinin inkişafına səbəb olmuşdur

Asiya dünyada ən yüksək dağ silsilələrinin, dağlıq yaylaların və axarsız hövzələrin olması, eyni zamanda geoloji inkişafının daha mürəkkəbliyi ilə də başqa qitələrdən seçilir. Qitənin ayrı-ayrı morfostruktur sahələri bir-birindən kəskin sürətdə fərqlənir. Asiyada fiziki-coğrafi zonallıq olduqca mürəkkəbdir. Bu bir tərəfdən qitənin böyük məsafədə qərbdən şərqə uzanması ilə,digər tərəfdən daxili sahələrlə kənar sahələrin rütubətlənmə dərəcəsində ciddi fərq olması ilə izah edilməlidir. Yuxarıda qısa şəkildə göstərilən əlamətlərdən aydın olur ki, Asiya yer kürəsində ən mürəkkəb,ən maraqlı təbii-coğrafi xüsusiyyətlərlə zəngin bir qitədir.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin